Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi

21:10 12.02.2021 304
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Hərbçinin həyat yoldaşı müraciətində Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət ediyini və Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirdiyini və bu xidmətinə görə təltif olunduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan hərbçi xanımı Hərbi Prokurorluqda həyat yoldaşının işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Müraciətdə qeyd edilib ki, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilən mayor 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçünüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb:

“Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları həyat yoldaşımın xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər. Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona “Sən yaralısan və müalicəyə ehtiyacın var”, - deyib. Lakin sonra “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, - deyə aldatmağa çalışıb.

Həyat yoldaşımın qol çəkmədiyini gördükdə, onu general-mayor Şəfahət İmanovun yanına aparıblar. Onların nə istədiyini anlamayan həyat yoldaşım heç nəyə qol çəkməyəcəyini deyərək, hospitala göndərilməsini istəyib. Edilən təzyiqlərə baxmayaraq, həyat yoldaşımın imza atmadığını görən adıçəkilən şəxslər ona döyüşdən yayındığını deyiblər. Onun qarşısına “Biz sənə yaxşılıq edirik. Gəl ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at” şərti qoyulub.

Yoldaşım elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparılıb. Bakı hərbi Məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirilib. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev həyat yoldaşıma guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış edib.

Belə ki, Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün - 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib. Həyat yoldaşım həbsetmənin müddəti 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib. Həyat yoldaşımın barəsində həbs qətimkan tədbiri haqqında qərara baxdıqda, hakim Rafiq Abbasovun məhkəmə protokollarında saxtalaşdırma edərək həyat yoldaşımın özünü təqsirkar bildiyini yazdırdığı üzə çıxır”.

Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə həyat yoldaşının yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, mayor Kazımov Ziya Məhəddin oğlunun hərbi hissəsinin “Lələ-illah” dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Fizuli və Şuşayadək uzanıb. Xanımı həyat yoldaşının döyüş yolunu belə təsvir edib:

“60-a yaxın şəhid və 120-dən çox qazisi olan hərbi hissəsi ilə birlikdə “lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində yerləşən və ermənilər üçün xüsusi əhəmiyyətə malik “qırmızı manqa” adlandırılan düşmən mövqeyini, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi mövqelərini, həmçinin 2-ci Ordu Korpusu komandirinin əmri ilə Milli qəhrəman, polkovnik Şükür Həmidovun sərəncamı altında digər hərbi hissələrimizin köməyinə gedərək, kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin iki mövqeyini bir günə darmadağın edərək hücumun davam etdirilməsinə şərait yaradıb.

Daha sonra 2-ci Ordu Korpusu komandirinin sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Qarazıllı,Yuxarı Rafadanlı, Aşağı Rafadanlı, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar və digər kəndləri, Şabandağ və başqa yüksəklikləri şəxsən öz hərbi hissəsi ilə birgə düşməndən azad edib. Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

10-dan çox özüyeriyən top, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu silah-sursat, əşya və əmlak, sənəd və sübut, xəritə və 2 erməni əsgəri komandirlik etdiyi hərbi hissə tərəfindən Azərbaycan ordusuna təhvil verilib.

Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində (4 il bundan öncəki) təqsirli bilinirsə, nə üçün bu müddət ərzində rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?”

Zabitin xanımı müraciətinin sonunda prezident İlham Əliyevdən həyat yoldaşının işini şəxsi nəzarətə götürməyini xahiş edir. (Unikal.org)

Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Hadruta ilk daxil olan həmlə taborunun komandiri həbs olundu - Həyat yoldaşı prezidentə müraciət etdi
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO