SON DƏQİQƏ: Azərbaycanda hərbçilər HƏBS OLUNDU - Döyüşlər vaxtı GÖRÜN NƏLƏR EDİBLƏR (ŞOK SƏBƏB)

20:28 14.12.2020 285
SON DƏQİQƏ: Azərbaycanda hərbçilər HƏBS OLUNDU - Döyüşlər vaxtı GÖRÜN NƏLƏR EDİBLƏR (ŞOK SƏBƏB)
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət, hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tarixə qızıl hərflərlə həkk olunmuş zəfərin əldə edilməsinə səbəb olmuşdur.

Azsabah.com-a Baş Prokurorluğa istinadən xəbər verir ki, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq, hərbi qulluq vəzifəsini icra edərkən nümayiş etdirdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çoxsaylı hərbi qulluqçuları Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğal olunmuş ərazilərin azad olunması üçün əks hücum əməliyyatlarının başlanıldığı ilk gündən Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinin hücuma məruz qalmasına baxmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Azərbaycan ordusuna yalnız döyüş meydanında düşmənin legitim hərbi hədəflərinə zərbələr endirmək, hərbi əsir və mülki əhaliyə münasibətdə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən Cenevrə Konvensiyalarının tələblərinə dönmədən əməl olunmasına dair tapşırıq vermişdir. Ali Bas Komandanın göstərişlərini rəhbər tutan Azərbaycan Ordusunun əsgər və zabitləri torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhali, o cümlədən qadın, uşaq və ahıl şəxslərə, əsir götürülmüş hərbçilərə, din xadimlərinə münasibətdə xalqımıza məxsus yüksək mədəniyyət və humanizm nümayiş etdirərək diqqət və qayğı ilə yanaşmış, bu münasibət həmin şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşləri, yerli və kütləvi informasiya vasitələrinə müsahibələri vasitəsilə geniş işıqlandırılmışdır.

Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müharibənin törətdiyi ağır psixoloji durumun təsiri altında bəzi hərbi qulluqçular tərəfindən düşmənə qarşı mübarizənin metod və üsullarının dərk edilməsində yanılmalar Silahlı Qüvvələrin göstərdikləri rəşadət və əzmə, eləcə də əldə olunmuş qələbəyə kölgə sala biləcək qanunsuz hərəkətlər törədilməsinə gətirib çıxarmışdır.

Belə ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində yayılmış Azərbaycanın hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərinin meyitləri üzərində təhqiredici hərəkətlər etmələrini, habelə əsir götürülmüş erməni hərbçiləri ilə qeyri-insani rəftarını əks etdirən videogörüntülər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən təhlil edilərək öyrənilmiş, bəzi videoçarxların saxta olması müəyyən edilsə də, bəzilərinin doğru olmasına və reallığı əks etdirməsinə ciddi şübhələr yaranmışdır.

Əvvəllər bu barədə mətbuata verilmiş məlumata əlavə olaraq bildiririk ki, qeyd edilən məlumatlarla bağlı toplanmış materiallar əsasında Hərbi Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 115.2 (işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işləri başlanaraq iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

İstintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kiçik gizir kimi xidmət aparan Rəşad Əliyev və Qardaşxan Abışovun Zəngilan rayonu ərazisində döyüş əməliyyatları zamanı öldürülmüş erməni hərbi qulluqçularının meyitlərinin üzərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Həmçinin, istintaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin əsgərləri Arzu Hüseynov və Ümid Ağayevin Xocavənd rayonunun Mədətli kəndi ərazisində yerləşən qəbiristanlıqda ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla üzərlərində təhqiredici hərəkətlərə yol vermələrinə, etdikləri hərəkətləri smartfon tipli mobil telefonla videoqeydə alıb sosial şəbəkələr vasitəsilə digər şəxslərə göndərmələrinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

R.Əliyev, Q.Abışov, A.Hüseynov və Ü.Ağayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda sosial mediada yayılmış digər videogörüntülərlə bağlı zəruri araşdırmalar aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən yuxarıda qeyd olunan cinayət əməllərinin törədilməsi yolverilməz olmaqla tolerant, multikultural dəyərləri üstün tutan, tarixən humanistliyi ilə seçilən azərbaycan xalqının mentalitetinə ziddir. Oxşar xarakterli qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq bu sahədə hüquq mühafizə orqanları tərəfindən qeyd olunan hüquq pozuntuları ilə bağlı ictimaiyyət məlumatlandırlmaqla cinayət işləri çərçivəsində istintaq araşdırmalarının aparılmasına dair açıq bəyanatlar verilməsinə baxmayaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən 101 dinc sakinin öldürülməsi, 423 mülki şəxsin yaralanması, habelə Ermənistan hərbi qulluqçularının döyüş əməliyyatları zamanı həlak olmuş azərbaycanlı hərbçilərin meyitləri üzərində təhqiredici hərəkətlər etmələri, habelə əsir götürülmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insani rəftarı əks etdirən videogörüntülərlə bağlı təəssüf ki, Ermənistanın hüquq-mühafizə orqanları, o cümlədən Baş Prokurorluğu tərəfindən hər hansı araşdırma aparılmamaqla tədbir görülməmiş və açıqlama verilməmişdir.

Qeyd olunmlaıdır ki, Azərbaycan Respublikası Prokurorluğu tərəfindən döyüş əməliyyatları zamanı həlak olmuş Azərbaycan hərbi qulluqularının meyitləri üzərində təhqiredici hərəkətlər, əsir düşmüş azərbaycanlı hərbçiləri ilə qeyri-insanı rəftarı əks etdirən videögörüntülər, mülki Azərbaycan vətəndaşlarının öldürülməsi və onlara xəsarət yetirilməsi ilə bağlı bütün cinayətlər üzrə zəruri və intensiv istintaq hərəkətləri aparılır. Baş Prokurorluq tərəfindən təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO