"Bu, Paşinyanın sonu deməkdir: Ermənistanda döyüşməyə adam tapılmır”

22:03 13.10.2020 399
"Bu, Paşinyanın sonu deməkdir: Ermənistanda döyüşməyə adam tapılmır”
Humanitar atəşkəs dövründə də ermənilər beynəlxalq hüquqa hörmət etmədiklərini açıq nümayiş etdirib. Bu, ermənilərin hər zamankı xislətidir. Onlar müharibədə məğlub olublar. Bunun qarşlığında isə mülki insanlara qarşı terror aktları həyata keçirirlər.

Bu fikirləri zamantv.az-a açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Komitə sədri qeyd edib ki, bu gün düşmən cəbhədə itirdikləri əsgərlərə görə belə narahat deyil.

Onun sözlərinə görə, cəbhədə davamlı olaraq gərginlik yaradan düşmən cəmiyyətin diqqətini mümkün qədər itkilərdən uzaq saxlamağa çalışır: “Düşmən itkilərinin real açıqlanması isə Paşinyanın sonu deməkdir. Çünki məhz onun apardığı yanlış siyasət nəticəsində cəbhədə böyük itkilər verilir”.

Millət vəkili bildirib ki, bu gün erməni ordusu cəbhədə həm texnika, həm də canlı qüvvə baxımından açıqlanan rəqəmlərdən dəfələrlə artıq itki verib: “Bu da sözsüz ki, düşmən ölkədə ictimai-siyasi müstəvidə böyük təlatümə səbəb olacaq bir faktordur. Hazırda humanitar atəşkəs prinsiplərinə uyğun olaraq Qızıl Xaç Komitəsinin əli ilə döyüş meydanından düşmən cəsədləri toplanmaqdadır. Bu, düşmənin itkilərinin real sayının ortaya çıxmasını təmin edəcək. Eyni zamanda düşmən tərəfdən Suriyadan, Livandan olan muzdluların olması faktı da üzə çıxmış olacaq”.

O söyləyib ki, Azərbaycan Ordusunun zərbələrindən sonra erməni ordusu darmadağın olub, döyüşməyə adam çatışmır: “Birinci Qarabağ müharibəsində iştirak etmiş, indi isə qocalmışlar könüllü şəkildə qatılsalar da, onların döyüşmək potensialı yoxdur. Ona görə muzdlu əsgərləri toplayır”.

Siyavuş Novruzov qeyd edib ki, işğalçı Ermənistan tərəfi humanitar məqsədli atəşkəsi belə pozmağa çalışır: “Düşmən hərbi cinayət törədərək, Gəncə kimi Azərbaycanın qədim tarixə malik olan ikinci böyük şəhərinə hücumlar edir. Bu hala qarşı beynəlxaq ictimaiyyət açıq şəkildə etiraz etməlidir. Azərbaycanı atəşkəsə çağıran dövlətlər və təşkilatlar erməni terroruna lazımı qiymət verməlidir”.

Millət vəkili vurğulayıb ki, bütün bunlara rəğmən bu gün Azərbaycanın maraqları cənab Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə təmin edilir: “Cəbhədəki ək- həmlə əməlliyatları başlamazdan öncə də cənab Prezident BMT tribunasından Ermənistanın müharibəyə hazırlaşması ilə bağlı açıq çağırış edib. Reallıqda həm müharibə, həm də informasiya sahəsində Ali Baş Komandan tərəfindən ən uğurlu və düşünülmüş siyasi strategiya həyata keçirilir. Məhz cəbhədə Azərbaycanın hərbi qüdrəti sayəsində illərdir sıfır nöqtəsində qalan problemə yeni baxış yarandı. Cənab Prezidentin də vurğuladığı kimi status-kvo dəyişdi. Azərbaycan danışıqlarda öz mövqeyini və iradəsini ortaya qoydu. Aprel döyüşlərindən sora işğalçı Ermənistana danışıqlarla bağlı vaxt verilmişdi. Bu gün isə danışıqlarda diktə və tələb edən tərəf Azərbaycandır. Bu isə Ali Baş Komandanın qətiyyəti və Ordumuzun gücü sayəsində mümkün olub”.teleqraf.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO