Türkiyənin Burdur şəhərində rəssamlıq müəlliminin keçirdiyi qəza ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, 32 yaşlı Pelin Çakır idarə etdiyi motosikletlə piyadaların hərəkəti üçün nəzərdə tutulan keçidə daxil olub və sürətlə hərəkət edən mikroavtobusla toqquşub.
Ağır qəza nəticəsində xəstəxanaya yerləşdirilən P. Çakırın həyatını xilas etmək mümkün olmayıb.
Zamantv.az