Salyanın baş həkimi dövlətin pulunu belə xərcləyir-MÜƏMMA

12:15 29.10.2019 418
Salyanın baş həkimi dövlətin pulunu belə xərcləyir-MÜƏMMA

“Azərbaycanda satınalmalarla bağlı yeyinti yüksək səviyyədədir və qanunda nəzərdə tutulan hallar həyata keçirilmir”.

Yenixeber.org: Bunu bir müddət əvvəl mediaya açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O bildirib ki, qanunda nəzərdə tutulan hallar həyata keçirilərsə, tenderlər şəffaf olarsa, bu sahədə olan yeyintinin səviyyəsini xeyli aşağı salmaq mümkündür. Hüquqşünas deyir ki, ilk olaraq elektron satınlalma sistemini həyata keçirmək lazımdır.

“Elektron satınalma odur ki, bütün satınalmalar e-tender.gov.az saytında yerləşdirilir. İndi qısa məlumat verilir ki, tenderi kim keçirir və nə haqqındadır. Amma təfsilatlı heç bir məlumat mövcud deyil”.

Tendrlərlə bağlı ictimai rəyin də yumşaq desək birmənalı olmamasıhər kəsə bəllidir... Mütəxəssislərin, müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir.

Bir müddət əvvəl Milli Məclisin üzvü Vahid Əhmədov da dövlət satınalmaları ilə bağlı narahatlığını bildirdi: "Neçə ildir biz Milli Məclisin iclaslarında dövlət satınalmaları ilə bağlı məsələrə toxunuruq ki, burada şəffaflıq yoxdur, tenderlər keçirilmir, müəyyən qurumlar birbaşa satınalmalarla məşğul olurlar, amma bu yenə də təkrar olunur".

Onun sözlərinə görə, burada çox ciddi qərarların qəbul edilməsinə ehtiyac var.

“Satınalmalar ilə məşğul olan bütün icra hakimiyyəti orqanları özləri tendersiz bütün məsələləri necə istəyir həll edir. Nöqsanlar həddindən artıq çoxdur. Yenə də tenderlər keçirilmir, Tender Komissiyasının təyinatında müəyyən insanları daxil edirlər”.



Dövlət başçısı 9 ayın yekunlarına həsr olunan iqtisadi müşavirədə də dövlət vəsaitlərinin xərclənməsi istiqamətində problemlər olduğunu, xərclərin şişirdildiyini vurğuladı. Bu və bu kimi narahatlıqlar, həyəcan dolu yanaşmalar başadüşüləndir. Söhbət büdcə vəsaitindən, dövlətin pulunun necə xərclənməsindən gedir.

Salyanın baş həkimi dövlətin pulunu belə xərcləyir-MÜƏMMA
Dövlətin 30338 manatı nizamnamə kapitalı 30 manat olan şirkətə etibar olunub

Yenixeber.org-a bu istiqamətdə yeni məlumatlar daxil olub. Məlumatlarda Salyan Rayon Mərkəzi Xəstəxanası ilə “SİZ HFM” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında ötən il imzalanmış müqavilədən bəhs olunur. Daha doğrusu bir sıra suallara yol açan detallar sadalanır. Salyan rayonundan yenixeber.org-a daxil olan məlumata görə “SİZ HFM” MMC-nin nəinki lazımı baza və maddi-texniki imkanları yoxdur, ümumiyyətlə bu şirkəti rayonda barmaqla sayılacaq qədər tanıyanlar ya olar, ya olmaz. Xatırladım ki, sözügedən müqavilədə Salyan Rayon Mərkəzi Xəstəxanasına Tibbi Avadanlıqların alınması məqsədi ilə xəstəxana tərəfindən “SİZ HFM” MMC-nə 30338 manat dövlət vəsaitinin köçürülməsi əks olunub.

Dövlət satınalamaları haqqında qanundan da məlum olduğu kimi müsabiqənin qalibi olan şirkətin bir sıra standartlara uyğunluğu vacibdir. Bu sırada Tenderin qalibi olan şirkətin analoji işlərdə təcrübəsi, iddiaçının potensial, texniki və kadr imkanları, qalib olduğu müddətə qədər son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı, son bir ildəki maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı və müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları kimi şərtlər sadalanır. Həmçinin qalib şirkətin təsis olunmasından 3 il zaman ötməsi də şərtlər sırasında yer alır.

Biz də müəyyən suallara cavab almaq səbəbindən “SİZ HFM” MMC ilə əlaqə yaratmağa çalışdıq. Belə bir müsabiqənin qalibi olan şirkət haqqında internet üzərində axtarış cəhdlərimiz nəticəsiz oldu. Nə bir əlaqə vasitəsinə, nə bir "izinə-tozuna" rast ola bilmədik.

Bildiyimiz bircə bu oldu ki, ““SİZ HFM” MMC 7 Aprel 2016-cı il tarixdə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Salyan rayonu Qarabağlı kəndi, Nizamnamə kapitalı 30 m., Qanuni təmsilçi isə Məhərrəmov Ülvi İlham oğludur.

Nizamnamə kapitalı 30 manat olan və internet üzərindən heç bir əlaqə vasitəsinə rast olunmayan şirkətlə əməkdaşlığın bəzi detallarına aydınlıq gətirməsi istəyi ilə bu ayın 17-də Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi cənab Hüseynağa Həsənova online sorğu ünvanladıq. Təəssüf ki, o gündən bu günə 12 gün ötməsinə baxmayaraq sorğumuza cavab ala bilmədik. Səbəb bizim üçün anlaşılmaz olaraq qalır: cənab Hüseynağa Həsənov tərəfindən mətbu sayqısızlıqmı?, yazılası cavabın yoxluğumu, yoxsa...?

Yenixeber.org
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO