“Avropada uzun müddət yüksək dövlət vəzifələrində çalışan şəxslər pensiya yaşlarında şirkətlərlə “sosial partnyorluq” edirlər”.
Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, onlar intriqa ilə məşğul olmurlar: “Yəni, pulsuz olaraq öz təcrübələrini, əldə etdikləri bilik və təcrübələri bölüşür, bu bilikləri özlərindən sonrakı nəslə ötürürlər. İntriqalar ilə məşğul olmurlar. Sosial partnyorluq cəmiyyətin inkişafında ardıcıllığı təmin edən ən önəmli formatdır”.
Zamantv.az