İcra başçısı şəhid ailələrinə və Qarabağ veteranlarına qarşı zidd mövqeydə-VİDEO

13:52 5.09.2020 396
İcra başçısı şəhid ailələrinə və Qarabağ veteranlarına qarşı zidd mövqeydə-VİDEO
Son zamanlar ölkə başçısı cənab İlham Əliyevin dövlət məmurları, o cümlədən də icra başçılarının özbaşınalığına son qoymaq, yerli sakinlərin incidilməsinin qarşısını almaq üçün ciddi tədbirlər gördüyü hər kəsə məlumdur. Nəzərinizə çatdıraq ki, bu ciddi tədbirlər öz bəhrəsini yetərincə göstərməyə davam edir ki, bu da cənab prezidentin uğurlu siyasətinin digər qoludur. Amma hələ də bəzi icra başçıları demək olar ki, qeyd olunan tədbirlərə nəinki, məhəl qoymur, hətta ölkə başçısının verdiyi tapşırıqlara əməl belə etmirlər. Bu da öz növbəsində rəhbərin etimadını doğrultmamaq və ona olan etibardan sui-istifadə edilərək birbaşa xəyanət deməkdir. Rəhbərə xəyanət edən xalqına da xəyanət etmiş olur. Xalqına xəyanət edən isə düşmənlə eyni vəzifəni daşımış sayılır.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına daxil olan şikayətlərin “Baş Qəhrəman”ı bu dəfə Xocavənd rayonunun 28 illik icra başçısı Eyvaz Hüseynovdur. Həmin Eyvaz Hüseynov ki, başçılıq etdiyi rayonun sakinlərinin tənqidlərinin, eyni zamanda şikayətlərin baş obrazına çevrilib. "MUM Tv" kanalımıza şikayətlərinin ətraflı işıqlandırılması üçün müraciət edən Xocavənd rayonunun Qaradağlı kənd sakinləri tükürpədici iddialarla öz şikayətlərini və dərdlərini ürək yanğısıyla açıb danışdılar.



Şikayətçi Məmmədov Rüzgar Qarabağ veteranıdır. Müsahibəsində Eyvaz Hüseynovun şəhid ailələrinə birmənalı yanaşmadığını, onları diqqətdən kənar saxladığını bildirir. Rüzgar bəyin dediklərinə əsasən icra başçısı 28 illik vəzifə dönəmində yalnız öz ailə üzvləri və qohumlarının yaxşı şəraitdə yaşaması üçün yüksək səviyyədə şərait yaratıb. Əsas diqqət öz qohum-əqrabalarının yaşam rifahına yönəlib. Həmçinin Eyvaz Hüseynov kasıb şəhid ailələrinin, müharibə veteranlarının dolanışıq üçün torpaq sahələrinin verilməsi xahişlərini kəskin şəkildə rədd edir, heç bir şəhid ailəsi boş qalan torpaq sahələrindən istifadə edə bilmir. Əksinə, Nərgiztəpə adlanan yerdə hektarlarla torpaqları 1000 manat qarşılığında icarəyə verir, həmçinin qardaşının həmin ərazidə 1800 hektar torpaq sahəsi var. Məmmədov Rüzgarın dediklərindən belə məlum olur ki, Xocavənd rayon icra başçısının yerli sakinlərlə bilinməyən intriqası var və başçıyla sadə sakinlər arasındakı körpü illərdi ki, yanıb kül olub.

Digər şikayətçi Hüseynov M. bildirir ki, bir vaxtlar sakinlərin öz zəhmətiylə yetişdirdiyi üzüm sahəsi Eyvaz Hüseynovun göstərişi ilə məhv edilib. Məhv edilməklə yanaşı sakinlər o torpaqlara yaxın belə gedə bilmirlər. Həmçinin rayonda dövlət tərəfindən quraşdırılan artezian suları da icra başçısının nəzarəti altında öz sahələrində istifadə olunur. Şikayətçi icra başçısının hektarlarla tut bağının olduğunu və qeyri-qanunu yolla spirt istehsalının həyata keçirildiyini iddia edir. Daha da acınacaqlısı isə sakinlərin öz zəhməti hesabına ucaltdığı şəhidlər abidəsinin suyunu kəsmək prosesidir. Amma məsələ bununla da bitmir. Sakinlər deyir ki, biz o abidəni Xocavənd rayonunda ucalda bilmədik və bunun da başlıca səbəbi Eyvaz Hüseynovun abidə tikildiyi təqdirdə sökdürəcəyi ilə bağlı xəbərdarlığı idi. Nəticədə sakinlər Beyləqan ərazisindəki Haramı düzündə bu abidəni öz vəsaitləri hesabına tikiblər. Əməkdaşlarımızı ən çox sarsıdan iddialardan biri isə icra başçısının göstərişi ilə əmisi oğlunun şəhid ailələrini təhqir etmək, aşağılamaq və sarsıtmaq məqsədiylə yerli sakinlərin ucaltdığı şəhidlər abidəsi üzərinə erməni bayrağının qoyulması idi. Ağır itkilər vermiş şəhid ailələri bu hadisədən sonra səbr kasalarının dolduğunu bildirdilər. Onlar yekdilliklə bildirirlər ki Xocavənd rayon icra başçısı şəhidlərə heç bir hörmət qoymur. Bu azmış kimi fermada ürək dayanmasından dünyasını dəyişən qardaşına şəhid statusu verərək özünə rayon və ölkə daxilində nüfuz qazanmağa çalışır. Xülasə iddialardan belə qənaətə gəlmək olar ki, icra başçısı Xocavənd rayonunu tamamilə öz mülkünə çevirib və böyük, nüfuzlu nəsil şəcərəsi qurmağa çalışır.

Əgər erməni bayrağı qanı bahasına şəhid olan övladların abidəsi üzərinə qoyulursa və bu həqiqətdirsə o zaman Xocavənd rayon sakinləriylə yanaşı ümumən Azırbaycan xalqı da təhqir olunub. O həmin ölkənin bayrağıdır ki, millətimizə qarşı dünya üzrə ən amansız soyqırım törədib, qoca, qadın, uşaq demədən canlarına qıyıblar.

Bu hələ son deyil...!!!

Növbəti buraxlışlarımızda rayon xəstəxanasında baş verən analoji hadisələrdən və illər əvvəl daşıdığı vəzifəsində buraxdığı ciddi nöqsanlara görə vəzifəsindən azad edilən baş həkim,növbəti dəfə eyni vəzifəyə necə qayıtması barədə bəzi məlumatları diqqətinizə çatdıracağıq.

Adları çəkilən şəxs və qurumların mövqelərini işıqlandırmağa hazırıq!


Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO