Şıxəli Qurbanovun atdığı addım tariximizin qəhrəmanlıq səlnamələrindən biridir

16:14 19.03.2018 879
Şıxəli Qurbanovun atdığı addım tariximizin qəhrəmanlıq səlnamələrindən biridir


Sovet dönəmində belə bir addım atmaq olduqca risq tələb etsə də, o, nədənsə çəkinmir və atdığı addımı ilə məqsədinə də nail olur
Novruz-Bahar bayramı olduqca qədim tarixə malik xalq bayramlarından biridir. Bu bayram günü adətən şimal yarımkürəsində gecə ilə gündüzün bərabərləşdiyi bir gündə keçirilir və bir çox xalqlar zaman-zaman bu bayram gününü yaz fəslinin gəlişi, təbiətin oyanışı ilə əlaqələndirmiş və bununla bağlı şənliklər də düzüb qoşmuşlar. Hətta, bu günü yeni ilin başlanğıcı kimi də qeyd edənlər olmuşlar. Qədim zamanlardan başlayaraq bir çox dövlətlər, o cümlədən İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər şərq ölkələrinin xalqları ilə bərabər azərbaycanlılar da, bu bayram gününü müxtəlif şənliklər düzüb qoşmaqla qarşılamışlar. Hal-hazırda İranda və Əfqanıstanda 21 mart günü, hətta yeni ilin başlandığı günü kimi də qeyd olunur.
Novruz bayramının mənşəyi ilə bağlı əmələ gələn əsatirlər də, miflər də olduqca qədim tarixə malikdir. Bəzi tədqiqatçı alimlər bu bayramın Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqları arasında meydana gəldiyini vurğulayırlar. Novruzu qeyd edən hər bir xalq zaman-zaman bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun mövsüm nəğmələri, mərasim nəğmələri düzüb qoşmuşlar, rəqslər və s-də yaratmışlar. Azərbaycanda isə səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulanmış, bayram gününə dörd həftə qalmış hər çərşənbə axşamı və bayram günü tonqal qalanmaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inam ifadə olunmuşdur. Bütün bu kimi mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş və Qədim Şərq ənənələrinin davamı olaraq bu gün də yaşadılmaqdadır.
Düzdür, tarixdə Novruz bayramını müxtəlif tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə də bağlayanlar olmuşdur. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra, Ərəb xilafəti bu ölkələrin xalq adət-ənənələrini, bayramlarını təqib etməyə başlayır. Əsrlər boyu İslam dininin xadimləri, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd etmişlər. Sövet dönəmində bu bayram yasaq edilsə də, xalqımız Novruz bayramının mahiyyətindən doğan bir sıra adət-ənənələri qəlblərində yaşatmış, bayram oyunlarını və bir çox vərdişlərini 1990-cı illərin əvvəllərinədək də qoruyub saxlaya bilmişlər. Elə ki, Azərbaycan Respublikasının suveren hüququ elan olundu, çox keçmədi ki, Novruz-Bahar bayramı dövlət səviyyəsində qeyd olundu. Bununla da xalqımız keçmiş tarixini bərpa etdi, milli adət-ənənələrini yaşatmağa başladı. Bu gün bayram ərəfəsində olduğumuz bir vaxtda hər evdə təmizlik, abadlıq işləri aparılır, müxtəlif şirniyyatlar bişirilir, rəngbərəng yumurtalar boyanır, tonqallar yandırılır, dünyasını dəyişənlərin xatirələri yad edilir və Novruz adət-ənənələrinə uyğun addımlar atılır.
Sovetlər birliyinin kəshakəs dövründə, yəni kommunistlərin xalqımıza məxsus bir çox bayram günlərini birbaşa yasaqladığı tarixi vaxtlarda, Novruz-Bahar bayramının 1967-ci ildə Azərbaycanda rəsmi dövlət səviyyəsində qeyd olunması, olduqca böyük hadisəyə çevrilir. Adı çəkilən bayram gününün qeyd olunmasında tanınmış Azərbaycan yazıçısı, dramaturqu, şairi, filoloq-alimi, ədəbiyyatçısı, dövlət və ictimai xadimi, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı, 1960-cı illərdə Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik etmiş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, müxtəlif orden və medallarla təltif olunmuş, görkəmli partiya-dövlət xadimi mərhum Şıxəli Qurbanovun danılmaz xidmətləri olmuşdur. O, 1967-ci ilin martında Azərbaycan KP MK-nın katbi (ideoloji məsələlər üzrə) olaraq, çoxlarının risq etməyə cəsarəti çatmadığı bir addımı atır və Novruz-Bahar bayramının dövlət səviyyəsində qeyd olunmasına da nail olur. Bu hər kəsin edə biləcəyi bir iş olmasa da, Şıxəli Qurbanov onu gözləyən bütün təhlükə və risqlərdən çəkinmədən, məhz belə bir addımını atır.
Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Şıxəli Qurbanov Novruz-Bahar bayramının qeyd olunması ilə bağlı hazırlıq işləri görərkən, ailəsinin görülən hazırlıq işlərindən heç bir halda xəbəri olmur. Çünki, o, dərk edir ki, bu işlərdən ailəsi xəbər tutarsa hansısa formada həyacanlanacaq, yaxud da narahat olacaq. Ümumiyyətlə, o dövrlərdə belə bir addım atmaq olduqca risq tələb etsə də, o, nədənsə çəkinmir, heç bir halda ehtiyat etmir və belə bir addımını atmaqla məqsədinə də nail olur. Şıxəli Qurbanovun həyat yoldaşı olan və həmin anları xatırlayan Xavər Qurbanova, hələ sağlığında ikən bəzi mediq qurumlarına verdiyi açıqlamasında bildirir ki, “atılan addım olduqca təhlükəli olsa da, Şıxəli Qurbanov uzunmüddətli fasilədən sonra, Novruz-Bahar bayramının 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində keçirilməsinə müvəffəq oldu. Onun məqsədi Azərbaycan xalqının milli şüurunu oyatmaq idi ki, o, belə bir istəyinə də nail oldu. Həmin gün sanki bütün insanlar oyanmışdı, kim olduqlarını dərk etmişdilər. “Qız Qalası”na doğru insanların axını dayanmırdı, hər kəsin üzündə ürkək sevinc hissləri var idi. Şıxəli istəyinə nail olmuşdu, amma həyatı bahasına”.

Şıxəli Qurbanovun atdığı addım tariximizin qəhrəmanlıq səlnamələrindən biridir


Xavər xanım vaxtilə verdiyi açıqlamasında onu da vurğulayıb ki, “həmin il Mərkəzi Komitənin birinci katibi olan Vəli Axundov, Şıxəli Qurbanovu təhlükəli işlər görməsi barədə xəbərdarlıq etsə də, o, öz hərəkətlərinə özünün cavab verəcəyini bildirir. Hətta, o zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər “doldurur”lar ki, Şıxəlini Moskvaya izahat yazmağa da çağırdılar. O da, Novruz-Bahar bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazır və sübut edir ki, bu bayramın dinlə heç bir əlaqəsi yoxdur. Yazmış olduğu izahatının varlığına baxmayaraq, onun başı üzərində dolaşan təhlükə heç də sovuşmadı və bayramdan sonra başı daha çox ağrımağa başladı. Belə ki, üç dəfə həyatına qəsd olundu. Yəni, bir dəfə maşınla gedərkən ona güllə atdılar, bir dəfə üstünə maşın sürdülər, bir dəfə də zəhərləmək istədilər. Belə bir qəsd aksiyaları isə, xoşbəxtlikdən heç bir halda alınmadı”.

Şıxəli Qurbanovun atdığı addım tariximizin qəhrəmanlıq səlnamələrindən biridir


Ümumiyyətlə, Şıxəli Qurbanovu müasirlərindən fərqləndirən, heysiyyət və ləyaqət baxımından çağdaşlarından bir neçə pillə yuxarı qaldıran xüsusi keyfiyyətləri olub ki, belə bir xüsusiyyətləri də hər zaman diqqəti cəlb edib. O, fədakarlıq və məhrumiyyət tələb edən vətəndaşlıq vəzifəsini, məhz daşıdığı titulların hər birindən yüksəkdə tutması olub.
1967-ci ilin Novruz tonqalları yalnız küçələri, meydanları yox, həm də illərin dözülməz ağırlığı altında sıxılan, boğulan, mühitin qaranlıqlarında çırpınan ürəkləri, beyinləri işığa qərq edir. Tonqaldan ayrılan qığılcımlar, çınqıllar xalqda öz gələcəyinə təminatlı inam, perspektivli ümid bəxş edir. Üstəlik Odlar Yurdunda qalanan tonqallar, “qara əllər”in, “qara yellər”in söndürdüyü milli şüur ocaqlarını bir daha alovlandırır. Tarix və milli vicdan müasirliyin divanında yenidən sınağa çəkilir, dəyərlərin yenidən dəyərləndirilməsi prosesinə təkan verilir. Xalqın, toplumun millətə çevrilməsi işi yeni sürət, yeni vüsət götürür. Şıxəli Qurbanova qədər Azərbaycanın partiya nomenklaturasında yüksək vəzifə sahibi olan və belə bir cəsur addımını atan, kişilik və ləyaqət səviyyəsində fədakarlıq nümayiş etdirən ikinci bir vəzifə sahibinə rast gəlinməyib.
Bütün bunlara baxmayaraq, 1967-ci ildə Novruz-Bahar bayramı dövlət səviyyəsində qeyd olunmasından sonra Şıxəli Qurbanov bəzən gizli, bəzən açıq şəkildə təqib olunur. Nömrəsiz maşınlar, mülki geyimli şəxslər onu nəzarətə götürür, izləyir, çirkin əməl sahibi olanlar milli fikir öndərini qarabaqara təqib edirlər. Onu övladları və ömür-gün yoldaşı ilə sevincini dərdini bölüşdüyü, hətta birgə nəfəs aldığı işıqlı dünyadakı mənzilindən ayırıb gedər-gəlməzə, yəni son mənzilə yola salmağa hazırlaşırlar. Sonucda da namərd diş həkiminin əlləri ilə başdan-başa enerji və işıq mənbəyinə çevrilən bir şəxsin, əsl vətəndaşın və millət oğlunun ömrünə nöqtə qoyulur. Belə ki, 1967-ci ilin may ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və çox keçmir ki, müəmmalı şəkildə də dünyasını dəyişir. Həkim onun dişinə iynə vurduqdan az sonra o, dünyasını dəyişir, özü isə pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova: “Aydın məsələdir ki, atamı planlı surətdə öldürüblər. O zaman vəzifəyə keçmək istəyənlər dövlət səviyyəsində bunu təşkil edirlər və sonra da məlum olur ki, atama sianid turşusu vurublar”.
Bəli,1967-ci ildə Şəxəli Qurbanovun MK-nin katibi olaraq Novruz-Bahar bayramının qeyd olunması ilə bağlı atdığı addım, bu gün də hər kəs tərəfindən lazımınca qiymətləndirilir, təqdirəlayiq addım da hesab olunur. Çünki atılan belə bir addım, məhz xalqımızın tarixinin bərpası, adət-ənənəsinin yaşadılması, milli özünüdərkin ifadəsidir. Bir xalq ki, keçmişini yaşatmağa çalışır, deməli onun keçmişi həm yaşadılacaq, həm də qorunub saxlanılacaq. Xalqının tarixini yaşatmaq isə, çox zaman xalqına, torpağına bağlı Vətən oğullarından risq tələb edir. Bəli, zamanında Şıxəli Qurbanov da riskli addımlarını atdı, həyatını ölüm təhlükəsi qarşısında qoydu və xalqının tarixinin yaşadılmasına da nail oldu. Atılan belə bir addımlar yalnız və yalnız xalqımızın qəhrəmanlıq səlnamələrindən biri hesab olunur.

Şıxəli Qurbanovun atdığı addım tariximizin qəhrəmanlıq səlnamələrindən biridir


Rasafil Bayramov
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO