Paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü çıxarılıb.
Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.
Sabiq prezident vətənə xəyanətdə təqsirli bilinib.
Qeyd edək ki, 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.
Xatırladaq ki, o, Pakistanın 12-ci prezidentidir. General P. Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.(apa)
Zamantv.az