Türkiyə hərbi kəşfiyyatının sabiq rəisi: “ABŞ kürd dövləti qurmaq üçün yavaş temp seçib” - MÜSAHİBƏ

17:21 8.06.2018 636
Türkiyə hərbi kəşfiyyatının sabiq rəisi: “ABŞ kürd dövləti qurmaq üçün yavaş temp seçib” - MÜSAHİBƏ


Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekinin APA-ya müsahibəsi



- ABŞ dövlət katibi ilə Türkiyə xarici işlər naziri arasında keçirilən görüşdə iki müttəfiq ölkənin Menbiç məsələsində razılığa gəldiyi açıqlandı. Bu barədə sizin dəyərləndirməniz necədir?



- Hər şeydən əvvəl bunu qeyd etməliyəm ki, ABŞ-ın bölgədə kürd dövləti qurulmasına dair planı qüvvədə qalır, o planda heç bir dəyişiklik yoxdur. Türkiyə ABŞ-ın bu planına qarşı çıxaraq göstərdi ki, bölgədə Ankaranın iradəsindən kənar addımlar atmaq və uğur qazanmaq çox çətindir. Əlbəttə, bu vəziyyətdə Türkiyənin də işi asan deyil. ABŞ bölgədə Avropa Birliyi ölkələrinin, Misirin, Səudiyyə Ərəbistanının daxil olduğu müştərək müdafiə qüvvəsi yaratmağa cəhd etsə də, bunun baş tutmadığını görməkdəyik. Bölgədə kürd dövləti qurmağa dair öz planını həyata keçirməsi üçün ABŞ-ın Türkiyəni “yumşaltmasına” ehtiyac var. Pompeo-Çavuşoğlu görüşünü, hər şeydən əvvəl, bu nöqtədən şərh etmək lazımdır. Gördüyümüz bu mənzərə ABŞ-ın Suriyada güclü mərkəzi dövlət istəmədiyini göstərməkdədir. Çünki Menbicdə işləri qaydasına qoyandan sonra ABŞ əvvəlcə Rakkaya, sonra isə Fərat çayının sol sahilinə yönələrək orada özünə yaxın qruplardan ibarət kantonlar yaradacaq. Hal-hazırda ABŞ bu məsələləri yüksək yox, aşağı tempdə həll etmək siyasəti güdür. Bu durumda Türkiyənin vaxta ehtiyacı olduğunu görürük. Türkiyə indiki vəziyyətdə öz mövqeyini qorumağı bacarsa, gələcəkdə ABŞ-ın bölgədən çəkilməsi halında öz mövqeyini mütləq şəkildə gücləndirəcək. Bunun üçün Türkiyənin Suriya, İran və İraqla əməkdaşlığı qaçılmazdır. Problemlərin bu şəkildə həll edilməsinin müvəqqəti olduğunu düşünürəm. Bölgədə cərəyan edən proseslərdə ABŞ-ın İranı birbaşa hədəfə götürməsi indiki mərhələdə Türkiyəyə yönələ biləcək təhdidləri arxa plana keçirsə də, önümüzdəki 10 ildə Türkiyəyə qarşı təhdidlərin artacağını deyə bilərik. İndi Suriyanın bölünməsi təhdidi bir müddət sonra bizə də yönələ bilər.



"Suriyada cərəyan edən hadisələr bir vaxtlar ABŞ-ın 36-cı paralelin şimalında İraq kürdlərinin əli ilə bölgədə özünə müttəfiq struktur yaratma təşəbbüsünün davamıdır. Bu işləri Türkiyəni əsəbiləşdirmədən həyata keçirmək istəyir"


Aldığımız məlumatlara görə, İran və İsrail arasında aparılan gizli danışıqlara əsasən İsrail-Suriya sərhədinə İranın dəstəklədiyi “Hizbullah” qüvvələri yox, Əsəd rejiminin qüvvələri yerləşəcək. Yəni, bölgə ölkələri onlara qarşı yönələn təhdidləri sovuşdurmaq üçün müxtəlif məzmunlu manevrlər edirlər. Öz təhlükəsizliyi naminə Türkiyənin İran və İraqla əməkdaşlığı qaçılmazdır. İndi ABŞ deyir ki, baxın, biz PKK-nı terror təşkilatı kimi tanıyırıq, ancaq PYD terror təşkilatı deyil, bizimlə də əməkdaşlıq edir. Buna qarşı Türkiyə İran və İraqla əməkdaşlığı gücləndirərək Şimali İraqı öz iqtisadi-hərbi nəzarəti altına almalıdır. Türkiyə Suriya və İraqdakı ərəb qruplarını da öz nəzarəti altına almağa çalışmalıdır. Bölgədəki reallıqlar bunu tələb edir. Suriyada cərəyan edən hadisələr bir vaxtlar ABŞ-ın 36-cı paralelin şimalında İraq kürdlərinin əli ilə bölgədə özünə müttəfiq struktur yaratma təşəbbüsünün davamıdır. Bu işləri Türkiyəni əsəbiləşdirmədən həyata keçirmək istəyir. İranın birbaşa hədəfə alınmasından sonra Türkiyə də bir çox məsələnin müzakirələr yolu ilə həll edilməsini istəsə də, “Fərat qalxanı” və “Zeytun budağı” hərbi əməliyyatlar da həmişə gündəmdə qalacaq.



- Qərbin bəzi mətbuat orqanları Rusiya dəstəkli Suriya ordusunun təxminən 50 min terrorçunun cəmləşdiyi İdlibə hava hücumu təşkil etmək üçün hazırlıqları tamamladığını yazır. Rusiyanın İdlibi terrorçulardan təmizləmək üçün Türkiyəyə ciddi əməkdaşlıq təlqinləri olduğunu bilirik. Bu barədə nə demək istərdiniz?



- Moskva və daha sonra Astana danışıqlarında Türkiyənin İdlibdə 12 müşahidə məntəqəsi yaratmasına dair razılıq əldə edilib, Türkiyə orada müşahidə işini uğurla həyata keçirir. İdlibin içərisinə Türkiyə, bayırına isə Rusiya və İran cavabdehdir. Orada Türkiyənin üstünə düşən əsas vəzifə İdlibdə özünə yaxın olan qrupları döyüş olmadan oradan uzaqlaşdırmaqdır.



"Mən Rusiya dəstəkli Suriya ordusunun İdlibdə hava əməliyyatı keçirəcəyini düşünmürəm. Orada hərbi əməliyyatlar keçirilsə, Türkiyə yenidən təxminən 2 milyon qaçqın təhlükəsi ilə üzbəüz qalar"


Çindən Əfqanıstandan, Pakistandan Rusiyaya qədər, orada bir çox ölkənin vətəndaşının döyüşməyə hazır olduğu terror qrupları var, o qrupların bir çoxu əcnəbi kəşfiyyat təşkilatlarının nəzarəti altındadır. Mən Rusiya dəstəkli Suriya ordusunun İdlibdə hava əməliyyatı keçirəcəyini düşünmürəm. Orada hərbi əməliyyatlar keçirilsə, Türkiyə yenidən təxminən 2 milyon qaçqın təhlükəsi ilə üzbəüz qalar. Bunu Rusiya, Suriya və İranın da istəyəcəyinə inanmıram. Türkiyə İdlibdəki radikal qüvvələr üzərində öz nüfuzundan istifadə edərək problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Məncə, proses bu şəkildə davam edəcək. Hal-hazırda Hatayın Reyhanlı qəsəbəsində bizim sərhəd qoşunlarımız var, sərhədin o tərəfində isə Rusiya və İranın hərbi hissələri mövcuddur, sərhədin hər iki tərəfində biz qaçqın düşərgələri salmışıq. Ona görə, İdlibin bombalanması bölgədə böyük xaosa səbəb ola bilər. Mən hər hansı hücum gözləmirəm.



- Başda Hələb olmaqla, Suriyanın bir çox bölgəsindən çıxarılan qrupların “Fərat qalxanı” əməliyyatından sonra Türkiyə sərhədinə yaxın bölgələrə yerləşdirildiyi görünməkdədir. O qruplar Türkiyənin təhlükəsizliyinə nə dərəcədə təhlükə yaradır?



- Türkiyə sərhədinə yaxın bölgələrdə İŞİD, “əl-Nusra”, “əl-Qaeda” və s. terror qrupları var. Türkiyə bu qrupların sərhədə yaxın bölgələrə yerləşməsini əngəlləməlidir. Çünki o qrupların sərhədimizdən ölkəyə keçmə ehtimalı böyükdür. Türkiyədə də o qrupların bir çox “uyuyan hücrələri”nin olması heç kimə sirr deyil. Həm sərhəddən keçmə cəhdlərinin qarşısı alınmalı, həm də içəridə o qruplara qarşı ciddi mübarizə aparılmalıdır. Dünyanın yeganə hakimi olmasına dair ABŞ-ın iddiası zəiflədikcə, müxtəlif bölgələrdə xaos yaratmaq məqsədilə o qruplardan istifadə edir. Gələn məlumatlara görə, İŞİD tərzindəki bəzi qruplar Ukraynaya, oradan da Krıma gedib. Türkiyə bu səpkili planların hamısına qarşı bir an da olsa, öz sayıqlığını itirməməlidir. Qərb ölkələrinin dərin mərkəzləri gələcəkdəki 10 ildə Türkiyədə xaos yaratmağa dair planlar üzərində işləndiyini artıq gizlətmirlər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO