“Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir” - deputat

02:09 12.06.2021 262
  “Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir” - deputat
“Yaxşı olardı ki, əlilliyin meyarları ilə bağlı qərarlar bizə verilərdi, sonra bu dəyişiklikləri müzakirə edərdik”.

ZamanTV.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, ilk baxışda bu forma dəyişikliyi kimi görünsə də, model dəyişikliyidir: “Burada 31-60 heç də 3-cü kateqoriyaya, 61-80 ikinci kateqoriyaya aid olmadığı üçün bu qanunun tətbiqi zamanı problemlər əmələ gələcək. Əlillik ətrafında yaranan sosial narazılıqları aradan qaldırmaq üçün bir sıra əlavə dəyişikliklər də edilməlidir. Əlilliyin müdafiəsinə dair qanunda işləməyən maddələr var. Bu qanun 3 ildir qəbul olunub. Bu qanunda işləməyən maddələri işlək hala salmaq üçün addımlar atılmalıdır. Əlillərin işlə təmin edilməsini, xüsusilə də hər cəhətdən borclu olduğumuz Qarabağ qazilərinin və şəhid ailələrinin işlə təmin edilməsini həyata keçirməliyik. Saxta əlilliklə bağlı rəqəmlər onu göstərir ki, nazirliyin özündə də bu məsələ ilə bağlı tam təfəkkür yoxdur. Saxta əlilliyi alanla bərabər saxta əlilliyi verənlə bağlı qanunda olan maddə də işləmir. Üçüncüsü, saxta əlillik ləğv olunan zaman xeyli əlilliyə haqqı olan insanların haqqı tapdalanıb. Bunun cavabını kim verəcək?! Bu məsuliyyət məsələsi də həllini tapmalıdır. Həmin insanların hüquqlarının müdafiəsi üçün onları bu vəziyyətə məhkum edən insanlar məsuliyyətə cəlb olunmalıdır. Monitorinqlərlə bağlı qanunda olan maddə işləməyə başlasa, ictimaiyyətin iştirakı ilə bu sahədə hansı tərəfin nə qədər günahkar olması, nə qədər haqlı olması istiqamətində ciddi nəticələr əldə oluna bilər. Əgər bunlar olsa, onda biz konstitusiyanın müvafiq maddəsini - sosialyönümlü bazar iqtisadiyyatı maddəsini önə çəkə bilərik. Bu zaman biz tibbi modeldən daha çox sosial modelə keçəcəyik. Burada qənaətlə bağlı müzakirələrə ehtiyac yoxdur. Nazirlik indi əlilliklə bağlı maliyyə tutumu ilə, dəyişikliklərdən sonra olan maliyyə tutumunu şəffaf şəkildə təqdim etsə, bu suala cavab tapılacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO