Bakı kömək üçün Tehrana müraciət edərsə... İran-Azərbaycan sərhədi dostluq sərhədinə çevrilir

15:42 15.12.2020 397
Bakı kömək üçün Tehrana müraciət edərsə... İran-Azərbaycan sərhədi dostluq sərhədinə çevrilir
Tarix yalnız tarix olaraq qalsaydı, onunla yaxından maraqlanmağa, onu dərindən bilib öyrənməyə dəyərdimi? Sözsüz, dəyməzdi. Tarixin dəyəri onun bu günə, gələcəyə bağlılığındadır. Bu baxımdan tarix yalnız keçmiş deyil, həm də gələcəkdir. Bacarıqlı, güclü dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ Müharibəsində Ermənistan üzərində qələbə əldə edərək, bütün torpaqlar işğaldan azad edildi. Bununla Birinci Qarabağ Müharibəsi unudulacaqmı? Əlbəttə yox. Birinci Qarabağ Müharibəsini Ermənistanla aparan səriştəsiz dövlət başçısı var idi. İyirmi yeddi il əvvəlki müharibəni unutsaydıq, səhvlərdən nəticə çıxarmasaydıq, İkinci Qarabağ Müharibəsində şanlı qələbə əldə edə bilərdikmi? Yenə də yox!

Birinci Qarabağ Müharibəsində ölkədə qeyri-sabitlik hökm sürürdü. 1993-cü ilin ortalarında Heydər Əliyevin hakimiyyətə gəlişi qeyri-sabitliyə tədricən son qoydu. Amma çətinliklər tam aradan qaldırılmamışdır. Bu ağır günlərdə xarici dövlətlərdən siyasi, mənəvi dəstək çox az idi, yetərincə deyildi. Yalnız sözdə dəstək var idi, əməldə isə...

Azərbaycana istər Əbülfəz Elçibəy, istərsə də Heydər Əliyevin hakimiyyəti dövründə yeganə hərbi dəstək verən İran İslam Respublikası idi. Təkcə hərbi dəstək deyildi, blokada şəraitində olan Naxçıvan İran İslam Respublikasının ümidinə qalmışdı. Milli Məclisin deputatı, əslən naxçıvanlı olan Eldar İbrahimov o illəri xatırlayaraq deyirdi: “Bizim o ağır illərdə üz tutduğumuz yeganə məkan İran idi. Sübh çağı İrandan göndərilən ərzaq - un və sair qida məhsulları ilə yüklənmiş maşınları görəndə sevincimizin həddi-hüdudu yox idi”.

Bakı kömək üçün Tehrana müraciət edərsə... İran-Azərbaycan sərhədi dostluq sərhədinə çevrilir

Əbülfəz Elçibəy və Heydər Əliyev hakimiyyəti zamanında Prezident Aparatında xarici siyasət üzrə dövlət müşaviri vəzifəsində çalışmış mərhum Vəfa Quluzadə 1992-1993-cü illərdə Qarabağ Müharibəsində İranın Azərbaycana göstərdiyi köməklə bağlı “Gələcəyin üfüqləri” kitabında yazırdı: “O, ağır illərdə İran qazı evlərimizi isidirdi. Ermənistanla müharibədə yaralanmış əsgərlərimiz İran hospitallarında pulsuz müalicə olunublar. İrandan gətirilmiş avtobuslar nəqliyyatımızdakı böhranı aradan qaldırıb. Biz İrana məhz qardaş ölkə kimi baxmağı, onunla əməkdaşlıq etməliyik”.

İranın Qarabağdan gələn məcburi köçkün soydaşlarımız üçün düşərgələrin salınmasında, xüsusilə Zəngilanın işğalı zamanı yurd-yuvasından qovulan dinc insanlara öz ərazisindən göstərdiyi humanitar yardımların sayı-hesabı yox idi. Bu, başqa bir yazının mövzusudur. Bir çox media nümayəndələrinə tövsiyə edərdim ki, İranın Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yardımı ilə 2002-ci ildə çap olunmuş 447 səhifədən ibarət “Heydər Əliyev və Şərq” kitabını tapıb oxusunlar. Kitabda İran İslam Respublikası və Azərbaycan Respublikası əlaqələrinin dinamik inkişafına baxış öz əksini tapıb.

Bunları yada salmaqda məqsədim nədir? Məqsədim odur ki, bəzi media nümayəndələrimiz çayxana söhbətlərini, sifarişi yazılarını, təhrif edilmiş məlumatları, montaj olunmuş video görüntüləri araşdırma aparmadan, hətta dövlət maraqlarını nəzərə almadan cəmiyyətə təqdim etməklə, İran-Azərbaycan əlaqələrinin dinamik inkişafına zərbə vururlar. Uzun illər biz jurnalistlər İranın Ermənistanla qonşuluq siyasətini düzgün qiymətləndirməmişik. Daim qərəzli, böhtan dolu yazılara geniş yer vermişik. Azərbaycana parlaq qələbə qazandıran 44 günlük müharibədə İranın Ermənistanla qonşuluq siyasəti bütün dünyaya Qərbə sübut etdi ki, siyasi dəstəkdən məhrum olan Ermənistanın Qarabağ savaşını dini müstəviyə keçirməsi düzgün deyil.

Pakistan, Türkiyə və Azərbaycandan başqa Ermənistanın müsəlman ölkələri ilə sıx əlaqəsi var. Buna misal qonşu İran İslam Respublikasıdır. İran Ermənistanın dini qarşıdurma siyasətini demək olar ki, puça çıxartdı. Bu mənada İranın ali rəhbəri Seyid Əli Xameneinin Qarabağ savaşınının şiddətli zamanında birmənalı mövqeyini yada salaq: “Ermənistan işğal etdiyi bütün ərazilərini Azərbaycana qaytarmalıdır. Qarabağ Azərbaycana məxsusdur və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdırlar”.

İran Prezidenti də ortaya qəti və prinsipial mövqe qoymuşdur: “Ərazi bütövlüyünün təmin olunması, Azərbaycan xalqının hüququdur”.

Bu cür bəyanatlar, müraciətlər və açıq mövqe İran tərəfindən birinci dəfə deyildi. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Bagirinin keçən il Bakıya rəsmi səfərini yada salaq. O, Prezident İlham Əliyevlə görüşdə "Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır" söyləmişdi. Bagiri Tehranın bu məsələ ilə bağlı illərdir dəyişməz olan mövqeyinin Azərbaycan Prezidentinin diqqətinə çatdıraraq demişdi: “İran Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbul edilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

Qırx dörd günlük savaşda Azərbaycan Ordusu Araz boyu 132 km-lik İran və Azərbaycan dövlət sərhədini demək olar ki, tam bərpa etdi. Bu münasibətlə Azərbaycan və İran xalqlarını təbrik edən Prezident İlham Əliyev demişdi: “İran-Azərbaycan sərhədi digər istiqamətlərdəki kimi bu istiqamətdə də dostluq, qardaşlıq sərhədi olacaqdır”.

Bir yazar kimi inanıram ki, bu gün orada bir gömrük postu açılacaq, hər iki tərəfinin insanlarının maddi rifahı xeyli yüksələcək. O gün tezliklə olacaq.

Qırx dörd günlük Qarabağ savaşında İranın siyasi, mənəvi dəstəyindən yararlanan ölkəmizlə bağlı bir çox saytlarında yetərincə deyilib. Müsavat.com, Publika.az, Millitv.az və digər saytlarda geniş yazılara rast gəlirik. Mənim İranla bağlı xoş təəssüratlarım təkrarçılıqdan deyilənlərdən çox uzaqdır. İranla bağlı bir yazar kimi, bir məlumatı oxucularla bölüşməyimin bir səbəbi vardır ki, məhz o səbəblə əlaqədardır ki, bu yazını hazırladım. Türkiyənin “Star” qəzetinin 21 noyabr 2020-ci il nömrəsində dərc olunan “İran həm sinifdə qaldı, həm də Qarabağ Müharibəsində əsas itirənlərdən biri oldu”. Yazı tərcümə edilərək, “Medarator.az” saytında dərc olunmuşdur. Yazının müəllifi jurnalist Sevil Nuruyevadır. Bu gün Respublikamızda İranla bağlı yazılarla tanış olan, onu dərindən təhlil edən hər bir media nümayəndəsi Sevil xanımın bu yazısını inanmıram ki, birmənalı qiymətləndirib, onunla həmrəy olar. Sevil xanım yazır: “Sosial mediada onlarla silah-sursatın İran sərhədlərindən keçərək, Ermənistana getməsi barədə yayılan videolara şahidlik etdik. Buna baxmayaraq İran heç birini təkzib etmədi”.

Gəlin bu yaxınlarda Azərbaycan Prezidentinin xalqa müraciətini yada salaq: “Mən bunu bilirəm ki, nə üçün (ermənilər) İran üzərindən silahları gətirə bilmirlər. Ona görə ki, İran bizim dost, qardaş ölkəmizdir. Ona görə ki, bizim xahişimizi nəzərə alaraq, öz hava məkanını bağlayıb. Ona görə ki, istəməyib ki, onlar gəlib azərbaycanlıları öldürsünlər”.

Nə isə...

Gəlin İranla bağlı reallığı əks etdirən yazılara bir nəzər salaq. Azərbaycanın elektron media resurslarından biri, “Publika.az” yazır: İran İslam İnqilabı keşikçiləri korpusunun (SEPAH) generalı Rəhim Noyi Əqdəm Ermənistanın Qarabağa terrorçu gətirdiyini onlara qarşı mübarizəyə hazır olduqlarını bəyan edib və deyib: “Rəsmi Bakı Tehrana kömək üçün müraciət edərsə, döyüşçülərimiz Azərbaycan tərəfindən vuruşmağa hər zaman hazırdır”.

Bakı kömək üçün Tehrana müraciət edərsə... İran-Azərbaycan sərhədi dostluq sərhədinə çevrilir

Xatırladıram ki, general Rəhim Noyi Əqdəm Birinci Qarabağ Müharibəsində ermənilərlə qarşı vuruşub şücaət göstərib. O, Heydər Əliyev tərəfindən Fəxri Fərman medalı ilə və simvolik qılıncla mükafatlandırılıb. İran Ordusunun istefada olan Kəbiri isə İran zabit və əsgərlərinin Birinci Qarabağ Müharibəsində iştirakından danışaraq demişdir: “Mən özüm şəxsən Azərbaycanda Birinci Qarabağ savaşında əsgərlərin təlim keçməsində yaxından iştirak etmişəm. Mərhum Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycanda səkkiz min əsgərə döyüş təlimi keçmişəm. Mənimlə birlikdə 150 nəfər könüllü İran əsgəri döyüşlərdə iştirak edib”.

Bu, Azərbaycanın yaxın keçmişini əks etdirən bir reallıqdır. Bu gün Azərbaycan 100 minlik güclü orduya malikdir. MDB dövlətləri içərisində ən güclü ordu sayılır. Güclü iqtisadiyyata malikdir. Bir çox ölkələrə yardım edərək, borc pul verir. Burada nöqtə qoyub demək istəyirəm ki, bunları yazmaqda məqsədim odur ki, jurnalist həmkarlarım İslam dini, dünya müsəlmanları o cümlədən, İran İslam Respublikası haqqında yazı yazarkən dolğun məlumatlar əldə etsinlər, tarixi həqiqətləri təhrif etməsinlər. İslam düşmənləri tərəfindən montaj edilərək, gündəmə çıxarılan dezinformasiyalara uymasınlar, bədxah qüvvələrin əlində alətə çevrilməsinlər. Həqiqətləri əks etdirən faktları araşdırsınlar və reytinq xatirinə ucuz sensassiya ardınca qaçmasınlar.

Bu gün İran müharibədən zərərçəkən Dağlıq Qarabağ və ətraf rayonların bərpasında iştirak etməyə hazırdır. Bunu İran Prezidentinin birinci müavini Eshaq Cahangiri Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrin Baş nazirlərinin 19-cu iclasında deyib. E.Cahangirinin sözlərinə görə, İran bu məqsədlə öz iqtisadi, xüsusilə də enerji tranzit sahəsindəki potensiallardan istifadə edə bilər.

Sonda İranın Bakıdakı səfiri cənab Seyid Abbas Musəvinin 44 günlük müharibənin yekununda imzalanmış üçtərəfli bəyanətla əlaqədar açıqlamasını xatırladıram: “Azərbaycan və Ermənistan Rusiyanın köməyi və İranın əvvəlcədən təqdim etdiyi planla yaxşı bir razılaşma əldə etdilər. İran bu prosesi məmnuniyyətlə qarşılayır”.

Bakı kömək üçün Tehrana müraciət edərsə... İran-Azərbaycan sərhədi dostluq sərhədinə çevrilir
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO