Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...

23:11 12.06.2021 273
Kürdəmir Regional Mədəniyyət İdarəsində nələr baş verir? - “ölü canlar”, pul yığımı və...
Kürdəmir Regional Mədəniyyət İdarəsindən və Beyləqan rayon nümayəndəliyindən son dövrlər iddialar səngimir. ZamanTV.az Rubrika.Az-a istinadən bildirir ki, bu qurumlarda “ölü canlar” saxlandığı, müxtəlif mətbu orqanlarda və sosial şəbəkə səhifələrində Beyləqan Mədəniyyət şöbəsi rəhbərliyinin işləməyənlərin maaş kartlarını özündə saxladığı xəbər verilir.

Yeni mədəniyyət naziri Anar Kərimovun fəaliyyətə başlamasından sonra da ənənəni davam etdirildiyi iddia olunur. Bundan əlavə, baş mühasib Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC vasitəsilə kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsait ayrılıb, mənimsənilməsinə dəfələrlə nail olduğu bildirilir.
Hətta hər ay kitabxana, musiqi məktəbinin işçilərindən 10 manat, mədəniyyət və klub işçilərindən isə 20 manat aldığı deyilir. Həmçinin idarənin rəisi dəyişsə də, müavini Vaqif Alıyevin bütün işləri idarə etdiyi barədə məlumatlar gəzir. Onun pulsilmə işlərində böük təcrübəsi olduğu deyilir. Mətbuata gedən iddialara görə, hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeçiliyində olan Füzuli, Beyləqan və Xocavənd rayonlarında çalışan musiqi müəllimlərinin artırılmış əmək haqlarının bir hissəsi yenə də rəisin cibinə gedir.
Bütün bu iddialarla bağlı Rubrika.Az yazını dərc etməzdən əvvəl obyektivlik və qərəzsizlik naminə Kürdəmir Regional Mədəniyyət İdarəsinə sorğu göndərib. Sorğunu cavbalandıran qurumdan saytımıza bildirilib ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlar çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi mədəniyyət müəssisələrində fəaliyyətin qanunvericiliyə uyğun təşkili, neqativ hallara qarşı mübarizə, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilir: “Nəzərinizə çatdırırıq ki, Regional İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə hər hansı bir neqativ halların və nöqsanların müşahidə ediləcəyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir. Sizin sorğunuza cavab olaraq bildiririk ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi - Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Qəzənfər oğlu Mirzəyevin dövlət qulluğuna öz ərizəsi ilə 10 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 10 fevral 2021-ci il tarixli əmrinə uyğun olaraq xitam verilmişdir.
Bildiririk ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrində də səmərəli fəaliyyətin təşkili, əmək və icra intizamının səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Mədəniyyət müəssisələri əməkdaşlarının əmək haqqı kartları kart sahibləri tərəfindən istifadə olunur. Əməkdaşlardan pul yığılması halları tərəfimizdən aşkar edilməmişdir.
Regional İdarəyə bu mövzunu özündə ehtiva edən faktlar daxil olmamışdır. 2021-ci ildə Kürdəmir Regional Mədəniyyət İdarəsində malların və xidmətlərin satınalınması üzrə heç bir tender keçirilməmişdir.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar kotirovkalar (tenderler) keçirilmir və Kürdəmir Regional Mədəniyyət İdarəsinin “Elmir-Murad” MMC adlı təşkilatla heç bir satınalma müqaviləsi mövcud olmamışdır. Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində Məhəmməd Həsənov adlı əməkdaş çalışmır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO