Dünyanı heyrətləndirən əsgər - Nəfəs almadan Şuşaya çıxdılar

16:36 9.11.2020 397
Dünyanı heyrətləndirən əsgər - Nəfəs almadan Şuşaya çıxdılar
Bu, heç bir yazıçının cümləyə sığdıra, heç bir rejissorun filmində canlandıra, heç bir rəssamın təsvir, bəstəkarın nota köçürə bilməyəcəyi bir xoşbəxtlikdir. Bu xoşbəxtliyin adı ŞUŞAdır! O ŞUŞA ki, alınmaz qala olduğunu ən pozitiv azərbaycanlı da qəbul etməyə başlamışdı. Bu Qələbəni Azərbaycan əsgəri döyüş meydanında qazandı. Canı,qanı, sağlamlığı bahasına...

Hər şey, əslində, 4 ay əvvəl başladı. Ermənistanın Tovuz təxribatı bardağı daşıran son damla idi.

Azərbaycan əsgəri dünyanın ən ali mükafatına layiq görüləcək 30 ildir yazılan ssenarini bir nəfəsə reallaşdırır. Bu ssenari kədər, hüzn, itkilərlə də zəngindir. Övlad, həyat yoldaşı, qardaş itkisini qürurla qarşılayan şəhid ailələrinin duruşudur bizi bu qələbəyə aparan əsas səbəb. Dəmir yumruq kimi bir birlikdən bəhs edən bu ssenarinin əsas qəhrəmanları xalq, ordu və onun qətiyyətli sərkərdəsidir. Azərbaycanı tarixinin ən böyük zəfərinə aparan bu vəhdət Vətən Müharibəsində bir xalqın əsas silahına çevrildi. Bu gün hər bir azərbaycanlının ən böyük arzu kimi xəyal etdiyi ŞUŞAnın azad edildiyinin canlı şahidləriyik. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında mümkünsüzü mümkünə çevirməklə dünyaya və əsas da özümüzə bir şeyi sübut etdi - Arzunu gerçəkləşdirməyin ən qısa yolu yuxudan oyanmaqdır. O yuxu ki beynəlxalq təşkilatların, həmsədr ölkələrin 30 ildir başımızın altına qoyduqları yastıq sayəsində oyanmağa imkan vermirdi.

Ruh bədənə qovuşdu. Oyandıq...

Anladıq ki, bu illər ərzində bizə verilən vədlər, sadəcə, Ermənistana zaman qazandırmaq üçün başımıza açılan oyunların davamıdır.

Şuşanın azad edilməsi müjdəsinin Şəhidlər Xiyabanında səsləndirilməsi isə Ali Baş Komandanın da qeyd etdiyi kimi təsadüfi deyil: "Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm".

Dünyanın bir çox hərbi ekspertləri və xüsusilə düşmən sentyabrın 27-dən başlayan II Qarabağ savaşındakı Azərbaycanın qələbələrində əsas pay sahibi kimi müasir silahları və pilotsuz uçuş aparatlarını qeyd edirdilər. Amma bütün hərbi ekspertlərin, keçmiş döyüşçülərin birmənalı şəkildə təbii istehkam adlandırdıqları, relyefinə görə alınmaz, keçilməz dedikləri Şuşa uğrunda gedən döyüşlər dünyaya əsl reallığı nümayiş etdirdi. Qafqazın ən uca zirvələrindən birində yerləşən Şuşa şəhərində 28 ildə milyardlar xərcləyərək mövqeyini möhkəmləndirən düşmən üçün havanın dumanlı olması əsl göydəndüşmə, şans kimi görünsə də Azərbaycan Ordusunun əsl gücü, qüvvəsi ilə qarşılaşdılar. Hava şəraiti ilə əlaqədar dronların, relyefinə görə ən müasir texnikanın belə qalxa bilmədiyi Şuşa şəhərinə Azərbaycanın rəşadətli, müzəffər ordusu qalxdı. Bu, müqəddəs torpaqlara qayıdışın kuliminasiyası idi. Düşmən döyüşlər başlayandan tez-tez Azərbaycanın müasir hərbi texnikasını qabartmaqla qazanılan zəfərlərdə əsgər-zabit heyətimizin əməyinə kölgə salmağa çalışsalar da Şuşa zəfəri Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi.

Ukraynalı hərbi ekspert Aleksey Arestoviç ordumuzun Şuşanı işğaldan azad etmə əməliyyatını belə şərh etdi: "Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-larsız, tanksız, artilleriyasız şəhər aldılar".

Rusiya mediasının Azərbaycan Ordusu barədə yazdıqları isə nə bir film səhnəsindəndir, nə də roman:

"Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Azərbaycan ordusu dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar..."

Düşmən o qədər azğınlaşmışdı ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları olmadığı arxayınlığı Nikol Paşinyanın qondarma inauqurasiya mərasimi keçirərək Şuşada sərxoş halda yallı getməyindən sezilirdi. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Amma Azərbaycan daha səbr edə bilməzdi.

Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Vətən Müharibəsi son qarış torpağımız işğaldan azad olacağı məqama kimi davam edəcək. Ardı var...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO