Yeni Orfoqrafiya lüğəti – “Gerb” “herb” kimi YAZILACAQ?

16:59 12.05.2018 588
Yeni Orfoqrafiya lüğəti – “Gerb” “herb” kimi YAZILACAQ?
“Orfoqrafiya üzrə işçi qrupu 3 ay ərzində gedən müzakirələrin yekunlarını hazırlayıb və ümumiləşdirib”.

zamantv.az xəbər verir ki, bunu Modern.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İsa Həbibbəyli deyib.



Onun sözlərinə görə, yekunlara mətbuatda çap olunan bütün məqalələr, sosial şəbəkələrdə gedən yazılardakı təkliflər, şifahi və yazılı daxil olan təkliflər aiddir:



“Eyni zamanda işçi qrupu orfoqrafiya üzrə ictimai rəyi ifadə edən bir elmi statistika da hazırlayıb. Və artıq işçi qrupunun yekun iclası keçirilib, qrup bütün sənədləri tam halda tərtib edib və Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim edib. Orfoqrafiya Komissiyası təqdim olunan sənədlərin ekspertizasını aparmaq üçün onu daxili rəyə göndərir. Bu, AMEA daxilindədir. Xüsusən ictimai rəyin öyrənilməsinə dair olan statistikanın reallıqları müəyyən edilməli, çox etibarlı, düzgün mənbələri olan, istinad yeri göstərilən sənədləşmə olmalıdır. Orfoqrafiya lüğəti daxili ekspertizadan keçəndən sonra hələlik ona Orqrafiya Komissiyası baxacaq. Hesab edirəm ki, bu ayın axırlarına yaxın komissiyanın ilk iclası keçiriləcək”.



İsa Həbibbəyli qeyd edib ki, yeni orfoqrafiya lüğətinin hazırlanması çox ciddi məsələdir:



“Mətbuatdan da görünür ki, bu məsələdə fikir ayrılıqları var. Buna görə də lüğət bir yox, bir neçə dəfə müzakirə oluna bilər. Onsuzda lüğətə yüz mindən söz daxildir. Bunların içərisində mübahisə doğuran və ya yenilik , düzəliş tələb edən sözlərin sayı 500-600-dür. Ona görə Nəsimi adına Dilçilik İnstitunun lüğət şöbəsi orfoqrafiya lüğətini paralel olaraq hazırlamaqla məşğuldur. Mübahisə doğurmayan sözlər böyük çoxluqdur. Müzakirələrin uzanması lüğətin hazırlama prosesinə mane olmur. Əksinə daha ciddi , həssas lüğət hazırlamaq üçün müzakirələr normal davam edir”.



Deputat “Orfoqrafiya lüğətinin müzakirəsinə “gerb” sözünün “herb” kimi yazılması da əlavə edilə bilərmi” sualını belə cavablandırıb:



““Gerb” sözünün “herb” kimi yazılması məsələsi Orfoqrafiya lüğətinə aid deyil. Ümumiyyətlə dövlət atributları ilə bağlı məsələ qrammatik məsələ deyil. Həm də bu daha geniş müstəvidə müzakirə edilməli və qərar qəbul olunmalıdır”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO