Toylar hansı şərtlərlə keçirilə bilər? – DEPUTAT AÇIQLADI

21:15 17.05.2021 296
Toylar hansı şərtlərlə keçirilə bilər? – DEPUTAT AÇIQLADI
"Bir neçə ay ərzində Azərbaycanda yoluxma sayı tamamilə aradan qalxa bilər".

Bunu deputat Fəzail Ağamalı açıqlamasında bildirib. Belə ki, yoluxma sayının azalması bir çoxlarında bu fikri yaradır ki, görəsən karantin rejmi ilə bağlı hər hansı yumşalmalar ola bilərmi?

Deputat bildirir ki, əslində son günlər yoluxmaların azalması ümidvericidir.

"Doğrudur, bundan əvvəl də yoluxma sayı azalıb hətta iki rəqəmliyə düşmüşdü. Amma sonra bütün dünyada olduğu kimi, Azərbaycanda da yoluxma sayı artmağa başladı. İndi mənə elə gəlir ki, peyvəndlənmənin kütləvi şəkildə həyata keçirilməsi yoluxmanın qarşısını almaqda çox ciddi rol oynaya bilər. Necə ki dünya miqyasında artıq belə bir praktika var. Bir çox ölkələrdə peyvəndləmənin geniş miqyas alması orada virusun yayılmasını demək olar ki, sıfırlaya bilib. Ortada Çinin, İsrailin təcrübəsi var. Eyni zamanda İngiltərədə də peyvəndləmə çox sürətli şəkildə aparılır".

Fəzail Ağamalı onu da qeyd edir ki, hər kəsin bildiyi o üç əsas şərti də unutmaq olmaz.

"Tibbi maskadan istifadə, sosial məsafənin qorunması, gigiyenik qaydalara əməl edilməsi ilə yanaşı mən düşünürəm ki, hökmən hər kəs peyvənd olunmalıdır. Çünki peyvənd immuniteti gücləndirir, yoluxma sayının azalmasına kömək edir. Yaxşı olar ki, insanlar buna riayət etsinlər. Peyvəndlənmə ilə bağlı müxtəlif şəxslər tərəfindən sosial şəbəkələrdə yayılan, reallığı əks etdirməyən rəylərə əhəmiyyət vermək lazım deyil. 18 yaşdan yuxarı hər kəs peyvənd olunmalıdır. Bu qaydalara riayət olunarsa, bir neçə ay ərzində Azərbaycanda yoluxma sayı tamamilə aradan qaldırıla bilər. Bu virusu tamamilə yox edə bilərik".

Bəs, toylar? Artıq bir ildən çoxdur pandemiya ilə əlaqədar Azərbaycanda toyların keçirilməsi qadağan olunub. Ona görə də övlad toyu görmək istəyən valideynlər, eləcə də ailə qurmaq arzusunda olan gənclər mərasim təşkil edə bilmir və sadəcə nikahla kifayətlənirlər. Görəsən, bəzi şərtlər daxilində toyların keçirilməsinə imkan yaradılacaqmı?

"Əlbəttə, bütün bunlar olarsa, qoyulan sərt tədbirlər də aradan qalxar. Bunu hamımız gözləyirik. Hər kəs istəyir ki, yenidən normal həyata qayıdaq. Metro və ictimai nəqliyyat əvvəlki kimi işləsin. Eyni zamanda da toylar bərpa olunsun. Mənə elə gəlir ki, toylarla bağlı müəyyən şərtlər daxilində icazələr verilə bilər. Necə olur ki, bu gün müəyyən karantin qaydalarına riayət olunması şərti ilə restoranlar işləyə bilir, amma toylar yox. Mən bunun tərəfdarıyam ki, restoranlara qoyulan qaydaları toylara da tətbiq etsinlər. Və biz tədricən normal həyatımıza dönüş edə bilərik".

Xatırladaq ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov deyib ki, toy mərasimlərinin yay mövsümündə təşkilinə icazə verilə bilər.

Onun sözlərinə görə, yay aylarında açıq havada və bəlli say məhdudiyyəti qoymaqla toylar təşkil edilə bilər. Həmçinin 500-600 nəfərlik tutumu olan şadlıq evlərində 100-150 nəfərlə və məsafə saxlamaqla toy mərasimlərinin keçirilməsi qərarı verilə bilər.

Elə deputat Fəzail Ağamalı da deyir ki, bizim normal həyata qayıtmağımız ümumi göstərdiyimiz səylərdən asılıdır.

"Hər birimiz deyilən şərtlərə riayət etsək , heç bir tərəddüd etmədən peyvənd olunsaq, tezliklə Azərbaycanda bütün karantin qaydalarından imtina edib həyatı əvvəlki kimi yaşaya bilərik".
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO