“Ermənistan Nikolla yeni hərbi qarşıdurmalara düşəcək”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə nazirinin müavini Artak Zakaryan özünün sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Nikolun istefası Azırbaycan xalqı, Ermənistan vətəndaşlarının müəyyən qrupu üçün məqbul olmalıdır.
“Çünki hər ikisi qarşıdır, Nikol istefa vermir. Bu, yumor deyil, müharibədən sonrakı fəlakətlərin ağrılı bir müqəddiməsidir.
Bu gün regionda aktiv inkişaflar gedir, maraqların və təsirlərin yeni oxları formalaşır. Strateji müttəfiqimiz gələcək baxışını qurur, təhlükəsizlik zonalarını da əvvəlcədən qeyd edir.
Ermənistan coğrafi cəhətdən inkişafların mərkəzində olmaqla istifadə edilmiş və kənara atılmış periferiyaya çevrilib. Nikolun artıq mövcudluğa malik olmayan hakimiyyətini isə it yerinə qoyan yoxdur.
Nə qərbə lazımdır, nə də Rusiyaya. Nikolun hakimiyyəti Azərbaycandan başqa heç kimə lazım deyil. Onları saxlamaq halında çox yaxın gələcəkdə Ermənistan bu dəfə birbaşa Ermənistan sərhədlərində yeni hərbi qarşıdurmalara düşəcək”, - deyə Zakaryan bildirib.
Alpər Mövludoğlu
Zamantv.az