Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

12:22 9.05.2021 907
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Cənub zonasında yerləşən Lənkəran, Lerik, Astara rayonlarını Hirkan Milli Parkına və Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə tabe olan meşələr əhatə edir.
Hirkan Milli Parkından son zamanlar təbiətə diqqət və qayğı davamlı olaraq artıbdır. Peşə borclarını layiqincə yerinə yetirməyən və vəzifə səlahiyyətlərindən sui-istifadə edən maddi məsul şəxslərin zamanında tənbeh edilməsi nəticəsində qanunsuz ağac qırılmasının qarşısı alınmışdır. Vətəndaşlarla mütəmadi olaraq aparılan maarifləndirmə görüşləri nəticəsində Parkın nizamnaməsinə tam ciddi riayət olunur. Hal-hazırda fauna və floranın inkişaf etməsi və qorunması üçün zəruri tədbirlər görülür.
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyində olan meşələrdəki vəziyyət isə ürək ağrıdıcıdır. Vətəndaşların dediklərindən belə nəticəyə gəlmək olur ki, bu mərkəzdə şəxsi maraqları təmin edən qaydalar dövlətin qanunlarını ətalətdə saxlayıb. Daha dəqiq desək ,Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində çalışan məsul şəxslər bu mərkəzi öz şəxsi mülkiyyətinə çeviriblər. Son zamanlar Lerik rayonunu əhatə edən meşələrdə nadir ağacların qırılması halları mütəmadi olaraq baş vermişdir. Bir saylı Ekologiya idarəsinin apardığı tədbirlər nəticəsində qismən olaraq qanunsuz ağac qırılmasının qarşısı alınsa da, lakin bu prosesi dayandırmaq mümkün deyil. Vətəndaşlar yenə bildirirlər ki, qanunsuz ağac qırdıran məsul şəxsləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan bəzi yüksək vəzifəli şəxslər tərəfindən himayə olunduğu üçün onlara gözün üstə qaşın var deyən yoxdur.
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən qanunsuz hallar yetərincədir. Əsasən, iaşə obyektləri və fərdi evlər üçün əlverişli olan meşə sahələri qabaqcadan planlı olaraq qırıldıqdan sonra həmin ərazilər dolayı yollarla vətəndaşlara və bəzi şirkətlərə satılır.

Lənkəran rayon Ləj kənd sakini Nağı Nağıyev bildirir:Lənkəran rayonunun Haftoni meşəbəyliyində 300 hektara qədər meşə məqsədyönlü olaraq məhv edilmişdir. Son zamanlar həmin meşəbəyliyinin 15-cı dolayında olan 40 hektara qədər meşənin özəl şirkətə verilməsi ilə bağlı sövdələşmə olmuşdur. Sözü gedən ərazidə texnikalar vasitəsilə hektarlarla meşə məhv edilmişdir.

Nağı Nağıyevin və digər təbiətsevərlərin məsələyə müdaxiləsindən sonra hələlik həmin ərazidə qanunsuz olaraq təbiətin qırılmasının qarşısı alınmışdır. Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru (ehtiyatda olan polkovnik) Fizuli Məmmədov bütün baş verən cinayət əməllərinə göz yumur. Bəs səbəb nədir? Çox çalışsaq da bu sualın cavabını tapa bilmədik. Bəlkə Ekologiya nazirliyindən nə vaxtsa bu suala cavab verən tapılar.

Hörmətli polkovnik bilməlidir ki, təbiət ağır zirehli texnikalar üçün nəzərdə tutulmuş hərbi poliqon deyil, sağlam mühitdə yaşamağımız üçün əsas amildir. Mövcud vəziyyətdə biz ən güclü düşmənimiz olan Koronavirusa qarşı vuruşub özümüzü qoruyuruq. Lakin bu virusdan daha təhlükəlisi Lənkəran Regional Meşə Mühafizəsi Mərkəzinin tabeliyində olan, meşələri vəhşicəsinə qırdırıb sağlamlığımızı zərbə altına qoyan maddi məsul şəxslərdir. Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sözügedən məsələ ilə bağlı qanuna müvafiq tədbir görər. El məsəlidir, yeməkdən ümid yaxşıdır.

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?
Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

PS. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən və adı çəkilən hər kəsdən açıqlama gözləyirik.

PS. Mövzuya yenidən qayıdılacaq. Diqqətimizdədir.


Z.SƏMƏDOV
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR