Ukrayna koronavirusla əlaqədar olaraq 48 saatdan sonra xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov brifinqdə məlumat verib.
Onun sözlərinə görə, xarici ölkələrdə qalan Ukrayna vətəndaşları ölkələrinə dönə biləcək.
Qeyd edək ki, koronavirusla bağlı Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçirilib. İclasda Ukraynada koronavirusun yayılmasının qarşısının alınması üçün bir sıra qadağaların tətbiqi müzakirə olunub.
Zamantv.az