Zakir Fərəcov yenə də pulları dostuna həvalə etdi... - Başçının “Ximekspress 2000” sevdası...

14:43 24.06.2020 390
Zakir Fərəcov yenə də pulları dostuna həvalə etdi... - Başçının “Ximekspress 2000” sevdası...
Sumqayıt şəhər İcra Hakimiyyəti Yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" təmir işləri üçün keçirdiyi tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tenderi “Ximekspress 2000” firması qazanıb. Qurum firma ilə alleya və parkların təmiri işlərinin satın alınması 1 milyon 999 min 359 manat məbləğində müqavilə imzalayıb.

Qeyd edək ki, “Ximekspress 2000” firması Sumqayıtın icra başçısı üçün heç də YAD QURUM deyil və Zakir Fərəcov illərdir imkanı daxilindəki tenderləri məhz bu şirkətə qapdırır. Hər halda bu faktın özündə belə ciddi korrupsiya ehtimalı var. Eyni zamanda parkların təmirinə ayrılan vəsaitin kifayət qədər ciddi olması da ayrıca bir hüquqi araşdırma tələb edir.

DİA.AZ xatırladır ki, bir neçə il əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyəti avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üçün 389 min 711.4 manat dəyərində müqavilə bağlayıb. Yenə də müqavilə “Ximekspress 2000” firması ilə imzalanıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti vaxtaşırı bu firmaya müraciət edir.

Sumqayıtın 70 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işlərinin görülməsi üçün də bu firmaya müraciət edilib. İcra hakimiyyəti ilə firma arasında toplam 3 milyon manat dəyərində müqavilə bağlanıb.

“Ximekspress 2000” firması 25 may 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu qeyd edilib. Firmanın qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğludur.

“Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyev 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə Sumqayıt bələdiyyəsinin üzvü də seçilmişdi.

İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib. Qusar rayonu Quxuroba kənd orta məktəbi də “Ximekspress 2000” tərəfindən təmir olunmuşdu.

“Ximekspress 2000” haqqında daha bir məlumat bundan ibarətdir ki, firma Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi ilə məhkəmə çəkişməsi yaşayıb. Hər iki məhkəmədə “Ximekspress 2000” qalib gəlib. Bütün bunlar isə təsadüfi deyil.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO