Bu deputatlar növbəti parlamentdə olmaya bilər - sensasion siyahı

11:33 29.10.2019 436
Bu deputatlar növbəti parlamentdə olmaya bilər - sensasion siyahı
Prezident İlham Əliyevin 2018-ci ilin aprelində keçirilən növbədənkənar prezident seçkilərindən sonra başladığı əsaslı kadr dəyişiklikləri bu il daha geniş miqyasda davam etdi.

Ölkə başçısının hakim komanda üzvlərini yeniləməsi, gənc məmurlara üstünlük verməsi, Nazirlər Kabinetinin simasının dəyişməsi, yaşlı və təcrübəli kadrlarla yolları ayırması qanunverici orqanın tərkibində də dəyişiklikləri şərtləndirir, Milli Məclisin 2020-ci ildə tərkibinin yeni simalardan formalaşacağından xəbər verilir. Parlamentdə yaşı 70-i keçmiş və hakim partiyanı təmsil edən bəzi deputatlar, o cümlədən 5 illik fəaliyyəti dövründə “ağzına su alıb oturan” mandat sahibləri, habelə biznesmen kimi daha çox ad çıxarmış MM üzvləri növbəti seçkidə ya iştirak etməyəcək, ya da onların namizədlikləri YAP tərəfindən dəstəklənməyəcək.

Artıq indidən iddialar var ki, parlamentin iclaslarında nadir hallarda iştirak edən, başı biznesə qarışmış, ehtiyatsız açıqlamaları ilə cəmiyyəti qıcıqlandıran deputatların növbəti dəfə mandat sahibi olmaq şansları yoxdur - onlar seçkiyə buraxılmayacaq.

Həmçinin fəallığı olmayan, dövlətin və hakimiyyətin mövqeyini aktiv şəkildə müdafiə etməyən, tənqidlərə cavab verməyən bəzi deputatlara da qırmızı işığın yandırılacağı bildirilir.

Məsələn, 96 saylı Goranboy-Naftalan seçki dairəsinin deputat Mahir Aslanovun üzünü bəlkə də 2015-ci ildən bəri görməyiblər. O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz” hotel, “Happy İnn” hotellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır. 64 saylı Sabirabad ikinci seçki dairəsinin seçiciləri də deputat Rüstəm Xəlilovu axtarır.

112 saylı Qax seçki dairəsinin seçiciləri az qala İnterpola müraciət etmək məcburiyyətində qalsınlar. Deputat Azər Kərimli 2000-2005, 2005-2010 və 2010-2015-ci illərdə Milli Məclisin üzvü olub.

Deputat olduğu 17 il ərzində A.Kərimlinin fəaliyyəti də heç bir ictimai əhəmiyyətliliyi ilə seçilməyib. Bu siyahı 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan deputatla uzanır.

İmamverdi İsmayılovun da növbəti dəfə deputat olmaq şansları aşağı qiymətləndirilir. İ.İsmayılov parlamentin fəaliyyətinə görə passiv deputatlardan sayılır.

Eyni zamanda Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Rüfət Quliyev, Nəriman Əliyev, Rafiq Məmmədhəsənov, Ağacan Əbiyev kimi deputatların növbəti seçkidə iştirakı, yenidən mandat sahibi olacağı gözlənilmir.

İddialara görə, Eldar Quliyev, Ziyad Səmədzadə, Əliağa Hüseynov, Yaqub Mahmudov, o cümlədən Malik Həsənov, Naqif Həmzəyev parlamentdən kənarda qala bilər.

Bu “qara siyahı”da Şəmsəddin Hacıyev, Aytən Mustafayeva, Ülviyyə Ağayeva, Ağalar Vəliyev, Madər Musayev, Əsabil Qasımovun da yer alacağı istisna edilmir. Ümumiyyətlə, iqtidarın “çörəyini yeyən”, onun sayəsində mandat qazanan, illərlə biznesinin toxunulmazlığını təmin edən deputatlar var ki, nə prezidentin siyasətini aktiv şəkildə müdafiə və təbliğ edirlər, nə xaricdəki “söyüş makinası”na cavab verirlər, nə də seçiciləri ilə görüşlərə gedirlər.

Diqqət edin, mediaya açıq, ən müxtəlif mövzularda jurnalistlərə açıqlama verən aktiv deputatlar kimlərdir: Siyavuş Novruzov, Aydın Mirzəzadə, Vahid Əhmədov, Zahid Oruc, Fazil Mustafa, Fəzail Ağamalı, Qənirə Paşayeva, Musa Quliyev, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Sona Əliyeva, Asim Mollazadə, Əli Məsimli, Elman Nəsirov və s.

İndiyə qədər parlament üzvü olan Dilarə Cəbrayılova, Eldəniz Səlimov, Elşad Həsənovun səsini, çıxışını eşidən olub? Bu baxımdan növbəti parlamentdə daha aktiv ictimai-siyasi fəalların olacağı gözlənilir.

Qeyd edək ki, Rəfael Cəbrayılovun mandatına xitam verilməsi ilə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb. 14 saylı Xəzər ikinci seçki dairəsindən deputat Mehriban Əliyeva 21 fevral 2017-ci ildə Azərbaycanın birinci vitse- prezidenti təyin edilib.

İlham Əliyevin ötən il aprelin 21-də imzaladığı sərəncamla 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən deputat Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Prezidentin 2018-ci il aprelin 23-də imzaladığı sərəncama əsasən, 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputat Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri, 91 saylı Ucar seçki dairəsindən deputat Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev 2018-ci il aprelin 15-də vəfat edib.
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO