GDU-NUN DEKANI REKTORU NECƏ ALDADIB? — MOSKVADA VƏ AYLIQDAKI TƏLƏBƏLƏR…

11:50 19.11.2020 400
GDU-NUN DEKANI REKTORU NECƏ ALDADIB? — MOSKVADA VƏ AYLIQDAKI TƏLƏBƏLƏR…
Gəncə Dövlət Universitetinin (GDU-nun) rektoru Yusif Yusifovun «Fizika və Texniki fənnlər» fakultəsinin dekanı Muğan Quliyev tərəfindən aldadılmasına, sonuncunun yüksək etimada dönük çıxmasına dair ciddi iddialar var. Belə ki, bu günlərdə «Demokratik.Az»-a daxil olan və sensasiya doğura biləcək məlumatları incələdikdə aydın olur ki, GDU-nun adıçəkilən fakültəsinin «rəsmxət və təsviri incəsənət» ixtisasının bir neçə tələbəsi dekanın maddi maraqları müqabilində əyani təhsilalma qaydalarından yayındırılaraq dərsə davamiyyəti pozublar. Əsasən, xanım tələbələrin ilboyu dərsə gəlməmələri bir yana, bir neçəsinin hətta Rusiyada olmaları, ailə qurduqdan sonra semestr boyu təhsil ocağında bir dəfə də olsun görünməmələri, lakin asanlıqla qaibsiz qiymətlər almaları rəzalət yaradıb.
Aldığımız məlumatlarda qeyd olunur ki, fakültədə sonuncu kursda təhsil alan elə tələbələr var ki, polis polkovnikinin, hansısa icra başçısının və ya hansısa varlının övladı olmaqla xüsusi imtiyazlarla tələbəçilik edir. Dekan və ətrafı tərəfindən «yola verilənlər»ə özəl münasibət digər tələbə yoldaşlarında isə haqlı ikrah hissləri oyadıb, əksəriyyətinin təhsilə marağını azalda bilib.
«Qiyabiçi-ərköyün» tələbələrdən biri — Aişə Namazovanın (ad şərtidir) 2018-19 tədris ilindən bu yana ümumiyyətlə Rusiyanın Moskva şəhərində yaşadığı, lakin asanlıqla kursdan-kursa keçirlidiyi iddia edilir. Ümumiyyətlə həmin fakültədə bir çox tələbənin aylığa buraxıldığına dair iddialar bütün universitetdə danışılır.
Qruplar üzrə kurskom və tyutorlar vasitəsilə maxinasiyaları ört-bas edənlər rüşvət mexanizmini bir neçə şəxsin adına olan bank kartları vasitəsilə nizamladıqları da ciddi ittihamlar arasında yer alır.
Xatırladaq ki, hələ ötən il bir neçə saytda oxşar ittihamlar yer almışdı. Qrup və kurslar üzrə hansı tələbələrin maddi maraqlar müqabilində «aylıq»da olması sadalanmışdı. Və təkzib edilməmişdi!
İddialarla bağlı fakültə dekanı Muğan Quliyevlə əlaqə yarada bildik. Dekan isə deyilənləri yalan və əsassız adlandıraraq heç bir tələbənin aylığa buraxılmadığını, bu halın müxtəlif səbəblərdən ümumiyyətlə mümkünsüz olduğunu qeyd etdi. Pandemiya dönəmini əsas götürərək tələbələrin onsuz da universitetə aylardır gəlmədiyini yada saldı. Dekan hər vəchlə əvvəlki illərin söhbətini qapatmağa, faktları yalanlamağa çalışdı.
Məlumatlı mənbəmiz isə faktların doğruluğunda israrlıdır. Adının çəkilməsini istəməyən mötəbər şəxsin dediyinə görə, dekan yalan danışır və öz əməllərini xüsusilə rektordan gizlətməyə çalışır. Ona görə də fakültənin fəaliyyətinin ümumiyyətlə dərindən araşdırılmasına, tələbələrin ötən illərdəki davamiyyətinin hüquq mühafizə orqanlarının da iştirakı ilə incələnməsinə ehtiyac var. Ölkədə olanları anladıq, axı hansısa tələbənin Rusiyada olmasını gizlətmək zatən mümkün deyil. Yetər ki, Dövlət Miqrasiya Xidmətinə müraciət olunsun, vəssalam!..
Mövzu diqqətimizdədir, əlavə məlumat verəcəyik…
Deryaz.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO