"Azərbaycan ordusunun formasını geyinən erməni cəlladıdır" - ŞƏRH

11:47 8.12.2020 674
"Azərbaycan ordusunun formasını geyinən erməni cəlladıdır" - ŞƏRH
Qalib Azərbaycan əsgərinin vəhşi obrazının yaradılması təxribatı dayanmadan, məqsədli şəkildə həyata keçirilməkdədir! Böyük ehtimal ki, bu günlərdə Rusiyanın internet resurslarında yayılmış videodakı başkəsən Azərbaycan əsgərinin formasını geymiş erməni və ya rus cəlladıdır. Yalvaran qocanın kimliyinə gəlincə, qurbanı istənilən vaxt istənilən yerdən seçmək olar, hətta özününkündən də. O qoca erməni də ola bilər, rus da, elə azərbaycanlı əsiri də. Niyə də yox?! Ermənilər özününküləri azmı qurban verib?! Ermənidirsə, ya ruhi xəstəxanadan, ya da qocalar evindən gətirilmiş kimsəsiz biri ola bilməzmi?! Ermənilər lazım gəldikdə, özlərindən olan qoca-uşaq demədən çoxlu qurbanlar verərlər ki, təki vəhşi türk və məzlum erməni obrazı real görünsün. Çox da uzaq olmayan tarixdəki Sumqayıt hadisəsi buna misal ola bilər. Yaxud, 1915-ci ildə məğlub olacaqlarını bilə-bilə qüdrətli Osmanlı imperiyasına qarşı üsyan qaldırıb, sonra da sürgün olanda yolda xəstəlikdən, yorğunluqdan qırılan erməniləri türklərin soyqırıma uğratdıqlarını 100 ildən bəri hay salmaları. Bu, həmin ermənilərdir ki, öz parlamentlərində belə 1999-cu ildə terror aktı həyata keçirib, siyasi xadimlərini sui-qəsd edib aradan götürdülər və sülh danışıqlarına mane oldular. Yenə də qayıdaq məlum videoya. Başı kəsilən zavallı qocaya gəlincə, dediyim kimi onun erməni olması ehtimalı da istisna edilmir, azərbaycanlı əsir olması da, yaxud rus və ya qeyri-millət olması. Qurban seçmək çətin deyil, pis niyyət olduqdan sonra. Bizi vəhşi göstərmək üçün əsirlərimizdən birini o cür öldürə bilməzlər?! Əllərinin altında minlərlə əsirimiz var, bu, nə çətin işdir?! Özü də sərhədçimizin başı kəsilmək videosundan sonra bu videonun Rusiya kanalında ortaya çıxması vəhşi erməni obrazını azərbaycanlı ilə əvəzləmək məqsədi daşıya bilməzmi?! Başkəsən xüsusi təyinatlının qolunda iri qırmızı sarıq var, bu, Türkiyə bayrağının simvolu olaraq vəhşi türk obrazını önə sürmək məqsədi ilə bağlı ola bilər. Qalib Azərbaycan əsgərinin qoca, köməksiz ermənini vəhşicəsinə qətlə yerirmək nəyinə lazımdır?! Vəhşilik acizlərə və zəiflərə məxsusdur, qaliblərə və mərhəmətlilərə deyil. Müharibələrdə belə şeylər olur, bu, məqsədli təxribatdır. Məsələn, Stalin sovet əsgərlərinə alman uniforması geyinib əhaliyə qarşı vəhşilik etməyi əmr etmişdi, bununla almanlara nifrət yaratmışdı, çünki alman ordusu işğal olunmuş ərazilərdə müqavimət göstərməyən yerli əhaliyə toxunmurdu. Buna aid çoxlu sayda misallar çəkmək olar. Azərbaycan əsgərinin uniformasını geymək, Azərbaycan dilində danışmaq hələ bunun Azərbaycan hərbçiləri tərəfindən edilməsi anlamına gəlmir. Ermənistan Azərbaycan əsgərinin başkəsən, vəhşi obrazını yaratmaq istəyir və bu cür üsullara əl atır, status tələb etmək, vəhşi kimi qələmə vermək istədiyi azərbaycanlılarla ermənilərin bir yerdə yaşamağının mümkünsüzlüyü təsəvvürü yaratmaq istəyir. Yaxud Rusiya Ermənistana özünün nə qədər vacib xilaskar olmasını, o olmasa erməniləri qocalı-uşaqlı bu aqibətin gözlədiyini təlqin etmək istəyir. Müharibədə heç də hər şey göründüyü kimi deyil.

Ümumiyyətlə, o kadrların Qarabağda çəkildiyi haradan məlumdur?! Kadrarxası səs effekti ilə azərbaycan dilində nəsə əlavə etmək olmazmı?! Yəqin ki, videoçəkilişin ekspertizası azərbaycan dilində yalvarış səsinin başı kəsilən şəxsə aid olub-olmadığını da müəyyən edə bilər. Lakin Azərbaycan əsgərinin qalib obrazını belə təxribatlar sarsıda bilməz. Azərbaycan əsgəri mərhəmətin simvoludur, nə birinci Qarabağ müharibəsində, nə indi dünya bizim əsgərin bu cür əməllərinə şahidlik etməyib.

Nəzakət Məmmədova
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert
BAXAR.AZ
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO