Şəhid ailələrindən çəkiliş üçün pul istəyən qadın danışdı

15:16 11.07.2021 192
Şəhid ailələrindən çəkiliş üçün pul istəyən qadın danışdı
Özünü "İnform Xəbər TV"nin aparıcısı kimi təqdim edən Rübabə Vəliyeva Qəbələdə daha iki şəhid ailəsində çəkiliş apararkən pul istəyib.

ZamanTV.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən məsələni "ATV xəbər" işıqlandırıb.

Şəhid Rəşid Nəsrullayevin atası Qəzənfər Nəsrullayevin sözlərinə görə, çəkilişdən on gün sonra R.Vəliyeva ona zəng edib və montaj üçün pul istəyib:

"Dedi ki, mənim üstümə düşəni heç istəmirəm, halal xoşunuz olsun. 40 manat verməlisiniz. Mən də dedim ki, özüm Bakıya müalicəyə getməliyəm, həm də həyətdə bir az yır-yığış edirəm. Ona görə mən o pulu verə bilmirəm. Dedi ki, eybi yoxdur."

Oxşar hadisə xüsusi təyinatlı Elvin Abdurrəhmanovun da ailəsində baş verib.

Hansısa tanınmayan xəbər televiziyasının aparıcısı bu ailədə çəkiliş edib və sonda onlardan 60 manat pul alıb. Şəhidin anası Elmira Abdurrəhmanova hadisəni belə nəql edib:

"Çəkiliş bitəndən sonra mənə dedi ki, xanım, mənə 60 manat pul verə bilərsiniz? Doğrudan, biz duruxduq. Övladımın adı gələn yerdə etiraz edə bilmədim. Dedim ki, ödəyərik."

Çəkilişdən sonra həmin məbləği alan aparıcı xanımın ifadəsi onu ələ verib. Şəhid anası bu sözdən sonra onun haqqında maraqlanmağa başlayıb:

"Qadın bizə bu sözü dedi ki, şəhidə ehsan kimi qəbul edin. İnanın Allaha, bu söz bizi o qədər ağrıtdı, o qədər tutdu. Ehsan verəsi olsaq, biz - valideynlər bilirik nəyi harda necə etməliyik."

"ATV xəbər" şəhid ailəsində çəkiliş aparan zaman Abdurrəhmanovlar ailəsinin qapısı yenidən döyülüb. Şəhid ailəsi gələn qonağı görüncə çox təəccüblənib, çünki gələn özünü "İnform Xəbər TV"nin aparıcısı kimi təqdim edən Rübabə Vəliyeva idi. O bu məsələnin mətbuatda işıqlandırılmasından ehtiyatlanaraq aldığı məbləği geri qaytarmağa gəlmişdi.

R. Vəliyeva bunları deyib:

"40 manat da, 60 manat da olub. 60 bir dəfə olub. Elə olub ki, bir dəfə maşın sınıb. Mən özüm ağız açmışam ki, maşın sınıb, əlimizdə də benzin almağa pul yoxdur. 4 nəfər də olub. Onlardan üzr istəyirəm."
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO