Nazirlikdən xəbərdarlıq: "Bu qablardan istifadə etməyin"

23:58 7.06.2018 548
Nazirlikdən xəbərdarlıq: "Bu qablardan istifadə etməyin"


"Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq, əhaliyə müraciət edirik ki, mümkün qədər plastik və polietilen qablardan az istifadə etsinlər, istifadə edilən qabları isə ətraf ərazilərə atmasınlar, dənizi, meşələrimizi bu cür tullantıların zərərli təsirinə məruz qoymasınlar".

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Adil Zeynalov deyib.

A.Zeynalovun sözlərinə görə, bu gün istifadə olunan plastik qablaşdırma materialları və polietilen torbalar qlobal problemə çevrilib: "Azərbaycanda da bu problemlə gündəlik üzləşirik. Hər birimizə məlumdur ki, bu növ tullantılar ətraf mühitin intensiv olaraq çirklənməsinə gətirib çıxarır".

Sektor müdiri qeyd edib ki, müəssisələr məhsulun qablaşdırılması zamanı plastik və polietilen materiallara deyil, alternativ qablaşdırma üsullarına (məsələn, kağız, şüşə materiallar və s.) üstünlük verməlidirlər.

Bir çox ölkələrdə plastik və polietilen qablardan artıq istifadə edilmədiyini deyən nazirlik rəsmisi əlavə edib ki, keçmiş SSRİ məkanında ətraf mühitə atılan tullantıların təxminən 1 faizi plastik materialdan olan tullantılar olduğu halda son zamanlar bu, dəfələrlə çoxalıb.

Bu göstəricinin getdikcə artdığını deyən nazirlik rəsmisi bildirib ki, plastik materialdan olan tullantıların artmasının ən əsas səbəblərindən biri texnologiyanın inkişaf etməsi, bu materiallardan daha geniş istifadə edilməsidir.

A.Zeynalov təklif edir ki, polietilen paketlər məhsul alarkən insanlara pulla satılsa, onda onların satış səviyyəsi də azalar və belə paketlər daha az istifadə edilər: "Çünki onda insanlar əvvəllər olduğu kimi bir zənbil götürməklə bazarlığa gedər və polietilen paketlərə də əlavə pul verməzlər".

Mütəxəssis istifadə edilmiş plastik qabların təkrar emalını da vacib sayıb. Onun sözlərinə görə, belə olarsa, tullantılarının həcmi azalar, eyni zamanda, onların insan sağlamlığına və ətraf mühitə mənfi təsiri də azalar: "Bu gün sərinləşdirici içki istehsal edən müəssisələrdə gün ərzində minlərlə plastik qaba içki doldurulur. Hər bir müəssisə istehsala başlayarkən müəyyən etməlidir ki, istehsal etdiyi məhsulların qablarını hansı formada geri ala və onun əsasında yeni bir məhsul hazırlaya bilər. Amma iş ondadır ki, Azərbaycanda belə qabların geri alınması mexanizmi, habelə təkrar emalı texnologiyaları tətbiq edilmir".

A.Zeynalov qeyd edib ki, süni materiallardan hazırlanan belə qablar Günəş şüasının altında qalarkən onun tərkibindəki kimyəvi maddələr qidaların və suların tərkibinin pisləşməsinə səbəb olur. Bu cür qablardan su qabı kimi təkrar istifadə edilməsi isə yolverilməzdir.

ETSN rəsmisi əhalinin özünün də plastik qablardan daha az istifadə etməkdə maraqlı olmasını vacib sayıb: "Bizə şikayətlər edilir ki, küçələrə plastik qablar, polietilen torbalar atılır. Bəzi insanlar buna laqeyd münasibət göstərsələr də, artıq çoxları belə tullantılarla bü cür davranma hallarına qarşı çıxmağa başlayıb və hesab edirlər ki, bu qabları, torbaları tullantı kimi hara gəldi atmaq düzgün deyil”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO