"Azərbaycanın tank briqadası Xocalıya girsin" - Tofiq Zülfüqarovdan Xocalı aeroportundakı paradla bağlı təklif

19:28 20.04.2021 293
"Azərbaycanın tank briqadası Xocalıya girsin" - Tofiq Zülfüqarovdan Xocalı aeroportundakı paradla bağlı təklif
Xocalı aeroportunda Rusiya hərbçilərinin 9 May Qələbə günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Bu isə cəmiyyətdə haqlı narahatlığa səbəb olub.

Milli Məclisin deputatı Elman Nəsirov bununla bağlı Sfera.az-a açıqlamasında qeyd edib ki, Rusiya 9 may - faşizm üzərində Qələbə günü münasibətilə hər il müxtəlif tədbirlər keçirir və Rusiyanın Silahlı Qüvvələri də bu prosesdə iştirak edirlər:

"Bu nöqteyi-nəzərdən ola bilsin ki, Rusiya tərəfi silahlı qüvvələrinin konkret kontigentinin, yəni, sülhməramlıların olduğu ərazilərdə də belə bir tədbir keçirmək niyyətinə düşsün. Ancaq eyni məntiqlə gərək analoji addımı Rusiya silahlı qüvvələrinin Suriyada, Liviyada, Cənubi Osetiya, Abxaziya və digər ərazilərdə olan heyəti də atsın. Hesab edirəm ki, həssas məsələlərlə bağlı davranışda ehtiyatlı olmaq lazımdır. Bir çox hallarda Rusiya sülhməramlılarının davranışı, atdığı addımlar çoxsaylı suallar doğurub. Həmin sualların tam mükəmməl cavabları isə alınmayıb.

Hazırda elə erməni mətbuatı da yazır ki, mülki geyimdə erməni hərbçiləri Laçın dəhlizindən keçərək Qarabağ ərazisinə daxil olurlar. Bu məsələ sülhməramlıların doğrudanmı diqqətindən yayınır? Bunlar yolverilməzdir”.

Millət vəkili xatırladıb ki, Xocalıda soyqırım törədilib, 1992-ci ildə bəşəri, hərbi cinayətə imza atılıb: "Soyqırım cinayətkarları hələ cəzalandırılmayıblar. Belə bir vəziyyətdə Xocalıda bu addımın atılması, məkan olaraq məhz Xocalının seçilməsi hesab edirəm ki, çoxsaylı suallara səbəb olur. Azərbaycan ictimaiyyəti də belə davranış tərzini qəbul etmir”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə məsələ ilə bağlı təklif irəli sürüb. O qeyd edib ki, 9 May Azərbaycanda da dövlət bayramıdır və buna görə də hərbçilərimiz sözügedən parada qatıla bilər:

"Əgər sülhməramlılar Xocalı hava limanında parad keçirmək istəyirlərsə, o zaman iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin bir tank briqadası, Xüsusi Əməliyyat Qüvvələrinin birləşmiş briqadası və Türkiyə "komando”larının göndərilməsini təklif edirəm. Bax, bu, yüksək səviyyəli bir tədbir olacaq!”.
Qeyd edək ki, aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO