Qədim Ağdamda geniş bərpa-quruculuq işlərinə start verildi

23:02 29.05.2021 216
Qədim Ağdamda geniş bərpa-quruculuq işlərinə start verildi
Ağdam ölkəmizdə iqtisadi potensialının böyüklüyünə görə seçilən rayonlardandır. Ərazisinin 92 faizindən çoxu məhsuldar torpaqlar olan Ağdam rayonu eyni zamanda böyük sənaye potensialına malikdir. Bu gün həm Ağdam, həm işğaldan azad edilmiş digər ərazilərimizin Baş planının hazırlanması və artıq Ağdamın Baş planının təsdiq edilməsi işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işlərinin başlamasından xəbər verir.
May ayının 28-i Respublika günündə Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək rayonun, eləcə də qədim Ağdam şəhərinin bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı işlərdən danışıb. Prezident qeyd edib ki, hazırda Şuşa şəhərinin Baş Planı hazırlanıb, Füzuli, Cəbrayıl şəhərlərinin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan Ağdamda təsdiqlənəcək.
Səfər zamanı Ağdam şəhəri üçün çox önəmli olan 140 illik tarixə malik 1 saylı məktəbin, gələcəkdə Ağdamda iş yerlərinin yaradılması üçün ərazisi təqribən 200 hektara yaxın olan Ağdam Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu. Bu parkda yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Həmçinin İmarət kompleksinin bərpası ilə əlaqədar işlərə start verildı. Ölkə başçısı bildirdi ki, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi də nəzərdə tutulub.
Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Səfər zamanı 125 hektarlıq böyük meşə sahəsinin təməli qoyuldu. Burada böyük bir meşə zolağı, süni göl yaradılacaq, kanallar, körpülər inşa ediləcək. Bütün Qarabağ zonası "yaşıl enerji" zonası olacaq. Bütün şəhərlər "ağıllı şəhər" konsepsiyası əsasında qurulacaq. Bunun üstünlüyü ondan ibarət olacaq ki, işğaldan azad edilmiş və işğala qədər aqrar rayonlar kimi tanınan rayonarımızda da sənayeni inkişaf etdirmək mümkün olacaq. Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir.
Sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərimizdə dörd iqtisadi mərkəzin formalaşdırılması həyata keçiriləcək və bu da sənaye də daxil olmaqla fərqli sektorlarını inkişafına zəmin yaradacaq.
Eyni zamanda, "ağıllı şəhər" və "ağıllı kənd" modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, sosial xidmətlərə əlçatanlığı genişləndirəcək. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatının da böyük töhfə vercək.
Qeyd edilməlidir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində həm müharibə, həm də diplomatik müstəvidə aparılan uğurlu işlər, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində Vətən müharibəsində Ermənistan məğlub edərək sülh sazişi imzalamağa məcbur edildi. Vətən müharibəsində Ordumuz dayanmadan qətiyyətlə irəlilədi və hər gün yeni ərazilərimizi işğaldan azad edərək xalqımızı sevindirdi. Hərbi qulluqçularımızın istifadə etdiyi taktika, hücum əməliyyatları dünyanın aparıcı ali hərbi təhsil müəssisələrində öyrənilir və nümunə göstərilir.
Vətən müharibəsi yalnız Ermənistan üzərində Qələbə deyil, Ermənistanın havadarları da daxil olmaqla ölkəmizin qüdrətinin dünyaya təzahürü idi. İkinci Qarabağ müharibəsindən sonra artıq dünya başa düşdü ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, eləcə də dünyanın ən güclü dövlətlərindən biridir. Azərbaycanın terrora, faşizmə qarşı mübarizədə tutduğu qətiyyətli mövqe dünyada nüfuzumuzu daha da gücləndirir. Dövlətimizin başçısının Ağdam rayonuna, habelə daha əvvəllər işğaldan azad edilmiş digər rayonlara səfərləri Ermənistanın törətdiyi vandalizm aktlarının, ekoloji terrorun dünyaya göstərilməsi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq ictimaiyyət bir daha gördü ki, Ermənistan 30 illik işğalı dövründə ərazilərimizdə hər şeyi məhv edib və talayıb.
Ermənistanın müharibədə məğlubiyyəti, bu vaxtadək aparmış olduğu işğal siyasəti, habelə faşizm rejimi və törətdikləri digər əməllər onun tənəzzülünü sürətləndirib. Bu gün böhran içində olan Ermənistan rəhbərliyi yalnız bir-birini günahlandırmaqla təsəlli tapır, başa düşmür ki, günah hamısındadır. Azərbaycan güclü, qüdrətli olmasına baxmayaraq, münaqişənin hər zaman sülh yolu ilə həllinin tərəfdarı idi, lakin Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Nəticə isə onlar üçün çox ağır oldu. Bu gün Ermənistan yaşadıqlarından dərs çıxarmalı, bir daha hər hansı təxribat fikrinə düşməməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO