“Azərbaycanda icra başçıları xalqa qənim kəsilib…” – Partiya sədrindən açıqlama

17:55 1.06.2021 299
 “Azərbaycanda icra başçıları xalqa qənim kəsilib…” – Partiya sədrindən açıqlama
"Bu gün xalqı dövlətdən narazı salan qurum ancaq icra hakimiyyətləridir. Dəfələrlə ölkə başçısı icra rəhbərlərinə xalqın xidmətçisi olmağı tövsiyə etsə də, təəssüf ki, rayonlarda bu məmurlar xalqın qəniminə çevriliblər”.

Bunu Sfera.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər tənqid olunmaqlarına, həbslərə baxmayaraq, bundan nəticə çıxarmayan icra başçılarından danışarkən deyib.

Partiya sədri bildirib ki, bəzi icra başçıları rayonları talamaqda davam edirlər: "Onların hələ də ibrət götürməməkləri təəssüfləndirici haldır. İcra başçıları dağıdır, yeyir, nə istəyirsə edirlər. Onlar çalışırlar ki, prezidentin 44 günlük müharibədə qazandığı qələbəyə kölgə salsınlar, ölkədə qarışıqlıq yaratsınlar. Hamısı rüşvətxor, cinayətkarlardırlar, həmin məmurlar rayonlarda böyük narazılıqlar yaradırlar. Azərbaycanda icra başçıları xalqa qənim kəsilib, onları incidirlər. Bəzi icra rəhbərləri ancaq alverlə məşğuldurlar. Dövlət başçısının apardığı siyasi kursa uyğun addım atmırlar”.

H.Hacıyev qeyd edib ki, təcili olaraq icra hakimiyyəti strukturları ləğv edilməlidir:

"Nümayəndəliklər yaradılmalıdır. Hazırda paralel işləyən qurumlar da çoxdur və əhali də bunun əziyyətini çəkir. Hansısa rayonda bu gün rahat arayış ala bilərsinizmi? Qətiyyən mümkün deyil. Mübaribə ərəfəsində icra hakimiyyətləri nə iş gördülər? Şəhid ailələrinə, qazilərə kömək etdilərmi? Və ya şəhidlərin dəfn mərasimlərində iştirak etdilərmi? Heç bir işlə məşğul olmadılar. Bəzilərinin xaricdə villaları, şirkətləri, obyektləri var. Hardan qazanıblar? İcra hakiminin maaşı 900, uzağı 1000 manatdır. Bu pulla bu qədər sərvəti necə əldə edib? Ona görə də onlar həbsdə belə komfort həyat tərzi keçirirlər.

Bu gün icra başçılarının neçə illərdir yığdıqları sərvətləri əllərindən alınıb dövlətə verilməlidir. O cümlədən həmin vəsaitin hesabına dövlət fondu yaradılmalı, kasıblar, qazilər və.s üçün istifadə edilməlidir. Hazırda həmçinin işğaldan azad olunmuş rayonlarda tikinti, quruculuq işləri başlayıb, bu yöndə də o vəsaitlərlə müəyyən işlər görülməlidir. Düşünürəm ki, icra başçılarının həbsi ilə heç bir şey olmayacaq, buna görə də artıq dövlət başçısı bu strukturlara ciddi əl gəzdirməlidir”.

Xatırladaq ki, dünən Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da icra başçılarını tənqid edib. O bildirib ki, icra başçıları vəzifəyə gələrkən özü ilə adamlarını gətirir və digərlərini vəzifəsindən azad edirlər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO