Əfqanıstan paytaxtı Kabulda Şəhərsalma və İnkişaf Nazirliyinin binasının girişində törədilən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
“Report” “TOLOnews”a istinadən xəbər verir ki, bunu Kabul şəhər Səhiyyə İdarəsindən bildiriblər.
Hadisə nəticəsində yaralananların sayı isə 31-ə çatıb.
*** 14:01
Əfqanıstan paytaxtı Kabulda Şəhərsalma və İnkişaf Nazirliyinin binasının girişində törədilən terror aktı nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
“Report” “TOLOnews”a istinadən xəbər verir ki, hadisə iyunun 11-də günorta saatlarında baş verib.
Məlumata görə, intiharçı-kamikadze Kabulun Darulaman rayonunda özünü partladıb.
Partlayış zamanı naziriyin əməkdaşları binanı tərk edirmiş.
Hadisənin məsuliyyətini hələlik heç bir terrorçu təşkilat üzərinə götürməyib.
Zamantv.az