"Rəhbər hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik"

19:01 18.06.2021 314
"Rəhbər hakimin əmisi oğludur deyə şirkətə girə bilmirik"
Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri "AZPROF" MMC-nin səhmlərini yaxın adamının adına keçirdiyi iddia edilir.

ZamanTV.az bildirir ki, "Qafqazinfo"ya müraciət edən İran vətəndaşı Hacı Reza Əkbər bildirib ki, o, "Tulu Fəcr Tehran Limited" şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət "AZPROF" MMC-nin 50 faiz payına malikdir.

İddiaya əsasən, milyonlarla dollar dəyərində olan onlara məxsus 50 faiz pay etibarsız əqd əsasında 10 min manata digər şəxslərə satılıb. Lakin bu alqı-satqı müqaviləsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Apellyasiya və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.

Şikayətçinin sözlərinə görə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aylarla icra edilməyib: ""Tulu Fəcr Tehran Limited" şirkəti həmin müəssisədə rəsmi olaraq pay sahibi olsa da, faktiki olaraq fəaliyyət göstərə bilmirik.

Qətnamənin icra olunmamasının və məhkəmə instansiyalarında süründürməçiliyə məruz qalmağımızın səbəbi Ali Məhkəmənin hakimi Xəqani Məmmədovdur. Hazırda bizim şirkətə Xəqani Məmmədovun Xanlar adlı əmisi oğlu rəhbərlik edir.

Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik. Digər pay sahibləri də bizə açıq şəkildə deyir ki, qətnaməni ləğv etdirəcəyik, sizə məxsus pay artıq Xəqani Məmmədovundur".

Hacı Reza Əkbər qeyd edir ki, aidiyyatı dövlət qurumlarına müraciət etdikdən sonra qarşı tərəf də Konstitusiya Məhkəməsinə müraciət edib: "Belə işlər nadir hallarda Konstitusiya Məhkəməsində icraata götürülür. Bu işi də Xəqani Məmmədov Konstitusiya Məhkəməsinə çıxartdı və qərarın ləğv edilərək yenidən apellyasiya instansiyasına göndərilməsinə nail oldu. Hətta bu iş üzrə Ali Məhkəmənin Plenum iclasında yeganə əleyhimizə sual verən hakim də Xəqani Məmmədov idi".

"Qafqazinfo" iddialara münasibət öyrənmək üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli saytımıza açıqlamasında bildirib ki, bu məsələnin hakim Xəqani Məmmədova heç bir aidiyyatı yoxdur: "Xəqani Məmmədovun bu işdə hər hansı marağı yoxdur. Əgər iddia olunduğu kimi hansısa marağı olsaydı, elə Ali Məhkəmədə həmin İran vətəndaşının əleyhinə qərar çıxarılardı. Amma Ali Məhkəmədə Xəqani Məmmədovun da tərkibdə olduğu işdə qərar İran vətəndaşının xeyrinə çıxarılıb. Onların əleyhinə qərarı isə Konstitusuya Məhkəməsi verib".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO