Kimlər görəvdən alınacaq?.. - GƏLİŞMƏ

20:17 5.11.2019 503
Kimlər görəvdən alınacaq?.. - GƏLİŞMƏ

Ölkədə aparılan kadr islahatları və gəncləşmə siyasətinin icra hakimiyyətlərini də əhatə edəcəyi gözənilirdi.

Gözləntilənlər reallaşdı və eyni gündə iki rayonun- Xaçmaz və Yevlaxın icra başçısı yeniləri ilə əvəzləndi. Prezident İlham Əliyev Anar Tağıyevi Yevlax, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin etdi. Yeni icra başçıları artıq ilk gündən prezident tərəfindən verilən tapşırıqların icrasına başlayıblar. İlk addım isə Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayevdən gəlib. O, vətəndaş qəbulu günlərini aradan qaldırıb. Qeyd edək ki, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilib. Yeni icra başçısının qəbul günlərini ləğv etdikdən sonra isə iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər.

Göründüyü kimi, gənc kadrların yüksək postlara təyinatı, onlara siyasi rəhbərlik tərəfindən etimad göstərilməsi artıq ilk müsbət nəticələrini verib. Yeni təyin olunan hər kəs məhz bu cür işləməlidir. Bu, həm də “Hakimiyyətin mənbəyi xalqdır”, “Məmur xalqın xidmətçisidir” tezislərinin reallığa keçməsinə işarədir. Ölkə başçısının yeni təyin olunna kadrlara tapşırıqları da məhz bu istiqamətdə idi. Ölkə başçısı təyinat verdiyi yeni icra başçılarını qəbulu zamanı həm də digər rayon rəhbərlərinə ciddi xəbərdarlıq etdi. Bu, həm də onlar üçün son xəbərdarlıq sayıla bilər:“Rayonların abadlıq və quruculuq işlərinə diqqət yetirilməlidir. Mövcud obyektlərin işlək vəziyyətdə olması da çox önəmlidir. Mənə verilən məlumatlara görə, bir neçə rayonda mənim iştirakımla açılmış Gənclər Mərkəzi indi bağlıdır, qapıya qıfıl vurulub və sadəcə olaraq, görüntü naminə fəaliyyət göstərir. Bu, dözülməzdir, buna vəsait xərclənib. Gənclər mərkəzlərində gənclər öz asudə vaxtlarını keçirməlidirlər, orada maraqlı tədbirlər, intellektual oyunlar, vətənpərvərliklə bağlı tədbirlər təşkil olunmalıdır.

Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir. Siz bu məsələ ilə çox ciddi məşğul olun”,-deyə Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb. Rayon rəhbərlərindən olan şikayətlər kifayət qədər çoxdur. Bir çox hallarda yerli əhali şikayətini icra başçılarına çatdıra bilmədiyi üçün ölkə başçısına müraciət edir. Bu da yerli icra hakimiyyəti orqanlarının fəaliyyətsizliyinin göstəricisidir. Əksər hallarda el arasında “balaca padşahlar” adlandırılan bu “görəv sahibləri” qanunlara məhəl qoymur, əhalinin sosial-iqtisadi problemlərinə laqeyd yanaşır, yalnız özləri və yaxın ətraflarının mənafeyi üçün çalışırlar. Dəfələrlə bu cür məmurlara ən yüksək səviyyədə xəbərdarlıq olunsa da, görünən odur ki, bəziləri bundan nəticə çıxarmır. Bölgələrdə, paytaxtın bəzi rayonlarında “yaşıl soyqırım” adi hala çevrilib, qanunsuz tikililər günü-gündən çoxalır. Kiçik və orta sahibkarlıqla məşğul olanların incidilməsi, vətəndaşların get-gələ salınması, şikayətlərin təmin olunmaması, bürokratik əngəllər yerli əhalini icra başçılarından narazı salır. Kadr dəyişikliklərinin intensiv hal aldığını nəzərə alsaq, şikayətlərin çox olduğu icra başçılarının da yola salınacağı gözlənilir. Yeni təyin olunan icra başçıları tələblərə uyğun işləməyə, köhnələr də yeni sistemə ayaq uydurmağa məcburdur. Prezidentin tapşırıqları birmənalı şəkildə reallaşmalıdır ki, əhalini narazı salan hallar aradan qaldırılsın. Yenilərin gördüyü işlərin müsbət qarşılandığını nəzərə alsaq, digər yerlərdə də əhali bu tələblərlə çıxış edəcək. Rayonlarda sosial-iqtisadi dirçəliş, inkişaf mərhələsi başlamalıdır. İstisna deyil ki, ölkə başçısının çıxışından sonra bu tələblərlə işləyə bilməyən, inkişaf dinamikasına mane olan icra başçılarının aqibəti xoş olmayacaq. Proses artıq başlayıb və icra başçılarının işləməkdən başqa seçimi qalmayıb. Yeni təyinatlar özünü doğrultduqca, bütün strukturlarda bu cür dəyişikliklər gözlənilir. Dünən Prezident İlham Əliyevin Bakı meri Eldar Əzizovu qəbul etdiyi zaman söylədikləri bunun bariz nümunəsidir. Belə ki, dövlət başçısı məmurlar qarşısında yeni tələblər qoyub: “Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz”.

Dövlət başçısı bir daha vurğulayıb ki, ilk növbədə, şəhər sakinlərinin problemləri həll edilməlidir: “Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət - bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.
Cebhe.info
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO