Göygöldə Şəhidin statusu ailəsindən xəbərsiz ləğv edilib - NARAZILIQ!

23:37 16.03.2021 368
Göygöldə Şəhidin statusu ailəsindən xəbərsiz ləğv edilib - NARAZILIQ!
Göygöl rayonun sakini Seymur Nəcəfov Əlifala oğlu Hurriyyet.org-a müraciət edərək bildirib ki, 1993-cü ildə Birinci Qarabağ döyüşlərində şəhid olan qardaşı Yəhya Nəcəfovun şəhidlik statusu ailəsindən xəbərsiz ləğv edilib. Maraqlısı budur ki, Yəhya Nəcəfov Şəhidlər Xiyabanında dəfn edilməsinə və şəhidliklə bağlı bütün sənədlər qaydasında olmasına baxmayaraq Apellyasiya Məhkəməsinin hakimi Afiq Hüseynzadə onu qismən şəhid olmasıyla bağlı qərar qəbul edib:

“Qardaşım Yəhya Nəcəfov 1993-cü ildə Birinci Qarabağ döyüşləri zamanı şəhid olub. Günlərin birində Göygöl rayonunda şəhidlər üçün nəzərdə tutulmuş lövhəyə baxanda qardaşımın adının orda olmadığını gördüm. Göygöl rayonu üzrə Səfərbərlik xidmətinə getdim. Mənə qardaşımın şəhidlik statusunun götürüldüyünü dedilər. Dedilər ki, Müdafiə Nazirliyində yaradılmış komissiya həlak olmuş hərbçiləri kateqoriyalara bölüb: Erməni gülləsindən həlak olan, mina partlayışı nəticəsində həlak olan və ya səhlənkarlıq nəticəsində həlak olan. Həmin yaradılmış komissiya da mənim qardaşımın şəhidlik statusunu ləğv edib. Qardaşım şəhid olmamışdan öncə Murov istiqamətində döyüşlərdə iştirak edib. Döyüşlərdən qayıdıb aşağıda təlim keçiblər. Həmin vaxt komandirlərinin səhlənkarlığı nəticəsində 18 hərbçi şəhid olub. Əllərində mina açılıb və hərbçilər həlak olub. Komandir də daxil olmaqla, həmin vaxt digər həlak olan hərbçilər də şəhidlik statusu daşıyır. Amma, mənim qardaşımın şəhidlik statusu bizdən xəbərsiz ləğv edilib. Bizim rayondan həmin an qardaşımla bərabər ümumilikdə üç nəfər şəhid olub. Digər iki nəfərin hazırda şəhidlik statusu qalır.
Amma, tək qardaşımın şəhidlik statusu götürülüb. Qardaşım hazırda da Şəhidlər Xiyabanında digər şəhid olan hərbçilərlə yanaşı dəfn edilib. Qardaşımla həlak olan digərləri bəs necə şəhidlik statusu daşıyır?…Bildirirlər ki, onların ailələri Sosial Müdafiə nazirliyinə pul verib, şəhidlik statusu alıb. Bunu mənə Göygöl rayon Hərbi Səfərbərlik üzrə Xidmətdən deyiblər. Sosial Müdafiə nazirliyindən də belə deyilir. Hazırda anamın əlində qardaşımın şəhid olmasıyla bağlı üç sənəd var. O vaxtlar şəhidlik statusunu rayon icra hakimiyyəti verib. Bütün sənədlərimiz qaydasındadır. Onların dediyindən belə çıxır ki, əvvəl qardaşım şəhid olub, hazırda isə şəhid sayılmır. Belə çıxır ki, 44 günlük müharibədə şəhid olanlar da beş-on ildən sonra şəhid sayılmayacaq…Bununla bağlı hər yerə müraciət etmişəm. Məhkəməyə verdik. Gəncə Apellyasiya məhkəməsi də şəhid anasını aldadıb. Hakim Afiq Hüseynzadə anama deyib ki, get qərar 15 günə evindədir. 15 gündən sonra qərar gəlib. Qərarda qeyd edilib ki, şəhidlik statusu qismən təmin edilsin. Yarımçıq şəhid görmüsünüz?…Belə çıxır ki, biz yarımçıq şəhid ailəsiyik. Ya ümumiyyətlə şəhidlik statusu ləğv edilsin, ya da bizdən xəbərsiz ləğv edilən şəhidlik statusu təmin edilsin. Hakimə bildirdim ki, qardaşım şəhidlər xiyabanında dəfn edilib. Əgər, şəhid deyildisə orda niyə dəfn edilib?…Mənə deyir ki, şəhidlər üçün dövlət tərəfindən verilən pulu almamısınız. Almamışamsa, dövlətimə qalıb. Dövlət tərəfindən şəhid ailəsi üçün ayrılan pulu da mənimsəyiblər. Müraciət etmədiyimiz yer qalmayıb. Müdafiə nazirliyindən də bildirirlər ki, məhkəmədən qərar al gətir. Anam qardaşım şəhid olandan sonra sağ gözünü itirib. Şəhid analarına üzümü tutub deyirəm ki, ehtiyyatlı olun. Beş-on ildən sonra sizi də eyni aqibət gözləyir. Müdafiə nazirliyinin verdiyi sənəddə qeyd olunur ki, qardaşım hərbi xidmətini yerinə yetirərkən şəhid olub. Qardaşım mülki şəxs olmayıb axı…Əynində hərbi formada müharibədə şəhid olub”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO