[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Sehirli Naftalan” müalicə müəssisəsində `SEHRBAZLIQ` DAVAM EDİR - İLGİNC İDDİALAR...


Ölkəmizin müxtəlif ərazilərində, daha çox dağlıq rayonlarda, bəzi şəhərlərin ərazilərində fəaliyyət göstərən sanatoriyaların, ayrı-ayrı müalicə müəssisələrinin və s. olduqca böyük əhəmiyyətə malik olmaları hər kəsə bəlli olan həqiqətlərdir.

Bu sırada respublikamızın qərb bölgəsində yerləşən və dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı ilə adı dillər əzbəri olan Naftalan şəhəri, bu gün də nəinki ölkəmizin hüdudlarında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Düzdür, bu şəhərin əhatə etdiyi ərazilərdə bir neçə sanatoriyalar fəaliyyət göstərir və onlardan biri də “Sehrli Naftalan” sanatoriyasıdır. Unutmaq olmaz ki, bu sanatoriyanın fəaliyyəti ilə bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılsa da, reklam lövhələrində “bəy tərifləri” yazılsa da, əslində bu burada ab-hava tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdən bir görmək yaxşıdır”. Bəli, bu sanatoriyada gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə “Sehrli Naftalan” müalicə müəssisəsi “sehrli əməllərə” qol qoyulan bir ünvandır. Məsələn, bu sanatoriyada heç bir mühafizə xidməti yoxdur, sanatoriyaya hansı şəxsin gəldiyini, hansı şəxsin getdiyini və s. dəqiqləşdirmək üçün heç bir kamera quraşdırılmayıb. Belə bir səbəbdən də, bu müalicə müəssisəsində əxlaqsızlıq əməlləri baş alıb gedir. Yəni, bu cür çirkin işlərə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt qaldıqları otaqlara aparır və həmin qadınlarla minbir hoqqalardan çıxırlar. Söz yox ki, belə bir hoqqalar müəyyən məbləğ pul vəsaitlərinin qarşılığında həllini tapır. Yəni, bu sanatoriyada bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, hardan gəlib, hara gedir? Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.
Bundan əlavə, “Sehrli Naftalan”da yaşanan biabırçılıqlardan biri də, burada çalışan qadın işçilərdən tam əksəriyyətinin heç bir tibbi təhsilə malik olmamalarıdır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə sanatoriyaya rəhbərlik edən şəxsin yaxın qohumu (Fərqanə xanım, ad şərtidir) bu ünvanda xəstələrə fizioterapiya xidməti göstərir və həmin xanım Gəncə şəhərindəki təhsil müəssisələrindən birində müəllimə də işləyir. Sual oluna bilər ki, axı dövlət və ya qeyri-dövlət qurumlarında çalışan şəxslər bu sanatoriyaya müayinə və müalicə olunmaq məqsədilə üz tuturlar və bu ünvanda çalışanlardan tam əksəriyyətinin heç bir tibbi təhsilləri yoxdursa, o halda onlar xəstələri necə müalicə edə bilərlər? Diqqəti cəlb edən hallardan biri də, “Sehrli Naftalan”da ödənilən ödənişlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsidir. Daha bir biabırçılıq isə, bu ünvanda xəstələr xüsusi vannalarda naftalan neftini qəbul edərkən, bir xəstənin qəbul etdiyi nefti digər xəstənin də qəbul etməsi olur. Belə bir addımın atılması, bu sanatoriyada müayinə və müalicə olunan xəstələr arasında daha çox dəri və keçici xəstəliklərin yayılmasına yollar açır. Elə ki, “Sehrli Naftalan”a müayinə və müalicə olunmaq məqsədilə xəstələr üz tuturlar və onlar rəhbərlikdən normal şəraiti olan otaq istəyirlər, o halda “Heç də darıxmayın, sizə bir-iki günə lazımi şəraiti olan otaq verəcəyik” deyə vəd versələr də, son anda rəhbərlikdə olanlar verdikləri vədlərinə “fıs çıxırlar”. Yaşlı insanların əllərində “padnos” ayaqüstə durub yemək götürmələri, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədinin olmaması, sanatoriyanın otaqlarında antisanitariyanın tüğyan etməsi və s. kimi problemlərin varlığı da başqa bir söhbətin mövzusudur.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” sanatoriyasına da həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar və onlar bu ünvanda yaşanan hər cür biabırçılığı, məhz öz gözləri ilə görürlər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bu ünvanda baş verənləri görüb eşitdikcə bizim ölkəmiz haqda nə düşünürlər? Deməli “Sehrli Naftalan” sanatoriyasında vəziyyətin belə iyrənc, dözülməz həddə gəlib çatmasında bir çox vəzifə sahiblərinin, ələlxüsus yerli hüquq-mühafizə orqanları əməkdaşlarının da üzərinə böyük məsuliyyət yükü düşür. Odur ki, bu müalicə müəssisəsində baş verən “sehrli əməllər”i təhlil edib belə qənaətə də gəlmək olar ki, bu cür çirkin işlərə, qanunsuzluqlara cavabdehlik daşıyanlar ya üzərinə düşən vəzifələrini yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Deməli, ...
Mövzuya qayıdacağıq. Bizi izləyin.

araz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Azərşəkər” MMC şefi dövləti SABOTAJ EDİR? - QALMAQAL


Xəbər verildiyi kimi, Rusiya-Ukrayna müharibəsi təkcə dünyanın energetika və iqtisadiyyatına ciddi zərbə vurmayıb, həm də dünyada ərzaq buğdasının istehsalı və istehlakında dolaşıqlıq yaradıb. Bu problemlər həm də Azərbaycanda ərzaq buğdasının istehsalında qarşıya yeni və ciddi vəzifələr qoyub. Azərbaycan Prezidenti cənab İlham Əliyev problemlərdən ən az zərərlə çıxmaq üçün 19 iyul 2022-ci il tarixdə “Əzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzaladı. Bu artıq məsələnin nə qədər ciddi və məsuliyyətli olduğuna bir işarədir.

***

Gəlirik mətləbə: yaxşı, Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsini başa düşdük, bəs Ağcabədi rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi niyə “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanını saya salmır, sabotajla məşğuldur? Və polis şöbəsinin mayoru Gülmalı Orucov qanunsuz hərəkəti ilə uzun illərdir buğda və digər kənd təsərrüfatı məhsullarının peşəkar səviyyədə istehsalı ilə məşğul olan fermer Abdullayev Teyyub Əli oğluna əməllicə problem yaradıb. Əslində, aşağıda bəhs ediləcək problem fermerə deyil, hələ də Ermənistanla bitib-tükənməyən müharibənin ağrılarını yaşayan Azərbaycan xalqına yaradılıb.

Beləliklə, Ali təhsilli sahibkar-fermer, Azərbaycanda hər il təkcə 8 min ton soğan istehsalçısı, eləcə də kartof, taxıl, qarğıdalı və s. vacib kənd təsərrüfatı məhsulları istehsal edən T.Abdullayevin Prezident İlham Əliyevə müraciətini təqdim edirik:

Çox hörmətli cənab Prezident!

Mən ali təhsilli fermer olaraq, uzun illərdir xarici ölkələrin qabaqcıl təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğulam. Dövlətimizdən indiyədək bir manat da olsun kredit, yaxud hansısa yardım almadan bütün bu işləri öz şəxsi vəsaitim hesabına həyata keçirmişəm.

Azərbaycanın Ağdam, Ağcabədi və İsmayıllı rayonlarında torpaq sahələrini icarəyə götürərək hər il buğda, arpa, qarğıdalı, soğan və s. kənd təsərrüfatı məhsullarını istehsal edirəm, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin rəhbər işçiləri də bu fəaliyyətimlə yaxından tanışdırlar. Mənim Ağcabədi rayonu ərazisində uzun illərdir icarəyə götürdüyüm torpaq sahəmdə taxıl və soğan əkinim vardır.

Ötən il “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Mövsümov əraziyə gələrək qonşuluğumdakı əkin fəaliyyəti ilə məşğul olan vətəndaşlara kompensasiya təklif edərək onların icarəsində olan torpaq sahələrini almaq qərarına gəlmişdir. Mənim icarəmdə olan torpaq sahəsini isə 2008-ci ildə Ağcabədi rayon sakinləri- Həsən və Faiq Kazımov qardaşlarına 30 min dollar pul verərək torpaq üzərində olan əmlaklarla, o cümlədən iki ədəd subartezian quyusunu almışam. İndiyədək həmin torpaq sahəsində yuxarıda qeyd etdiyim kimi, ərzaq buğdası və soğan əkirəm. Adı çəkilən sahədə əkin sahəsi olan rayon sakini M.Cəfərov isə “Azərşəkər” MMC-nin rəsmi nümayəndəsini aldadaraq təklif edilən kompensasiyanı mənim istifadəmdə olan torpaq sahəsinə görə də məndən xəbərsiz almışdır. Mən bununlda bağlı xəbər tutanda Ağcabədi rayon Polis Şöbəsinə şikayət verdim, rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi Yusif Məhərrəmov fakt üzrə Ağcabədi rayon Prokurorluğundan daxil olmuş ərizəm əsasında HK-1/-200 saylı materialı araşdırdı. Müstəntiq mənim və şahidlərin izahatlarını araşdıraraq bu qənaətə gəlmişdir ki, məsələ mülki xaraxterli olduğundan məhkəməyə müraciət edilməlidir. Halbuki ortada birbaşa dələduzluq cinayəti var idi. Çünki mənim xəbərim və icazəm, razılığım olmadan icarəmdə olan torpaq sahəsinə görə Mürşüd Cəfərov 100 min manatdan çox kompensasiya almışdır. O, Ağcabədi rayon Polis Şöməsinin müstəntiqinə verdiyi izahatında bunları təsdiq etmişdir. Həmin etiraflar müstəntiqin qərarında da vardır.

Beləliklə, mən 23 iyun 2022-ci ildə “Azərşəkər” MMC-nə, Ağcabədi rayon İcra Hakimiyyətinə və vətəndaş Cəfərov Mürşüd Muradxan oğluna qarşı mülki iddia qaldırdım. Bakı şəhəri Nizami Rayon Məhkəməsində icraata qəbul olunmuş iddia üzrə artıq 3 dəfə məhkəmə prosesi baş tutub və sonuncu dəfə iş baxılması üçün müvafiq qaydada hazırda Ali Məhkəmənin icraatındadır (Hakimlər kollegiyası:Abidin Hüseynov, Zaur Əliyev və Əhməd Nurməmmədov).

Çox hörmətli cənab Prezident!

Neçə gün əvvəl Ağcabədidəki əkin altında olan torpaq sahəmdə buğda səpininə başlayan mexanizator mənə məlumat verdi ki, sahənin suvarılmasında istifadə olunan subartezian quyularının sökülməsi üçün əraziyə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Dərhal sahəyə gəldim. Ağcabədi rayon Enerji Satışı İdarəsinin əməkdaşları ilə bərabər söküntü işinə rəhbərlik edən isə Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucov idi (ad və soyadını sonradan öyrəndim, özünün kimliyini soruşanda rədd cavabı verdi). Mən ərazini hər il olduğu kimi bu il də şumladığımı, Prezidentin çağırışına sahibkar kimi səs verərək bu il də buğda səpmək üçün hazırluq işlərini gördüyümü, sahəyə gübrə verildiyini və s. onların diqqətinə çatdırdım. Onu da bildirdim ki, məsələ məhkəmə baxışındadır və mənə hər hansı bir qurumdan torpaq üzərində fəaliyyətimi müvəqəti də olsa, dayandırmağı bildirən olmayıb. Hətta sonradan adını öyrəndiyim Ağcabədi RPŞ-nin mayoru Gülmalı Orucova cənab Prezidentin ərzaq buğdası ilə bağlı Fərmanını xatırlatdım, dedim ki, mən Türkiyədən baha qiymətə toxum gətirmişəm, sahə gübrələnib, əkin yeri də göz qabağındadır, xahiş edirəm, artezianlara dəyməyin. Lakin mayor Orucov “Mənə dəxli yoxdur, sökülməlidir!” deyib dirəniş göstərdi. Mən ondan hansı sənəd, məhkəmə qərarı, yaxud tapşırıq olduğunu sübut edən bir rəsmi sənəd göstərməsini xahiş edəndə Ağcabədi Enerji Satışı İdarəsinin rəsmi şəxsləri də ona bildirdilər ki, yaxşı, gəlin artezianları gərginlikdən ayıraq, sonra lazım gələrsə sökülər. Mayor Orucov kobud surətdə “Get məhkəmə sənədini və Ağcabədi RPŞ-nin müstəntiqinin qərarını gətir, sonra qaytarıb yerinə qoyarıq, indi isə sökülməlidir!”, -deyərək özbaşınalıq etdi. Halbuki o, Ağcabədi RPŞ-dən gəlirdi və mübahisəli torpaqla bağlı (hansı ki, mübahisələndirən başqaları yox, mən özüməm) həmin sənədə baxa bilərdi.

Cənab Prezident!

Beləliklə, hazırda payızlıq əkin mövsümüdür. Əraizi şumlanıb, gübrələnib və səpinə hazırlanıb. Belə bir məqamda Ağcabədi RPŞ-nin mayoru (özünü təqdim etmədiyi üçün vəzifəsini də dəqiq bilmirəm) vəzifə səlahiyyətlərini aşaraq mən sahibkarın bütün işini problemə çevirdi. O, bircə gün gözləyə bilərdi ki, mən məhkəmə qərardadlarını və Ağcabədi RPŞ-nin məlum qərarını ona təqdim edim. Axı onu bu əraziyə kim və hansı tapşırıqla göndərmişdi, hələ də müəmmalı olaraq qalır. O, əvvəlcədən mənə məlumat verərdi və mən vəkilimdəki lazımi sənədləri ona təqdim edə bilərdim. Mayor Orucov isə artezianları sökdürüb sonra məndən sənəd istəyir. Bu nə dərəcədə qanuni və ədalətlidir?

Cənab Prezident! Sonradan məlum oldu ki, Ağcabədi rayon İcra Hakimiyyətindən sahənin boşaldılması, əkinin dayandırılması barədə göstəriş verilib. Axı mən həmin torpaqda uzun illərdir ərzaq buğdası əkirəm. Halbuki yuxarıda qeyd etdim, “Azərşəkər”in icraçı direktoru Nail Mövsümov Ağcabədi ərazisində ayrı-ayrı vətəndaşların istifadəsində olan torpaq sahələrini heç bir rəsmi sənəd vermədən, qeydiyyat aparılmadan pul verib alır, sonra həmin torpaq sahəsini kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olanlara ikiqat qiymətə satır. Məsələn, ötən il şəxsən mən Nail Səfixanova 24 min manat pul verərək 20 hektar torpaq sahəsini 1 il müddətinə icarəyə götürüb taxıl əkmişəm. Pulun verilməsi isə qeydiyyatsız aparılıb. Belə çıxır ki, biz fermerlər dövlət başçımızın tapşırığına uyğun olaraq buğda əkmək üçün ikiqat qiymətə “Azərşəkər” MMC-nin torpaq satmaqla məşğul olan rəsmilərindən torpaq almalıyıq???

Cənab Prezident, xahiş edirəm, təcrübəli fermer kimi, komissiya göndərilsin və mənim sahələrimlə digərlərinin əkin sahələrini və məhsul çıxımını müqayisə etsinlər. Mən təkcə bu il Hollandiyadan gətirilmiş toxum və qabaqcıl becərmə təcrübəsini tətbiq etməklə hər hektardan 200 sentner dənlik qarğıdalı götürmüşəm. Bu məhsuldarlıq inanmıram ki, başqa sahələrdə olsun. Sadəcə, bəzi məmurlar bunu da əlimizdən almaq istəyirlər. Bu hərəkət ölkəmizin ərzaq təhlükəsizliyinə qarşı açıq sabotajdır.

Xahiş edirəm, tədbir görülməsi üçün aidiyyəti üzrə tapşırıq verəsiniz və Ağcabədi rayonnun İcra başçısı ilə “Azərşəkər” MMC-nin məsul şəxslərinin qanunsuz əməllərinin qarşısı alınsın.

Redaksiyadan: Məsələ ilə bağlı Ağcabədi RİH başçısı Rafil Hüseynovla əlaqə saxlamaq cəhdimiz hələki baş tutmur. Eləcə də yaranmış problemlə əlaqədar olaraq “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyevlə də əlaqə saxlamaq mümkünsüz kimidir. Redaksiya tərəfindən A.Mehdiyevə rəsmi müraciət göndəriləcək. Necə ola bilir ki, tanınmış fermerin buğda əkininə imkan verilmir, amma o məcbur edilir ki, “Azərşəkər” MMC-nin icraçı direktoru Nail Səfixanovdan ikiqat qiymətə (qanunsuz əsaslarla satılır, verilən pul qeydə alınmır, təyinatı müəmmalıdır və s.) torpaq alıb buğda əksin.

“Təzadlar”ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamada və çalğıçılar da icbari sığortaya cəlb ediləcək


Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlər icbari tibbi sığorta ilə əhatə olunacaq.

"Report"un xəbərinə görə, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.

Layihədə əsasən iki kateqoriya üzrə - Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərin (toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi, bərbər fəaliyyəti ilə məşğul olan şəxslər və sair) və Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslərin (mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər) icbari tibbi sığorta ilə əhatə olunması nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb


Binə rayonunun Atçılıq yaşayış massivində uzaqdan möhtəşəm görünən bir təhsil ocağı var - 292 saylı orta məktəb. Məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Çox gözəl binası, həyətində quraşdırılmış günəş panelləri və külək turbinləri var. Bu isə o deməkdir ki, məktəbdə təhsil alan şagirdlə təkcə yeni texnologiyalarla işıqlandırılan siniflərdə oxumayacaqlar, həm də bir sıra dəqiq elmlərdə öyrəndiklərinin necə işlədiyini əyani şəkildə öz həyatlarında görəcəklər. Təbii ki, bu ortamda böyüyən yeni nəslin gələcəyin ən böyük dühaları olmaması üçün heç bir səbəb yoxdur.
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb

Yəqin ki, bu şəkilləri görüncə siz də mənim kimi düşündünüz. Amma sevinməyə, xoşbəxtlikdən göyə hoppanıb düşməyə tələsməyin. Sən demə, bütün bu görünənlər məktəbin zahiri görünüşüdür. Daxili görünüşünə gəlincə, qısaca olaraq bunu deyə bilərəm: bu məktəbə çox bel bağlamayın. Burda nəinki XXI əsrin Eynşteyni, Keplepi, Fərabisi, İbn Sinası, heç bizim məhəllənin JEK müdiri də çıxa bilməz. Səbəbinimi soruşursunuz? Bu dəqiqə ərz edim: çünki bizim məhəllənin JEK müdiri də pis-yaxşı hansısa donqili məktəbdə dərs keçib. Eynilə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov kimi, heç olmasa Ali Diplomatiya kolleci kimi adı böyük, özü kiçik bir məktəb qurtarıb. 292 saylı orta məktəbin şagirdləri isə ümumiyyətlə dərs keçmirlər.
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb

Bəli, bəli, düz eşitdiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin redaksiyamıza göndərdiyi məktubda belə deyilir. Valideynlərin iddiasına görə, bu məktəbdə yalnız ibtidai sinif müəllimləri var. Onlar da təbii ki, uşaqlara uzaqbaşı hərfləri yazmağı, rəqəmləri üst-üstə gəlməyi və bir-birinə vurmağı öyrədirlər. 5-cü sinifdən yuxarılar üçün isə əməlli-başlı müəllim qıtlığı yaşanır. Məhz bu səbəbdən uşaqlar dərsə gedib yarım saatdan sonra evə qayıdırlar. Məktəb rəhbərliyi onlara bu gün dərs olmayacağını deyib evə göndərir. Məntiqlə,292 saylı orta məktəbdə yaşanan bu biabırçılıq davam etdikcə, onun şagirdlərinin bilgi dağarcığının ibtidai sinif səviyyəsini keçə bilməsi də mümkün görünmür. Bu bilgi dağarcığı ilə isə XXI əsrin Eynşteyni olmağa ümid bağlaya bilməzsən.
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb

Maraqlıdır ki, bu il açılan məktəbin uzaqdan möhtəşəm görünüşü yerli sakinlərin də diqqətini cəlb etmiş və onlar gələcəyin dühaları arasında öz övladlarını da görmək üçün əməlli-başlı yarışa başlamışdılar. Məktəbə tələbat o qədər böyük olmuşdu ki, müdiriyyət müraciət edənlərin hamısını qeydiyyata almağa macal tapa bilməmiş və problem Respublika mediasının da diqqət ayırdığı ən mühüm məsələyə çevrilmişdi. Xəzər TV-nin 1 ay bundan əvvəl hazırladığı reportajda bildirilir: «Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.
"Üstü bəzək, altı təzək" təhsil siyasəti... - Emin Əmrullayev deyəsən İqtisadiyyat naziri olmaq eşqinə düşüb

Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən isə bildirilir ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır».

Deyəsən, Azərbaycan Elm və Təhsil Nazirliyi məktəb deyəndə sadəcə içi boş sinif otaqları nəzərdə tutur. Məktəblərin yetərli müəllim kollektivi yoxdursa və şagirdlər məhz bu səbəbdən dərsə belə getmirlərsə, yeni komplekslərin tikilməsinə nə ehtiyac var? Görünür, mətbuata verdiyi müsahibələrdə «Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır» deyən Elm və Təhsil naziri Emin Əmrullayev problemin həlli yolunu tapıb. İndi onun həyata keçirdiyi siyasət «aşağı təhsildənsə ümumiyyətlə dərslərin keçirilməməsi daha yaxşıdır» məntiqinə əsaslanır və bu prinsip ilk öncə Heydər Əliyev Fondunun hesabına tikilən məktəblərdə sınaqdan çıxarılır.

Bərəkallah, Emin müəllim, siz bu məntiqinizlə hələ çox uzaqlara gedəcəksiniz. Nə bəlli olar, bəlkə günlərin birində İqtisadiyyat naziri də ola bilərsiniz.

Heydər Oğuz,
Ovqat.com

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Goranboyda “Park Naftalana” BASQIN - zor tətbiq edib əmlakı taladılar


“Park-Naftalan” Müalicə Mərkəzinin direktoru Hatəm Əli oğlu Qocayev baş prokuror Kamran Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova mürciət edərək rəhbəri olduğu mərkəzə edilmiş basqınla bağlı tədbir görülməsini xahiş edib.

DİA.AZ Gununsesi.info-ya istinadla bildirir ki, surəti Goranboy prokuroru Kamran Məmmədova ünvanlanmış müraciətdə Hatəm Qocayev qeyd edir ki, 19.09.2022-ci il tarixdə bir qrup şəxs direktoru olduğu “Park-Naftalan” Müalicə Mərkəzinə məxsus olan sanatoriyanın binasına basqın edib: “Hörmətli səlahiyyət sahibləri. Basqın edənlər zor gücünə əmlakımızı talayaraq quldurluq cinayəti törədiblər. Belə ki, saat 07:20 radələrində 4 (dörd) nəfər şəxs zorla qeydiyyat şöbəsinə daxil olaraq qeydiyyatçıların üzərinə təhkim olunan 1 ədəd kompyuteri və əməkdaşlardan birinin ofisində olan 2 ədəd kompyuter və bir sıra avadanlıqları götürərək işçilərimin əmək funksiyalarını icra etmələrinə qəsdən maneçilik törətdilər.

Hazırda işçi heyəti vəzifə səlahiyyətlərini icra edə bilmirlər. Baş verənlər sanatoriyada olan qonaqların həyat və sağlamlıqları baxımından ciddi narahatlığına səbəb olub. Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə dəfələrlə müraciətlərimiz nəticəsində Naftalan Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəldilər. Lakin həmin şəxslərin əməllərinin qarşısını almaq üçün heç bir tədbir görülmədi. Polis əməkdaşlarının bu cür laqeyd rəftarı bizi çox təəccübləndirdi. Polis əməkdaşları hansı maraqlara əsaslanaraq cinayətkarlar qarşısında hərəkətsiz qala bilərlər?

Azərbaycan Respublikasının 181.1-ci maddəsinə əsasən, quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hörmətli cənablar! Yuxarıda göstərilən halla bağlı polis əməkdaşlarının laqeydliyini nəzərə alaraq işlə bağlı prosessual nəzarəti dərhal üzərinizə götürərək cinayətkarlarla bağlı tədbir görülməsi ilə bağlı göstəriş verməyinizi sizdən xahiş edirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Soliton" insanlara “toy tutur” – Müştəriyə ölüm saçan paltaryuyan satıb


"Soliton" şirkətdən şikayət var.

Gundem.media xəbər verir ki, bu barədə "Sherg.az"a Azad İstehlakçılar Birliyi sədri Eyyub Hüseynov məlumat verib.
Şikayətçi "Soliton" mağazalar şəbəkəsinin Nərimanov rayonu, Azadlıq 145b ünvanında yerləşən fillialından paltaryuyan maşın alıb. Vətəndaş iddia edir ki, 1199 manat dəyərində paltaryuyan maşının gövdəsinə elektrik cərəyanı olduğuna görə toxunmaq mümkün deyil:

"Qarşı tərəf binada torpaqlama olmadığından cərəyanın korpusa ötürüldüyünü söylədi. İzah etdim ki, torpaqlanma yalnız qəza rejimində gərəklidir. Saz avadanlığın korpusa cərəyan ötürməsi normal deyil. Məhsul qüsurludur. Malı gəlib götürməklərini istədim. Dəfələrlə qaynar xətlə əlaqə saxlasam da, heç bir müsbət cavab almadım. Torpaqlanma hər dəfə bəhanə gətirilir. Paltaryuyanı işlətmədiyimiz isə məlumdur. Çünki cihaza yaxın durmaq qorxuludur".

Şikayətçi ödədiyi məbləğin və təhlükəli məhsulun geri qaytarılmasını tələb edir.

Qeyd edək ki, şikayətçiyə məhsulla bağlı 1 illik zəmanət talonu da verilib.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lökbatandan Şəki, Qazax və Yevlaxa uzanan “sirli biznes”in sahibi kimdir? - İLGİNC


Şəki Pedaqoji Texnikimu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Rn Corp 22” MMC (VÖEN- 1102636981) olub.

DİA.AZ-ın məlumatəna görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikimunun sifarişi əsasında əsaslı və cari təmir işləri görəcək və qarşılığında 56 min 152 manat 24 qəpik alacaq.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi 25.08.2022-ci il tarixində elan olunub. "Rn Corp 22” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, "Rn Corp 22” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 2 ay əvvəl yaranan və 56 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.

Onu da qeyd edək ki, Məhərrəmov Rövşən Baladadaş oğlunun qanuni təmsilçi olduğu və Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatda olan daha bir şirkət – "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra Hakimiyyətinin 2 manatlıq şirkətlə 300 minlik “qaloş-xəkəndaz” əməliyyatı - BU DA FAKT!!!


Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) "Qara Qaya” MMC ilə üç satınalma müqaviləsi imzalayıb.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri maliyyə dəyəri 160 032.31 AZN təşkil edən müqavilədə mənzil fondunun təmiri ilə əlaqədar mal-materialların satın alınması, maliyyə dəyəri 62 440.41 AZN təşkil edən müqavilədə abadlaşdırma işləri ilə əlaqədar mal-materialların satın alınması və maliyyə dəyəri 68 869.52 AZN təşkil edən müqavilədə isə abadlaşdırma xidmətləri ilə əlaqədar yumşaq inventar və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur.

Şirkətin 16 ildir ki, fəaliyyət göstərməsinə baxmayaraq, barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Aydın Əliyarovun haqqında da heç bir məlumata rast gəlinmir.

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət əsasən inşaat materialları və geyim satışı ilə məşğuldur. Qaradağ MKTİB-nin bağladığı müqavilələrin şərtləri də bu faktı təsdiq edir.

Yeri gəlmişkən, MKTİB ilə bağlanan160 032 manatlıq müqavilədə azbes şifer, şuşərüberoid, emulsiya, taxta, M-300 markalı sement, yapışqanlı sement, qum, üzlük daş (aqlay, 3sm), mastika bitum, şüşə, taxta mıxı, dəmir qapı və şifer mıxının, 62 440 manatlıq müqavilədə bel (ucu iti), bel çalov (böyük), dırmıx (sapı ilə birgə), vedrə (dəmir, 8lt), xəkandaz (dəmir, sapı ilə), süpürüntü üçün əl arabası və küçə süpürgəsinin, 68 minlik müqavilədə isə 419 cüt qaloş, 6000 cüt əlcək, 500 ədəd fəhlə xalatı, botinka və digər geyimlərin satın alınması nəzərdə tutulur.

Maraqlıdır ki, şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyətinin tenderlərinin qalibi olur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ona görə də filialları hər gün azala-azala gedir..." - "D&P Parfum"dan ŞİKAYƏT


"Şikayətim D&P Parfum Neftçilər filialındandır.3-4 gün öncə 2 ədəd parfum əldə etdim.Biri H8 və G1 (C1 adı ilə səfh verdilər)". DİA.AZ bildirir ki, bu barədə Elçin Əsgərov adlı istifaadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.
"Ona görə də filialları hər gün azala-azala gedir..." - "D&P Parfum"dan ŞİKAYƏT

Daha sonra narazı vətəndaş yazır: "Axşam saatları olduğu üçün evdə ancaq aşkar edə bildim ki,mənə lazım olan ətir deyil.Daha sonra dəyişmək üçün müraciət etdim qaynar xətt ilə əlaqə saxladım amma mənə normal cavab verilmədi.Müştəri ilə danışıq qaydası normal deyildi.Sonra dəyişə bilmərik dedilər çünki açmısız ətiri dedilər amma H8 parfumu açıq şəkildə satılmışdı halbuki.Soruşdum sebebini qablaşdırmaya pul veririk dedilər.Bəs o biri ətir köhnə partiya olduğu üçün açıq idi dedilər.Qablaşdırmanın pulunu verməyi təklif etdim bu dəfədə gigyenik cehetden problem olur dedilər halbuki aldığım digər ətir açıq idi və mənim dəyişdirmək istediyim sadəcə paketi soyulmuşdu.Bir sözlə başdan axıra qədər bu insanlar məsuliyətsiz və bu şirkət dolandırıcıdır.Müştəriləri isə günü gündən azalır.Məlum məsələdir ki, bir iki il öncə 75 filialı var idi indi isə 25 fililalı qalıb və bu gedişlə onlarda bağlanacaq".

DİA.AZ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Baş həkimə yarım milyondan çox pul "atıblar": Sələmçilik, yoxsa, şərik iş?


Gəncə Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ümumi cərrah, əməkdar həkim Şamil Bədəlovun yarım milyon manatdan çox pulunu mənimsəyən dəstə üzvlərinə hökum oxunub.

Hadisə 2018-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayınadək müddətdə baş verib. Belə ki, Əli və Rübail adlı şəxslər qabaqcadan əlbir olaraq, şərikli şəkildə iribuynuzlu mal-qara alıb-satmaqla yüksək qazanc əldə etmək adı ilə baş həkimə yalan vədlər veriblər.

İttiham aktına əsasən, onlar Şamil Bədəlovun etibarından istifadə edərək 2018 və 2019-cu ilin müxtəlif tarixlərində ümumilkdə 1 milyon 46 min 500 manatını alıblar. Daha sonra onun etibarını qazanmaq, guya iribuynuzlu mal-qara satışı ilə məşğul olduqlarını göstərmək üçün alınan pulun hissə-hissə 526 min 500 manatını qaytarıblar və ümumilikdə Şamil Bədəlova qarşı 550 min manat dələduzluq ediblər.
Baş həkimə yarım milyondan çox pul "atıblar": Sələmçilik, yoxsa, şərik iş?
Baş həkimə yarım milyondan çox pul "atıblar": Sələmçilik, yoxsa, şərik iş?

Təqsirləndirilən şəxs Əli ifadəsində bildirib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat Uçotu və Audit Kafedrasında müəllim vəzifəsində çalışıb, müəllimlikdən əlavə Gəncə şəhərində və digər rayonlarda topdan süpürgə toxum satışı ilə məşğul olub. Eyni zamanda Gəncə şəhəri, Gülüstan qəsəbəsində toxum və yem satmaq üçün icarəyə götürdüyü anbarı fəaliyyət göstərib. Gəncə şəhər sakini, əslən Göygöl rayonunun Topalhəsənli kəndindən olan digər təqsirləndirilən şəxs - Rübaillə isə sinif yoldaşı olub. Onlar ifadələrində bildiriblər ki, həkim Şamil Bədəlovdan fermer təsərrüfatı qurmaq adı ilə sələmə pul götürüblər.

Baş həkim isə ifadəsində göstərib ki, iş qurmaq adı ilə verdiyi pulun çox hissəsini o, həyat yoldaşı Gülnarə Bədəlovanın və kürəkənin yanında verib. Həmçinin ifadəsinə əlavə olaraq iş üzrə verdiyi mülki iddianın təmin edilməsini, maddi ziyana görə 550 min manatın, mənəvi ziyana görə isə 10 min manatın təqsirləndirilən şəxslərdən tutularaq ona ödənilməsini, onlara ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş edib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Əli adlı şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 12 azadlıqdan məhrum edilib. Həmin maddə ilə təqsirləndirilən Rübailə isə 10 həbs cəzası verilib. Hər iki şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksəcək.Qaynarinfo

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO