Ermənistanın “Yelk” parlament fraksiyasının rəhbəri Nikol Paşinyanın başçılıq etdiyi etirazçılar İrəvanda İctimai radionun ofisinə soxulublar. Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkənin mediası məlumat yayıb. Yürüşçülər gözlənilmədən istiqamətlərini dəyişərək radionun binasına tərəf gediblər. Polis 100-ə yaxın müxalifətçinin radio ofisinə girməsinə mane olmayıb. N.Paşinyan və digər deputatlar radio rəhbərliyindən onlar üçün efir verilməsini tələb ediblər.
Zamantv.az