Koronavirusun ən çox yayıldığı ölkələrin SİYAHISI

19:10 29.03.2020 424
Koronavirusun ən çox yayıldığı ölkələrin SİYAHISI
Artıq bir neçə aydır dünyada koronavirusa yoluxanların və pandemiya qurbanlarını sayı artır.

Zamantv.az-ın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), habelə ayrı-ayrı ölkələrin müvafiq dövlət qurumlarının, rəsmi orqanlarının məlumatları belə deməyə əsas verir.

Elə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında Yer üzündə bir gün ərzində virusa yoluxanların daha 60 min nəfər artdığı bildirilir. Qeyd edilir ki, koronavirusa yoluxanların ümumi sayı 570 min nəfəri ötüb. Xəstəlikdən ölənlərin sayı isə 26,5 minə çatıb.

Hətta bəzi təşkilatlar bu rəqəmlərin fərqli olduğunu, dünyada 600 mindən çox insanın COVID-19 infeksiyasının daşıyıcısı olduğunu, virusdan ölənlərin sayının isə 30 min nəfəri ötdüyünü iddia edirlər.

Açıqlanan rəqəmləri orta statistika ilə əvəzləsək, dünyada koronavirusun yayılması baxımından ən təhlükəli ölkələr hansılardır?

Həmin ölkələrin adlarını tədim edirik:

Qəribə də olsa, bir zamanlar ayrı-ayrı ölkə vətəndaşlarının, turistlərin daha çox maraq göstərdikləri ABŞ bu siyahıda ilk yeri tutur. Belə ki, son vaxtlar COVID-19 infeksiyasına ən çox məhz bu ölkənin vətəndaşları yoluxurlar. Təkcə son iki gündə Nyu-Yorkda hər 17 dəqiqədə koronavirusdan bir sakin vəfat edir. Nyu-York koronavirus qurbanlarının sayına görə ABŞ şəhərləri arasında liderdir.

O ki qaldı ümumi vəziyyətə, hazırda Birləşmiş Ştatlarda 121 117 nəfər koronavirusa yoluxub. ABŞ-da COVID-19 qurbanlarının sayı 2 010 nəfərə çatıb.


Qitə olaraq yeni növ koronavirusun yayılması səbəbindən ölüm və yoluxma halları Avropada yüksəkdir – 286 mindən çox yoluxma, 16 mindən çox ölüm.

İtaliya insan itkisinə görə bir zamanlar koronavirusun "beşiyi”i sayılan Çini ötüb. Elə təkcə ötən gün ərzində bu ölkədə koronavirusdan 889 nəfər ölüb, minlərlə italiyalı yeni virusa yoluxub. Bununla yanaşı, qədim köhnə aparıcı dövlətlərindən birinin 12 384 vətəndaşı virusdan sağalaraq yenidən həyata qayıdıb. İtaliyada 92 mindən çox insan virus daşıyıcısıdır. O ki qaldı, həkimlərin qarşısında çarəsiz qaldığı xəstələrə, onların da sayı yüksəkdir - virusdan ölənlərin sayı 10 023 nəfərə çatıb.


Koronavirusa yoluxma hallarının ən çox yayıldığı ölkələr arasında İspaniyanın da adı var. Son 1 gündə bu ölkədə daha 832 nəfər infeksiyanın qurbanı olub, virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb. Krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8, 2 min nəfər artaraq 72 240 nəfəri ötüb.

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfərdən çoxdur. Son sutka ərzində bu ölkədə pandemiyadan 319 nəfər ölüb. Hazırda Fransada 2 314 nəfər pandemiyanın qurbanları sayılır.

Son məlumatlara görə, Almaniyada koronavirusa yoluxanların sayı 26 000nəfəri ötüb. Ölkədə pandemiya xəstələrinin sayı artır. Ölənlərin sayı ilə bağlı rəqəmlər isə müxtəlifdir.

Koronavirusun sürətlə yayıldığı ölkələr siyahısına Böyük Britaniyanı da əlavə etmək olar. Son bir gündə bu ölkədə koronavirusa 2 510 nəfərin yoluxması qeydə alınıb, 260 COVID-19-un qurbanı olub. Ölkədə ümumilikdə 1 019 pasiyent ölüb.

Qeyd etdiyimiz kimi, koronavirusun yaylma mərkəzi olan Çində vəziyyət ABŞ və İtaliya ilə müqayisədə nisbətən qənaətbəxşdir. Son gün ərzində bu ölkədə yeni koronavirusa 45 nəfər yoluxub. Ölkədə daha 5 nəfər virusun qurbanı olub. Bununla da ötən ilin dekabrından Çində təhlükəli virusa yoluxanların sayı 81 439-a çatıb, 3 300 nəfər COVID-19-un qurbanı olub.

Сənubi Koreyada bir gün ərzində koronvirusa 105 yeni yoluxma hadisəsi qeydə alınıb, 222 nəfər sağalıb. Ölkədə virusa yoluxanların ümumi sayı 9 583 nəfərə çatıb, daha 152 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, siyahıya Avropanın və Asiyanın digər ölkələri də daxildir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 infeksiyası indiyədək 192 ölkə və regionda qeydə alınıb.Report
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO