Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?

18:44 13.04.2021 39
 Rövşən Rzayevin tender oyunları - “Qaçqınkom” 10 manatlıq şirkətə niyə etibar edir?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “Erboss Construction” MMC satınalma müqaviləsi imzalayıb.

Maliyyə dəyəri 49 619.71 AZN təşkil edən müqavilə elektrik avadanlıqların alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə “Erboss Construction” MMC 14 avqust 2020-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Nadir Məmmədhüseyn oğludur.

Açıq mənbələrdə “Erboss Construction” MMC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. Görünür, bu, MMC-nin yeni yaranması ilə əlaqədardır. Ancaq maraqlıdır ki, “Qaçqınkom” yeni yaranan bu 10 manatlıq şirkətə etibar edir.

Ümumiyyətlə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, daha doğrusu, qurumun sədri Rövşən Rzayevin təşkil etdiyi tenderlərin şəffaflığı həmişə şübhə altında olub. Mediada vaxtaşırı bu barədə qeyd edilib. Təkcə ötən il Məcburi Köçkünlərin Sosial İnkişf Fondunun “Bakinşaat Group” MMC ilə bağlıdığı müqaviləni nümunə gətirmək kifayətdir.

Maliyyə dəyəri 3 801 400.68 AZN olan həmin müqavilədə Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulur.

“Bakinşaat Group” MMC 10 may 2004-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 110-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Elşad Sabir oğludur.

Elşad Məmmədovun adına 2016-cı ildə Vergilər Nazirliyinin yaydığı vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulanların siyahısında rast gəlinir. Bununla bağlı Elşad Məmmədovla nazirlik arasında məhkəmə çəkişməsi də olub. Nazirlik birinci instansiya məhkəməsini udduğuna görə sahibkar Apelyasiya Məhkəməsinə müraciət edib. Açıq mənbələrdə məhkəmənin perspektivi ilə bağlı hər hansı məlumat yoxdur.

Yeri gəlmişkən, həmin vaxt Elşad Məmmədov “Bakinşaat Bərpa” MMC-nin təmsilçisi olub.

Sosial İnkişaf Fondu vaxtaşırı “Bakinşaat Group”a müraciət edib. Təkcə 12 dekabr 2019-cu ildən 13 mart 2020-ci ilə qədər Fondla şirkət arasında ümumi maliyyə dəyəri 11 milyon civarında olan Abşeron və Qaradağ rayonlarında məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində doqquzmərtəbəli binaların və uşaq bağçasının tikintisini nəzərdə tutan 3 müqavilə imzalanıb. Az sonra, yəni 8 may 2020-ci il tarixdə Fondla MMC arasında dəyəri 4 milyon AZN-ə yaxın olan növbəti müqavilənin imzalanması tenderin şəffaflığına şübhələri artırır.

Məlumat üçün qeyd edək ki, Fondun Müşahidə Şurasının sədri də Rövşən Rzayevdir
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:59

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

21:59

İnsanların yayda maska taxmasından imtina oluna bilər? - AÇIQLAMA

21:57

Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"

21:51

Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları - NƏ BAŞ VERİR?

21:48

QMİ sədrindən dəfn və yas mərasimlərinə icazə ilə bağlı - Açıqlama

21:45

General-polkovnik Tofiq Ağahüseynov dəfn edildi - Fotolar

17:26

 Ordumuz irəliləyib - Ermənistan KİV

17:23

Fitrə zəkatının çıxarılma vaxtı AÇIQLANDI

17:21

29 il sonra Cıdır düzündə festival

17:18

Prezident: "Bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq"

17:16

Bu gün Şuşada "Xarıbülbül" müsiqi festivalı başlayır

17:13

Azərbaycan vətəndaşlarına VACİB XƏBƏR: Müddəti uzadıldı

00:27

Koronavirus bizi nə vaxt tərk edəcək?

00:23

Qazaxın icra başçısı həbs edilir?

00:20

Ərdoğan Şuşaya BUNUN üçün gəlir - Putin və Paşinyanın planı ALT-ÜST oldu

00:16

Prezidentdən Ermənistana xəbərdarlıq: "Odla oynamasınlar, yumruq yerindədir"

00:14

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

00:09

“Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” - İlham Əliyev

23:51

Başı bəlalı Sumqayıt Dövlət Texniki Kolleci düzəlmir ki, düzəlmir..... İDDİA

23:47

TƏBİB-də iclas keçiriləcək - Yeni qərarlar GÖZLƏNİLİR

23:41

GÖZƏLLİYİN ƏTRİ - CHARMLADY

22:44

Baş prokuror klinikalardakı qanunsuzluqlardan danışdı

22:41

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

22:38

Prezident Naxçıvanda Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib

22:35

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

12:28

Faşizm üzərində qələbədən 76 il ötür

12:27

Azərbaycanda yeni qərar qəbul edildi: Avqustun 1-dək...

12:22

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi yoxsa Hərbi Poliqon?

12:00

“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert

22:22

Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI

22:20

İcra başçısı süpürgəçi vəzifəsi təklif etdiyi qazi ilə bağlı yalan məlumat yaydı - "Məsələni xahiş edirəm, yayındırmayın!"

22:18

Xalq Şairi Musa Yaqub dəfn edilib - FOTO

22:15

"Volkswagen Bakı Mərkəzi" icra başçısının əlindən ALINDI - SƏBƏB

22:13

AAAF Park sakinindən şikayət: - “Kommunal xərclər artıq yazılır”