Xəbər verdiyimiz kimi, Bakı Metropoliteni yalnız iyun ayı boyunca şənbə və bazar günləri işləyəcək. Artıq sabah iyun ayının son günüdür. Bəs iyul ayında həftəsonları metrolar işləməyəcək?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə hələ heç bir qərar verməyib:
"Mayın 26-sı verilən qərara görə, metro yalnız iyun ayı boyunca həftəsonları fəaliyyət göstərəcək. İyul ayında da şənbə və bazar günləri metroların işləyib-işləməyəcəyi haqqında isə bizə məlumat verilməyib".
Zamantv.az