Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi oldu

20:43 15.03.2021 316
Dələduzluqda ittiham olunan keçmiş müstəntiq Müşfiq Abbasovun məhkəməsi oldu
Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasovla bağlı bu gün məhkəmə iclası keçirilib.

ZamanTV.az xəbər verir ki, iclasa hakim Mahmud Ağalarov sədrlik edib. M. Abbasov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.3, 32.4 və 312.2 ci maddələri ilə ittiham olunur.

Məhkəmə iclasında Pentensiar Xidmərin keçmiş əməkdaşı şahid qismində dindirilib. Növbəti məhkəmə prosesi 17 mart, saat 09:00-a təyin olunub.

Xatırladaq ki, M. Abbasov öz qulluq mövqeyindən istifadə etməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə külli miqdarda zərər vurma, təkrar dələduzluq, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə, birbaşa yolla özü vasitəsi ilə maddi nemətin vahid niyyətlə rüşvət qismində verilməsinə qeyrilərini təhrik etməkdə ittiham olunur.

İttiham aktına görə, o, 12 iyun 2014 tarixindən 11 sentyabr 2017-ci il tarixinə kimi Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunur. Bildirilir ki, CM-nin 179.3.2maddəsi ilə ibtidai istintaqını apardığı cinayət işi üzrə Əsədov Vüqar Şükür oğlu barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçildikdən sonra onun azad olunmasına köməklik göstərəcəyini bildirib. Bu məqsədlə ona müraciət edən V. Əsədovun bacısı Natəvan Əsədova və həyat yoldaşı Elnarə Əsədova ilə görüşüb. O həmin şəxslərə V. Əsədovu həbsdən azad edəcəyi vədini verib və sonradan - iyul ayının sonlarında “Sahil Bağı”nda N. Əsədovadan 3 500 ABŞ dolları, avqust ayında 2 600 ABŞ dolları, sentyabr ayında isə ümumilikdə 17 min 716 manat pulu rüşvət olaraq alıb.

Lakin oktyabr ayında V. Əsədovun dələduzluqla bağlı digər bir cinayət işinin də hazırda apardığı cinayət işinə birləşdirilidiyini deyərək onun azad olunmasının çətinləşdiyini bildirib.

Buna görə də o daha çox vəsait – 40 min manatın lazım olduğunu qeyd edib. Həmin ilin oktyabr-dekabr aylarında Atatürk prospektində yerləşən Karvan restoranında N. Əsədovanın dayısı İmamverdi Hüseynovun iştirakı ilə 20 min manat pul alıb. M. Abbasovun N. Əsədovadan aldığı pulların ümumi məbləği 39 716 manat olub.

Bundan başqa o 11 sentyabr 2017-ci ildə baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric olunandan sonra bu kimi əməlləri davam etdirib. Belə ki, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi formada hüquqi yardım göstərdiyi cinayətdən xəbərsiz Sadıqov İlyas Usub oğlunun vasitəsi ilə tanış olduğu və sahibkarlıq fəaliyyəti ilə Əlaqədar Rəhimov Elşın Mirzə oğluna satdığı materialın əvəzində ödənilməli olan 840 000 ABŞ dolları məbləğində pul vəsaitini ala bilməyən Dadaşov Mahir Əkbər oğlu ilə görüşür.

Əvvəlllər prokurorluq orqanlarında işlədiyini bildirərk əlaqələrindən istifadə etməklə Elşən Rəhimov haqda cinayət işi açdıra biləcəyini və bu vasitə ilə ödəməli olduğu pul vəsaitini ödətdirəcəyini vəd verib. Bunun üçün o Mahir Dadaşovu aldatma yolu ilə onun 20 min ABŞ dollarını ələ keçirib.

İttiham aktında qeyd olunur ki, bununla da M. Abbasov təkrarən dələduzluq etmiş, M. Dadşova 20 min dollar (34 min manat) ziyan vurub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO