Gürcü telekanalı azad edilmiş ərazilərimizdən reportaj hazırladı

22:32 9.03.2021 277
Gürcü telekanalı azad edilmiş ərazilərimizdən reportaj hazırladı
Otuz ilə yaxın bir dövrdə erməni hərbçilərinin işğalı altında qalan ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır.

“ZamanTV.az” xəbər verir ki, bu barədə gürcü telejurnalist, “Mtavari arxi” telekanalının müxbiri Nani Sisvadze Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən hazırlanan reportajda məlumat verilib.

Jurnalist bildirir: “Otuz il ərzində bu ərazilər erməni hərbçilərin işğalı altında olub. Uzun illərdən sonra bu ərazilərdə yenidən Azərbaycan bayrağı dalğalanır. Artıq bu ərazilər rəsmi olaraq Azərbaycanın nəzarətindədir”.

Minalanmış ərazilərdə müəyyənləşdirilmiş yollardan səhvən kənara atılan hər bir addımın ölümlə nəticələnə biləcəyini vurğulayan telejurnalist Nani Sisvadze qeyd edir:

“Müharibə görmüş şəhərlər arasından ilk getdiyimiz yer Ağdamdır. Britaniyalı müəllif Tomas de Vaalın “Qara Bağ” kitabında Ağdamı Xirosima adlandırdığı kimi də bura ruhlar şəhəridir”.

Ağdam şəhərinin yerlə-yeksan edildiyi, burada heç bir həyat nişanəsinin hiss olunmadığı tamaşaçıların diqqətinə çatdırılır. Ərazidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnikaların, o cümlədən, zenit raket müdafiə kompleksinin qalıqları da təqdim edilir.

Jurnalist Ağdamda tarixi abidələrin, məscidlərin, hamamların, türbə və kümbəzlərin ciddi ziyan gördüyünü diqqətə çatdırır. Məlumat verilir ki, 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti XIX əsrə aid məscidə gələrək bu müqəddəs ocağa “Qurani-Kərim” hədiyyə edib.

Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi-alim Guram Marxuliyanın və Rondelli Fondunun gürcü tədqiqatçısı Aleksandre Kvaxadzenin müsahibələri də yer alıb.

Tədqiqatçılar 44 günlük müharibənin əhəmiyyətindən, erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Füzuli şəhərindən də görüntülərin yer aldığı reportajda erməni işğalçıların törətdikləri vəhşilikdən söz açılır. Qeyd olunur ki, bura Dağlıq Qarabağın seçilən şəhərlərindən biri olub.

Sonra telejurnalist Cəbrayıl rayonundan bəhs edir. Otuz il əvvəl buralarda yaşamış Elcan Şirinlinin ailəsinin 2016-cı ildə Cocuq Mərcanlı kəndinə qayıtdığını, bu ailənin müharibənin dəhşətlərini öz gözləri ilə gördüyünü qeyd edir. Jurnalistin ev sahibi Elcan Şirinlidən aldığı müsahibədə deyilir:

“Erməni tankları bizim kəndi atəşə tutmuşdu. Əmim əlimizdən tutdu və bizi kənddən çıxardı. Biz oradan çıxan zaman gecə idi, qorxduğumuz üçün maşının işıqlarını yandıra bilmirdik. Çox çətinliklə oradan çıxa bildik. Amma indi, bu qədər zaman sonra ərazilərimizin qaytarılmasına sevinirəm”.

Azərbaycan-İran sərhədindəki Xudafərin körpüsündən hazırlanan reportajda bu tarixi ərazilərdə də Azərbaycanın bayrağının dalğalandığı bildirilir. Ərazidən keçən dəmir yolu barədə izləyicilərə məlumat verilir:

“Bir zamanlar bu ərazidən Azərbaycanı Ermənistan, Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələndirən dəmir yolu keçirdi. İndi isə bu dəmir yolunun bərpası planlaşdırılır”.

Qubadlı rayonunda gördükləri barədə bəhs edən jurnalist bunları deyir:

“Biz Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdik. İndi burada azərbaycanlı hərbçilər yerləşdirilib. Qubadlıdakı bütün evlər, yaşayış məntəqələri dağıdılıb.
Gürcü telekanalı azad edilmiş ərazilərimizdən reportaj hazırladı
Gürcü telekanalı azad edilmiş ərazilərimizdən reportaj hazırladı
Gürcü telekanalı azad edilmiş ərazilərimizdən reportaj hazırladı
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO