SAXTA DİPLOM MƏSƏLƏSİNİN YENİ NÜANSLARI

13:14 31.10.2019 500
SAXTA DİPLOM MƏSƏLƏSİNİN YENİ NÜANSLARI

Saxta diplomlarla bağlı yeni faktlar meydana çıxıb.Bir ay bundan qabaq Azərbaycan Texnologiya Universitetinin müəllimi Qəhrəman müəllim Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar müvafiq məhkəmə qərarları əsasında həbs olunmuşdu.Daha sonra, Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu , həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlu ,ADAU-nun Ekologiya kafedrasının müəllimi Arif İmamquliyevin oğlu,şəhərdə fotoqraf işləyən İmamquliyev Azər Arif oğlu bu qanunsuz işlərlə bağlı həbs olunmuşlar.Bu şəxslərin evlərindən müxtəlif universitetlərə məxsus möhürlər,ağ diplomlar,müxtəlif saxta sənədlər, ayrı-ayrı şəxslərin adlarına yazılmış müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür". Bu barədə saytımıza göndərilən məqalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Bu şəxslərin ifşa olunmasına baxmayaraq,mütəşəkkil cinayətkar qrupun digər üzvləri hələ də azadlıqdadır.Məsələn, Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya mühəndisliyi və meşəçilik" kafedrasının dosenti Musa Bayramov və həmin universitetin "Torpaqşünaslıq və aqrokimya" kafedrasının dosenti Namiq Hüseynov.

Məlumat üçün qeyd edək ki, hər iki şəxs qudadır,yaxın qohumluq əlaqəsinə də malikdir.Bunlar saxta diplomdan əlavə narkotik maddələrin satışı ilə də məşğul olurlar.Belə ki, Musa Bayramovun qardaşı narkotik maddələrin satışı ilə əlaqədar bir müddət bundan əvvəl həbs olunub. Hər iki şəxs müxtəlif sənədləri saxtalaşdırmaqla bərabər, həm də qanunsuz tələbə qəbulları həyata keçirirlər.Beləliklə,Musa Bayramov, həm də Namiq Hüseynov Dövlət İmtahan Mərkəzində hələlik adı naməlum olan şəxslə yaxın əlaqə qurmuşdur.

DİM-də işləyən həmin şəxsin tapşırığı ilə bu quda olan müəllimlər müştəri tapır,pulunu alır və bu abituriyentlərə tapşırır ki, Siz imtahanda iştirak edin,amma cavab kartında heç bir sualın cavabını qaralamayın, biz özümüz həll edəcəyik. Beləliklə, qəbul imtahanında bu iki şəxsin xeyir duası ilə müvafiq məbləğ qarşılığında cavab kartı ağ təhvil verilir, sonradan isə lazımi düzəlişlər edilir və tələbənin qəbulu həyata keçirilir. Bundan başqa , bu iki şəxsin rəhbərliyi ilə imtahanda abituriyentin əvəzinə başqa şəxs girib imtahan verir.

Bu gün istintaqa ifadə verən Ələddin Məmmədov müəyyən faktları etiraf edib.Belə ki, Ələddin Məmmədov bildirmişdir ki,Musa Bayramov və Namiq Hüseynovun rəhbərliyi ilə müəyyən məbləğdə rüşvət hesabına abituriyentin əvəzinə başqa şəxs girib imtahan verib.Nəticədə bu gün, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında 2 nəfər Azərbaycan Texnologiya Universitetinin Menecment ixtisasından, 1 nəfər Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan,4 nəfər isə Gəncə Tibb Kollecindən qovulmuşdur.Buna səbəb odur ki, Ələddin Məmmədov öz ifadəsində bildirib ki,həmin qovulan tələbələrin əvəzinə imtahana Musa Bayramov və Namiq Hüseynov tərəfindən başqa adam salınıbmış.

Gəncə Dövlət Universitetinin rektoruna bu məktub daxil olan kimi həmin tələbənin fiziki tərbiyə və idman ixtisasının 2-ci kursundan qovulması üçün dərhal əmr verilib və saxta yolla qəbul olunan tələbə universitetdən qovulub.

Azərbaycan Texnologiya Universitetinin rektoru müvafiq əmri hələ verməyib.Tibb kollecində də həmin tələbələr bu gün kollecdən azad edilib.Bütün bu qanunsuzluqları edən dosent qudalara hələ heç kim heç nə demir.

Görünən odur ki,Ələddin Məmmədovun izahatları çox başları papaqsız qoyacaq.Gəncə Elektrik Şəbəkəsində işləyən Elşad adlı şəxsi danışdırmaq kifayətdir ki,bu dosent qudaların fəaliyyətinin qaranlıq məqamları işıqlansın.

Maraqlı burasıdır ki,həmişə pafosla düzgünlükdən danışan,sosial şəbəkələrdə aktiv olan ADAU-nun rektoru İbrahim Cəfərov bu məsələlərdən hali olsa da diplom satan,saxta tələbə qəbulları ilə məşğul olan Musa Bayramov, Namiq Hüseynov,Məhəmməd Hüseynov və s. kimi müəllimliyə yararsız saxta sənəd alverçilərini işdə saxlayır".


Siam.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO