“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

18:41 13.04.2021 240
“Ümid edirəm ki, gələn ildən məcburi köçkünlərin geri qaytarılmasına başlanacaq” - Azərbaycan Prezidenti

Biz məcburi köçkünləri ən qısa müddətdə geri qaytarmaq istəyirik. Onlar uzun müddət bunun üçün gözləyiblər, ancaq ən böyük problem minalardır. Ermənistanda mina xəritələrinin olduğunu bilməyimizə baxmayaraq, onlar mina xəritələrini bizə vermədi”.

ZamanTV.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, müharibə bitəndən sonra 20 mülki şəxs minaya düşərək həyatını itirib: “Bu, başqa bir müharibə cinayətidir. Axı müharibə bitib, niyə bizə mina xəritələrini vermirsiniz? Beləliklə, biz o əraziləri minalardan təmizləyə bilərdik. Mina təmizləməsi çox uzun prosesdir, çox vaxt alır, çünki bizim təlimləri təşkil etmək, həmçinin, ləvazimatları almaq üçün kifayət qədər ixtisaslaşmış kadrımız yoxdur”.

Prezident ikinci vacib məsələ kimi dəymiş zərərin qiymətləndirilməsinin qeyd edib: “Çünki biz Ermənistanı törətdikləri bütün bu dağıntılara görə beynəlxalq hüquq qurumlarında məhkəməyə verməyi planlaşdırırıq. Buna görə də bütün bu xarabalıqları və dağıntıları sənədləşdiririk, hər tikili üçün xüsusi pasport yaradırıq ki, tarixdə olduğu kimi qalsın. Və əlbəttə, infrastrukturun qurulması prosesi. Çünki biz insanları düzün ortasında qoya bilmərik. Orada yaxşı yaşayış standartları olmalıdır və biz artıq layihələrə başlamışıq.

Mən artıq müxtəlif tərəfdaşlarla söhbətlərimdə bizi şəhər planlaması, kənd planlaması ilə bağlı ideyalarla təmin edə biləcək şirkətləri cəlb etmək üçün bu məsələni qaldırmışam. Bu şirkətləri bizimlə işləmək üçün dəvət etmək istəyirik, çünki bizim inşaat bacarıqlarımız bu əraziləri yenidən qurmaq üçün yetərli deyil”.

Prezident qeyd edib ki, bu səbəbdən məcburi köçkünlərin hamısının nə vaxt qaytarılacağını demək çətindir, lakin onlar mərhələlərlə geri qaytarılacaq: “Böyük ehtimalla qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli, Cəbrayılda xətlər, elektrik, su çəkmək daha asandır və yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda biz Laçında hava limanı inşa etməyi düşünürük, çünki Laçına getmək asan deyil. Həmçinin Kəlbəcərə də yol çəkilir. Mövcud yollar hazırda Rusiya sülhməramlılarının nəzarətindədir, biz bu yollardan istifadə edirik, lakin bəzən nə vaxt və necə, bəlli olmur. Bizim çoxlu tunellər tikməyə ehtiyacımız var. Beləliklə, dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO