Qarabağdan 15 min erməni “itib”

12:57 4.02.2021 321
Qarabağdan 15 min erməni “itib”
Ötən il noyabrın 10-da, yəni hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli razılaşma imzalanda Dağlıq Qarabağda cəmi bir neçə yüz erməni sakin qalmışdı.

Erməni KİV-i xəbər verir ki, bu haqda Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan dünən Yerevanda parlament dinləmələri zamanı deyib.

Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağda “sakinlərin” sayı 100 min nəfərdən çoxdur. Lakin Arakelyanın təqdim etdiyi statistikanı elə erməni KİV-ləri şübhə altına alıblar və Dağlıq Qarabağda yaşayan ermənilərin sayı barədə rəqəmlərin elə müharibədən əvvəl də doğru olmadığını göstəriblər.

Epress.am saytı yazır ki, Arakelyanın təqdim etdiyi statistika Rusiya tərəfinin statistikası ilə uyğun gəlmir. Rusiya tərəfi bildirir ki, noyabrın 10-dan fevralın 2-nə qədər Qarabağa 51 min 947 nəfər qayıdıb. Bəs noyabrın 10-da Qarabağda cəmi bir neçə yüz erməni qalmışdısa (Azərbaycan ordusunun Şuşanı azad etməsinin ardınca Qarabağda yaşayan ermənilər Kəlbəcər üzərindən kütləvi şəkildə Ermənistana axın etmişdilər,-red.) o zaman indi onların sayı 100 minə necə çatıb? Rusiya sülhməramlıları təxminən 60 min erməni qaytarıbsa qalan 40 min nəfər hansı yolla qayıdıb? Axı hazırda Ermənistandan Dağlıq Qarabağa ancaq Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizi ilə getmək mümkündür.

Bundan əvvəl erməni tərəfi geri qayıdanlar barədə rəqəmlərdə Rusiya tərəfinin təqdim etdiyi statistika ilə bu cür uyğunsuzluğu belə izah etmişdilər ki, guya Kəlbəcər Azərbaycanın nəzarətinə qaytarılana qədər Vardenis-Kəlbəcər-Ağdərə yolu ilə geri qayıdanların sayı 40 min nəfərə yaxın olub. Hansı ki, bu rəqəmə heç Ermənistanda inanan olmamışdı. O vaxtdan bəri geri qayıdanlar barədə ziddiyyətli statistikanı şərh edən yoxdur.

Nazir Arakelyan onu da deyib ki, Azərbaycanın nəzarətinə keçən ərazilərdə yaşayanların sayı 40 min nəfərə yaxın olub. Və onlardan 20 min nəfərə yaxını hazırda Ermənistanda yaşayır. 5 min nəfərə yaxını Dağlıq Qarabağa, yəni Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə qayıdıb. Bəs qalan 15 min erməni hara “itib”? Bu ziddiyətə də aydınlıq gətirən olmayıb. Başqa sözlə, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayı barədə rəqəmlərin şişirdilmiş olduğunu Ermənistanda da dolayısı ilə təsdiq etməli olurlar. Hansı ki, Azərbaycanın hesablamalarına görə bu ermənilərin sayı işğalçı qüvvələrin şəxsi heyətini çıxmaqla 60-70 nəfərdən çox deyildi.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO