Ermənistanın növbəti manipulyasiyası - GƏLİŞMƏ

21:09 5.11.2019 489
Ermənistanın növbəti manipulyasiyası - GƏLİŞMƏ

Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər zaman olduğu kimi növbəti dəfə manipulyasiya etməyə başlayıb. Əvvəllər Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi çıxış etməsi, Xankəndinə qanunsuz səfəri zamanı "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar səsləndirən baş nazir Nikol Paşinyan yenidən özünü beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətində qoyub. Belə ki, sosial şəbəkə vasitəsilə çıxış edən Paşinyan bildirib ki, Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı referendum keçirmək niyyətindədir. Görəsən Paşinyanın bu bəyanatının arxasında hansı niyyət durur?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan konkret məsələlərin müzakirəsini kənara qoyub, hansısa mücərrəd fikirlərlə çıxış edir: "Azərbaycan da əvvəldən deyirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son razılaşma olduğu halda xalqın rəyi öyrəniləcək. Amma indiki halda Paşinyanın Qarabağda referendum keçirmək hüququ yoxdur və ümumiyyətlə bu, cəfəngiyatdır. Paşinyan demir ki, mən referendum keçirirəm. Dediyi odur ki, gələcəkdə belə bir addım atıla bilər. Amma bu mərhələ hələ yetişməyib. Paşinyan belə təkliflərlə yaxasını məsuliyyətdən kənara çəkmək istəyindədir. Vaxtı ilə Ter-Petrosyan, Koçaryan dilə gətirirdilər ki, hansısa razılaşmaya hazırdırlar. Onlardan fərqli olaraq Paşinyan hansısa razılaşmaya hazır olduğunu demir. Əksinə, qeyd etdiyim ki, yaxasını məsuliyyətdən kənar çəkməklə, məsələni xalqın boynuna atmaq istəyir. Paşinyan əgər ölkəyə rəhbərlik edirsə, onda yaxasını qabağa verməlidir”.
R.Musabəyov qeyd etdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri Paşinyanın belə cəfəng fikirlərinə reaksiya verməməyə çalışırlar: "Çünki onlar indi tərəflər arasında əlaqələndirməni həyata keçirirlər. Buna görə də heç kəsi özlərindən küsdürmək istəmirlər. Lakin Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə” kimi düzgün olmayan bəyanatına reaksiya verildi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bununla bağlı münasibətini bildirdi. İndi isə referendumla bağlı növbəti sərsəm bəyanatını səsləndirir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyan növbəti dəfə sosial şəbəkə üzərindən çıxış edərək Qarabağ məsələsi ilə bağlı bir neçə məqama toxunub: "Paşinyan cəbhədə gərginliyin azaldığını deyib və bunu Prezidenti İlham Əliyevlə Aşqabad toplantısındakı qısa fikir mübadiləsi ilə əlaqələndirib. Ermənistanın baş naziri bu ifadələrlə demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub. Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, Serj Sarkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı, lakin sonradan atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndidə separatçılar qarşısında çıxış edərkən "Qarabağ Ermənistandır” dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də Paşinyan atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır. Eyni zamanda, Paşinyan çıxışı zamanı Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmasa da, maraqlı dinamika müşahidə olunduğunu deyib. O bu fikri ilə sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya "gedişat ümidveriricidir”. Əslində isə danışıqlarda heç bir irəliləyiş yoxdur, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa, ümid verməyə çalışır”.
E.Şahinoğlu vurğuladı ki, Paşinyan Dağlıq Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır: "Qarabağ məsələsi mənim məsələm deyil, bu, ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığını vurğuladı. Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib və yeni təklifini də səsləndirib. O deyib ki, münaqişənin həll yolu referenduma çıxarıla bilər. Bununla Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan Prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu, o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Paşinyanın canlı yayımda verdiyi açıqlamalardan bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir. Qaldı ki, atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır”. //kaspi.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO