Leyla Abdullayeva Fransaya ləyaqət dərsi keçdi: - “Görünür, ləyaqət anlayışı fərqlidir”

17:18 17.04.2021 292
Leyla Abdullayeva Fransaya ləyaqət dərsi keçdi: - “Görünür, ləyaqət anlayışı fərqlidir”
Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı və 44 günlük müharibədə Ordumuzun qazandığı uğurların maddi sübutu kimi ələ keçirilmiş düşmən hərbi texnikalarının sərgilənməsi deyəsən təkcə Ermənistanı yox, digər dövlətləri sə narahat edir. Söhbət təkcə həmin hərbi texnikaların əsl sahibi Rusiyadan da getmir. Beynəlxalq arenalarda erməniləri ən çox müdafiə edən Fransa da bu məsələsə Rusiya və Ermənistan qədər narahatdır.

Xalqımız və dünya ictimaiyyəti bu narahatlığı ilk dəfə müharibənin gedişi zamanı gördü. Fransa prezdenti Emmanuel Makron Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını dayandırmaq üçün əlindən nə gəldisə etməyə çalışdı. Hətta ölkəmizin öz torpaqları uğrunda suverenlik haqlarının bərpası uğrunda girdiyi haqlı müharibəni BMT-nin TŞ-na qədər qaldırdı. Böyük Britaniyanın veto hüququndan istifadəsi sayəsində Azərbaycana qarşı sərt sanksiyaların qarşı alınsa da, belə görünür ki, Paris hələ də ermənilərin bu məğlubiyyətini həzm edə bilmir. Əli hər yerdən üzüldüyündən, indi də Ermənistandakı səfirliyi vasitəsilə Azərbaycana qarşı kin-küdurət yağdırmağa gücü çatır.

Ovqat.com-a istindən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Azərbaycanda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı şərh verərək, “müharibə tamaşa predmeti olmamalıdır” deyib və diplomatik qanacağa sığmayan bəzi ifadələrdə bulunub.

Fransa səfirinə cavab isə özünü çox gözlətməyib. Səfirin fikirlərini şərh edən Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ona əməlli-başlı ləyaqət və diplomatiya dərsi keçib.

Xanım diplomatın sözlərindən belə çıxıb ki, Fransa hər hansı bir məsələ ilə bağlı fikir bildirmədən öncə aynaya baxsın, kimlərəsə tutduğu iradların onun özündə nə şəkildə həyata keçirildiyinə diqqət yetirməsin. Yəni öz gözündə tiri qoyub, başqa gözdə qıl axtarmasın.

“Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?!” – deyə Leyla Abdullayeva soruşur.

XİN sözçüsünün fikrincə, Fransa səfirin Ermənistanın məğlubiyyətini “ləyaqətli məğlubiyyət” adlandırması da maraq doğurur: “Bəlkə, Fransa səfirinə görə, Ermənistanın 30 ilə yaxın davam edən təcavüzkar siyasəti də “ləyaqətli işğal” olub? Ləyaqətli davranan ölkə, birinci növbədə qonşu ölkənin ərazilərinə iddia ilə çıxış edib, bu ərazilərin bir hissəsini uzun illər işğal altında saxlamaz, bir milyon insanın hüququnu kobudcasına pozmaz, mülki şəxslər də daxil olmaqla, insanları məqsədli şəkildə qətlə yetirməz. Ləyaqətli ölkə, hərbi əməliyyatların dayandırılmasına razılıq verdikdən sonra digər ölkə ərazilərinə terrorçu qrupu göndərməz və mina xəritələrini gizlətməklə insan həyatına təhlükə törətməz. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.

Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir”.

Leyla xanımın fikirlərinə onu da əlavə edək ki, Azərbaycandan fərqli olaraq, öz muzeylərini hərbi qənimətlərlə qolduran Fransa həmin dəyərli əşyaları işğal etdiyi əraziləri talayaraq öz ölkəsinə daşıyıb. Bunun adı loru dildə quldurluq və oğurluqdur. Azərbaycanın Hərbi Qənimət Parkında sərgilədikləri isə işlək vəziyyətdə olduğu halda belə, heç bir işə yaramayan. rus silahları adlanan dəmir parçalarıdır. Əksəriyyəti isə ordumuz tərəfindən vurularaq sıradan çıxarılıb. Biz həmin maddi dəyəri olmayan dəmir tullantılarını torpaq bütünlüyümüz və milli ləyaqətimiz uğrunda müharibə qazandığımız qələbənin xatirələri kimi qoruyur və gələcək nəsillərimizə çatdırmağa çalışırıq. Fransa nə vaxt özünün dünyanı qana bulayan əzazil imperatoru Napolyon Bonapart tərəfindən əsası qoyulan və qanlı keçmişini simvolizə edən Zəfər Tağı abidəsini sökər, ondan sonra başqalarının işğala qarşı haqlı mübarizəsini müzakirəyə çıxarar.

Xatırlatmaq istərdik ki, Fransanın dünya ağalığı fikrini simgələyən həmin Zəfər Tağının inşası 1806-cı ildə Napolyon tərəfindən başladılmışdı. Napolyon həmin vaxt əsgərlərinə “Evimizə Zəfər Tağının altında geri dönəcəyik” vədi verərək, öz işğalçılıq siyasətini genişləndirmək fikrini səsləndirmişdi. 1810-cu ildə Napolyonun Rusiyaya hücum zamanı dayandırılan tikinti işləri bir də üzərindən 22 il keçdikdən sonra davam etdirilmişdi. Faktiki olaraq, Paris bu hərəkətilə öz haqsız və ədalətsiz müharibəsindən, dünya xalqlarının qanına susamasından vaz keçmədiyini göstərmişdi. Təsadüfi deyil ki, Napolyonun məğlubiyyətindən dərs çıxarmayan fransız “fazişmi” son əsrə qədər davam etmiş, dünya xalqları dəfələrlə onun ağır nəticələri ilə üzləşmişlər.

Bu da sizə "fransız ləyaqəti" və bunları sərgiləmək olar, tankları, topları, dəbilqələri isə yox!

Fransanın sərgilədiyi "ləyaqətlərdən" bəziləri:


✅ Vyetnam: 1872-1954 arasında 500 mindən çox dinc sakin öldürüldü.

✅ Əlcəzair: Fransa işğal zamanı 1 milyon 500 min Əlcəzair vətəndaşı qətliama uğradı. Paris hələ də bu qətliamda özünü günahkar bilmir və qırğınların soyqırım olduğunu qəbul etmir.

✅ RUANDA: 1994-cü ildə 800 min insanın ölümü ilə nəticələnən qırğından Fransa məsuliyyət daşıyır.

✅ AFRİKA: Qabon, Senegal, Benin, Tunis, Qvineya, Burkina Faso, Çad, Kamerun və Cibuti kimi Afrika ölkələrində fransızlar sadəcə insanları öldürmədilər. Qətliamlardan sağ çıxanları da dinini dəyişməyə məcbur etdilər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO