Polis narkotik satışına göz yumur? - DİN-dən reaksiya

16:57 29.06.2021 251
Polis narkotik satışına göz yumur? - DİN-dən reaksiya
Son günlər sosial şəbəkələrdə ölkə ərazisində narkotik vasitələrin, xüsusən, “patı” adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşısının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə iddialar yayılıb.

ZamanTV.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında iddialara münasibət bildirib. Onun sözlərinə görə, polisin ünvanına səslənən bu ittihamları rədd edirlər: “Polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır".
A. Qafarov bildirib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2021-ci ilin əvvəlindən bu günə kimi 1 ton 842 kiloqram yüksək təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb: "Həmçinin qeyd edilən dövr ərzində əlavə olaraq 178 kiloqram “patı” adlanan psixotrop maddə metamfetaminin ölkə ərazisində qanunsuz dövriyyəsinin, yəni satışının qarşısı alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 953 kiloqram çoxdur. Bu rəqəmlərin fonunda polis əməkdaşlarının narkotik vasitələrlə və onların satışı ilə məşğul olan şəxslərlə mübarizə aparmadığını söyləmək həqiqətin təhrif olunmasıdır.

Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir. Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, blogerlərin, yutuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur.

Onları antinarkotik təbliğat işində fəal olmağa, şəxsi profillərində mütəmadi olaraq antinarkotik təbliğat postları paylaşmağa, üzləşdikləri, həmçinin aşkar etdikləri faktlar barədə dərhal "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verməyə çağırırıq. Unutmayaq ki, bu gün antinarkotik təbliğat işində yaxasını kənara çəkmək, narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ünvanına yalan və böhtan xarakterli şərhlər yazmaq ancaq narkotik vasitələrin satışını həyata keçirən şəxslərin maraqlarına xidmət edə bilər”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO