KÖNLÜ BALIQ ISTƏYƏN QUYRUĞUNU BULADA SÖYKƏYƏ GƏRƏK

04:06 31.05.2021 232
KÖNLÜ BALIQ ISTƏYƏN QUYRUĞUNU BULADA SÖYKƏYƏ GƏRƏK
Sizə kimlərdən deyək, kimlərdən danışaq, Salyan Balıqartırma Zavodunun direktoru Qulu bəylə Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovun ilginc iş birliyindən.

Başlayaq balıqçıdan.ZamanTV.az Deryaz.az-a istinadən bildirir ki, vaxtilə sovxoz müdiri olan Qulu bəy “SOVmestnoye XOZyaystvo” dağılandan sonra müstəqilliyin ilk illərindəki hərc-mərclikdən, çapovulçuluq və korrupsiya mühitindən səmərəli istifadə edərək, müəssisənin mülkiyyətindəki təqribən 250 hektar əkinə yararlı torpaq sahəsini saxtakarlıqla ələ keçirib. Bu ərazinin böyük bir hissəsində balıqçılıq təsərrüfatı yaradan Qulu bəy əlaqələrinin, pulunun hesabına başbilənlərdən böyük güzəştlər qazanıb və həmin səlahiyyətli şəxslər kənd zəhmətkeşlərinin mal-qaranı otarmağa örüş tapa bilmədikləri halda Qulunun ekspansiya siyasətinə, işğalçılığına göz yumublar. Bildirilir ki, balıqartırma zavodu (onun rəhbəri) heç vicdanlı vergi ödəyicisi də deyil. Üstəlik, zavodda çalışanlarla münasibətin tənzimlənməsində əmək qanunvericiliyinin tələblərinə də riayət edilmir.

Əlbəttə, “könlü balıq istəyənin quyruğu suda gərək”. Zirəklikdə Quludan heç də geri qalmayan, hətta onu qabaqlayan, 40 ildən artıqdır ki, Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsinə rəhbərlik edən Bulat Ağabəyov da fermerləri “zəif bənd” hesab edib kollektorun suyunu onların yanıb-qovrulan təsərrüfatlarına deyil, Qulunun balıq gölünə yönəldib. Çünki bu cütlük üçün vətəgələrdə yetişdirilən sazan, belamor balıqları və onlardan gələn qazanc sadə insanlardan, həmyerlilərindən daha qiymətlidir.

Yeri gəlmişkən, KİV-də yazılıb ki, Bulat Ağabəyov bölgədə xeyli vaxtdır dəb düşmüş bu fəaliyyət növü ilə məşğul olanlara təkcə su ilə təminat məsələsində deyil, hələ işin lap əvvəlində, yəni, süni göl yaratdıqları vaxt kömək əlini uzadır. İdarənin balansında olan buldozerləri bu işə səfərbər edir. Salyan və qonşu rayonlarda olan belə göllər bu idarənin xidmətləri hesabına başa gəlib. Təxmini hesablamalara görə, 10 hektar ərazidə göl yaratmaq üçün idarənin texnikasına 7 min manat pul ödənilir. Müasir texnikalar bu işi cəmi 2 həftə ərzində görür. Yanacaq və sürücünün yemək xərcini vermək şərti ilə bu texnikalarların gününü 350-400 manata işlədirlər. Bu pulun da əhəmiyyətli bir hissəsi Bulat Ağabəyova çatır.

Salyanlılar ümid edirlər ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yenilənmiş rəhbərliyi adı indiyədək bir sıra qalmaqallarda hallanmış Bulat Ağabəyovun yaşının 70-i adladığını nəzərə alacaq, onun yerinə cavan və perspektivli başqa bir kadr təyin edəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO