İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu

23:25 16.03.2021 335
İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
İcra başçılarının bir qisminin tərcümeyi-halı sözün həqiqi mənasında əsl “komediya” mövzusudur.
Belə icra başçılarından biri də keçmişdə Tramvay parkında usta işləyən Əziz Əzizovdur.
Təsəvvür edirsiniz, tramvay təmir edən, dövlətdən cüzi maaş alan birisi birdən işini dəyişir və peyda olur sahibkarlıq sektorunda, başlayır biznes qurmağa. Özü də arpa, taxıl satmaqla məşğul olur.
Adama deyərlər tramvay düzəltməy hara, arpa satmaq hara..?
Hələ bu harasıdır ? Əsl komediya tramvay ustasının, apra satanın Cəlilabad boyda rayona icra başçısı təyin olunmasıdır.
Bol taxıl məhsulları olduğu üçün həmişə Cəlilabad rayonuna Azərbaycanın Ukraynası deyiblər. Bəli, Əziz Əzizov düz 12 il Cəlilabad rayonunun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı.
Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı.
Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları və daha nələri.
Neftçalanın ozamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi.
Bəli, Əziz Əzizov Cəlilabadı “abad” eləyəndən sonra Allah qoymasa üz tutdu Bakının ən böyük rayonu olan Yasamala.
Yasamalda da az “işlər” görmədi cənab başçı. Adi JEK müdirlərini dəyişməyin qiymətlərini qaldırdı. Bir də öz şoferi olan bacısı oğlunu hüquq şöbəsinə təyin etdi.
Bəli, tramvay ustası icra başçısı olanda, sürücü də hüquq şöbəsində çalışmalıdır.
Nəhayət Əziz Əzizov paytaxtın ən torpaqlı, ən məhsuldar rayonu olan Suraxanıya icra başçısı təyin olundu. Və ilk əmri əvvəl şofer, sonra “hüquqçu” olan bacısı oğlunu özünə köməkçi təyin etdi.
Əziz Əzizov rayonlara öz dədə-baba malı kimi baxır, elə bilir ki, rayonu “arendaya” götürüb.
Hələ Əziz Əzizovun macəralarından danışmırıq. Dostu Kamillə qohum olmağı başqa bir komediyanın mövzusudur.
Yəqin diqqətli oxucular bilir ki, vətəndaşı “tumançaq” aparan polis əməkdaşını bu günlərdə cənab Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov vəzifəsindən azad etdi.
Söhbət Suraxanı Rayon Polis İdarəsinin kapitan Şəhriyar Hüseynzadədən gedir. O, xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxartmadığına görə tutdugu vəzifədən azad edilib.
Bəli, söhbət Əziz Əzizovun kürəkəni Şəhriyar Hüseynzadədən gedir.
Təsəvvür edirsiniz, qaynata rayonun icra başçısı, kürəkən RPİ-də polis zabiti. Hələ bu harasıdır?
Əziz Əzizov Şəhriyarın atası, Ağcabədinin icra başçısı Rafil Hüseynov ilə quda imiş.
Qaynatası Əziz Əzizova arxayın olan polis zabiti Şəhriyar Hüseynzadə “Şalvar geyinməsin, elə belə aparın” deyərək vətəndaşı təhqir etmişdir.
Hə, cənab Əzizov, bir gün bu rüsvayçılıqlar özünüzə qayıdacaq.
Cəmiyyətimiz “Qara maska” komediyasına baxacaq...
Növbəti yazıda icra başçısının “şərikli” geniş biznes şəbəkəsindən bəhs edəcəyik.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO