“İlham Əliyev İrəvanın, Zəngəzurun, Sevanın (Göyçə - red.) Azərbaycanın tarixi ərazisi olduğunu bildirməklə yeni nəsə demədi”.
Ordu.az xəbər verir ki, bunu qondarma qurumun sabiq “nümayəndəsi” Tiqran Abrahamyan öz “Facebook” səhifəsində yazıb.
“Bu, ağlında və ya açıq bizim problemlərimizin Qarabağla başlayıb, Qarabağla bitdiyini düşünən hər kəsə ünvanlanmışdı. Bizim növbəti müharibəyə 1, 2 və ya 10 il sonra hazırlaşmalı olduğumuzu demək hələ çətindir.
Lakin bir incəlik var, məhz bu andan təhlükəsizliyin yenidən inşa edilməsinə, yeni təminat prosesinə başladığımızda uğur qazanacağıq.
Lakin gördüyüm qədəri ilə, Ermənistanın siyasi hakimiyyəti və onun rəhbəri bizi müdafiə olunmaq, səmərəli mübarizənin bütün imkanlarından məhrum edərək tam əksini edir. Başqa çıxış yolu yoxunuzdur, getməlisiniz”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Zamantv.az