Ərazilərin bərpasına beynəlxalq donorları necə cəlb etməli? - ARAŞDIRMA

12:17 20.11.2020 405
Ərazilərin bərpasına beynəlxalq donorları necə cəlb etməli? - ARAŞDIRMA
Ermənistanın işğalından azad olunan ərazilərimizin bərpasını, məcburi köçkün olan vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıtmasını təmin etmək Azərbaycan dövlətinin ən mühüm prioritetinə çevrilməkdədir. Prezident İlham Əliyev bu prosesin əsasən dövlətin hesabına həyata keçiriləcəyini bildirib: “İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri.

Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını"!

Qeyd edək ki, 1988-1993-cü illərdə işğal olunmuş ərazilərdə erməni təcavüzkarları tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə 900 yaşayış məntəqəsi, 150 min yaşayış evi və mənzil, 6 minədək sənaye, kənd təsərrüfatı və digər müəssisələr tam şəkildə sıradan çıxarılıb və dağıdılıb, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 798 səhiyyə obyekti, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb, soyğunçuluğa məruz qalıb. Bütün bunların hamısının bərpası, üstəlik, infrastrukturun qurulması on milyardlarla dollar vəsait tələb edir. Azərbaycanın qısa müddətdə bu xərclərin öhdəsindən təkbaşına gəlməsi mümkün görünmür. Buna görə də bərpa və köçürülmə prosesinə beynəlxalq təşkilatların da cəlb olunmasına ciddi ehtiyac var.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Qarabağın bərpası prosesi tamamilə yeni sosial və iqtisadi inkişaf strategiyalarına uyğun qurulmalıdır: “Yaşıl inkişaf, innovasiya əsaslı ekomühit və resurslardan, o cümlədən torpaq, su, bərpaolunan enerji potensialı kimi faktorlar önə çıxmalıdır. Yenidən məskunlaşma yeni inzibati ərazi vahidləri yaradılaraq kompaktlaşdırılmalıdır. Çünki Cəbrayıl rayonunun (1 şəhər, 4 qəsəbə və 92 kənd) 97 yaşayış məntəqəsi, Laçın rayonunun (1 şəhər, 1 qəsəbə, 125 kənd) 127 yaşayış məntəqəsi, Kəlbəcər rayonunun (1 şəhər, 1 qəsəbə və 145 kənd) 147 yaşayış məntəqəsi olmaqla ümumilkdə 900 yaşayış məntəqəsi 30 illik işğal nəticəsində dağıdılıb. Həmin yaşayış məntəqələrində 7 min ictimai bina, o cümlədən 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana olub. Sadalanan sayda infrastrukturun təmin edilməsi kifayət qədər zaman və kapital tələb edir. Bunların əhəmiyyətli sayda olan hissəsinin bərpası, yaxud yenidən inşası həm iqtisadi və həm də dövlət vəsaitlərinin idarə edilməsi baxımından səmərəli deyil. Çünki bir çox kəndlərdə cəmi 10-20 ev təsərrüfatı olub. Əlbəttə ki, Vətən hər izi, hər qarışı, hər kolu, hər bulağı ilə Vətəndir. Amma onu da bilməliyik ki, Vətən abadlığı, inkişafı, müasirləşməni də çoxdan haqq etmişdir”.

Ekspertə görə, yaşayış məskənlərinin kompaktlaşdırılması həm biznesin inkişafı, həm sosial xidmətlərin əlçatanlığı, həm idarəetmənin səmərəli təşkili, həm sərmayəyə bu qədər ehtiyacın olduğu bir zamanda dövlət vəsaitlərinin səmərəli istifadəsi və həm də birlik-bərabərlik baxımından çox önəmlidir: “Yeni yaşayış məntəqələrinin enerji tələbatının tam olaraq bərpaolunan mənbələr hesabına generasiyası təmin olunmalıdır. Tullantıların toplanması, təkrar emalı, utilizasiyası mütləq təşkil edilməlidir, floranın və faunanın hər predmetini göz bəbəyi kimi qorumalı, hətta inkişafı üçün şərait yaratmalıyıq və s”.

Qeyd edək ki, hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə razılaşmasında məcburi köçkünlərin öz evlərinə BMT Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılacağı qeyd olunub. Təcrübə göstərir ki, bu qurum qaçqın və məcburi köçkünlərin öz yaşayış yerlərinə qaytarılmasında yalnız nəzarət deyil, maliyyə dəstəyinin təşkilində də mühüm rol oynaya bilir.

BMT-nin köçkünlərin öz yaşadıqları yerlərə qaytarılmasında oynadığı rolu Suriya qaçqınları ilə bağlı prosesdə daha aydın görmək olur. Belə ki, 2020-ci ilin iyununda BMT və Avropa İttifaqının birgə təşkil etdiyi donor konfransında Suriya qaçqınları üçün 6,9 milyard dollar vəsait toplanıb. 2020-2021-ci illərdə xərclənəcək bu vəsaitin 4,9 milyard dolları Suriyaya bu il, 2 milyard dolları isə gələn il veriləcək. Bundan əlavə, beynəlxalq maliyyə təşkilatları suriyalı qaçqınları dəstəkləmək üçün 6 milyard dollara qədər güzəştli kredit ayıracaqlar. Bu vəsaitin böyük hissəsi ərazisində suriyalı qaçqınların düşərgələri olan Türkiyə, Livan və İordaniyaya veriləcək. Həmin vəsaitlər bilavasitə qaçqınların Suriyaya qaytarılması işinə sərf olunmalıdır.

Bundan əlavə, təkcə ABŞ Suriya əhalisinə humanitar yardım kimi 696 milyon dollar ayırıb.

BMT strukturları ilə əməkdaşlıq edən hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edir ki, hələ heç bir prosedur hazırlanmayıb: “Məsələn, sülhməramlı adlandırılanlar BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən olunsaydı, onda qayıdış da tam onların nəzarəti altında olardı. Bizim halda ermənilər rus hərbçilərin əhatəsində olan ərazilərə artıq qayıdıb və ya qayıtma baş verir. Onlar bu halda qaçqın idi. Çünki başqa dövlətin ərazisinə keçmişdilər. Bizim tərəfdən olanlar məcburi köçkünlərdi. Açığı, bu halda açıq məsələlər var ki, bunlar həll olunmalıdır. Bizim nəzarətimizə qayıtmış, yəni işğaldan azad etdiyimiz ərazilərin əksəriyyəti ilə bağlı məsələ aydındır. Əhali 100 faiz azərbaycanlı idi və onları biz özümüz qaytaracağıq. Amma infrastruktur yaradandan sonra. Qalır rus hərbçilərinin əhatəsində olan ərazilər və bir də bizim keçmiş DQMV əraziləri sayılan, Vətən müharibəsi zamanı azad etdiyimiz ərazilər. Burada 90-cı illərə qədər əhali qarışıq idi. Mən bilmirəm ermənilər bizim işğaldan azad etdiyimiz ərazilərə qayıdacaqmı? Qayıtsalar, bir çoxu azərbaycanlıların evlərini zəbt etmişdilər, o məsələ necə həll olunacaq? İkincisi, rus hərbçilərin əhatəsində olan ərazilər, məsələn, Xankəndi, Ağdərə və s. Burada azərbaycanlıların əmlakı darmadağın edilib, yaxud 30 ildir erməni yaşayır. Əvvəlcə bu məsələlər həll olunmalıdır”.

Liqa rəhbərinin fikrincə, BMT QAK bu işdə əsasən nəzarət funksiyasına malik olacaq: “Amma bu, sadəcə, mənim ehtimalımdır. Bu proses uzun prosesdir. Biz indi Şuşaya qayıtmalıyıq. Çünki orada infrastruktur əsasən yerindədir. İnsanlarımız artıq evlərini videogörüntülərdə tapıb baxır. Sonra paralel olaraq dağıdılmış şəhər, kənd və qəsəbələrimiz bərpa olunmalıdır və ora köç başlanmalıdır. Birgə yaşanılan ərazilərlə bağlı yəqin ki, əlavə qərarlara, razılaşmalara ehtiyac olacaq”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov hesab edir ki, azərbaycanlı məcburi köçkünlərin yerləşdirilməsi xərcləri daha çox Azərbaycan dövlətinin üzərinə düşəcək: “Çünki evlərin, yaşayış məskənlərinin bərpasından əvvəl ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması kimi ağır işlər var. Xüsusilə infrastrukturun yaradılması kifayət qədər böyük vəsaitlər tələb edəcək. Bundan sonra planlaşma, yaşayış evlərinin tikintisi prosesi gələcək. Nəzərə alsaq ki, ərazilər çox geniş, yaşayış məntəqələrinin sayı çoxdur, əvvəlcədən planlaşdırma aparılmalıdır - kiçik yaşayış məntəqələri ayrılıqda bərpa ediləcək, yoxsa iri qəsəbələr, şəhərlər yaradılacaq. Yalnız bütün planlaşdırma işləri başa çatandan sonra Azərbaycan BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi qurumları cəlb etməklə böyük kampaniya başlada bilər. BMT-nin Qaçqınlar üçün Ali Komissarlığının işə cəlb olunması prosesə maliyyə yardımının cəlb olunmasına imkan verər. Komissarlıq donorların cəlb olunmasında təşkilatçılığı edə bilər”.

Ə.Həsənov xatırladır ki, 2000-ci ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərə dəstək verən bütün beynəlxalq təşkilatlar neft gəlirlərinin daxil olmasını bəhanə gətirərək burada humanitar yardım fəaliyyətlərini dayandırdılar, yaxud minimallaşdırdılar: “İndi o fəaliyyətlərin bərpa olunması üçün məcburi köçkünlərin öz yurdlarına qayıtması ilə yanaşı, azad olunmuş ərazilərin inkişafına dair dövlət səviyyəli sənədin-proqramın olması çox vacibdir. Bildiyim qədərilə, Azərbaycanda ”Böyük qayıdış" adlanan belə bir proqram beynəlxalq təşkilatların iştirakı ilə artıq hazırlanıb. Prosesdə BMT qurumları da iştirak edib. Düşünürəm ki, beynəlxalq təşkilatların məcburi köçkünlərin öz yerlərinə qaytarılması prosesinə cəlb olunmasında problem olmayacaq. Sadəcə, bu, bir qədər zaman tələb edən məsələdir. Çünki hazırda qaçqın, məcburi köçkün məsələləri həddən artıq çoxdur - Suriya, Liviya və sair ölkələrin qaçqınları dünyanın diqqətindədir. Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün olan şəxslərlə bağlı məsələ çoxdan arxa plana keçib. Onu yenidən gündəmə gətirmək lazım gələcək. Azərbaycan dövlətinin maraqları isə tələb edir ki, azad olunmuş ərazilər mümkün qədər qısa müddətdə məskunlaşdırılsın".

Ə.Həsənovun sözlərinə görə, artıq Türkiyə və İran şirkətlərindən bərpa prosesində iştirakla bağlı təkliflər daxil olmaqdadır: “Digər ölkələrdən də azad olunmuş ərazilərdə işləmək istəyən şirkətlər çox olacaq. Sadəcə, dövlətin onlara zəruri şərait yaratması, müəyyən güzəşt və imtiyazlar verməsi lazım gələcək”.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO