“Araz” marketdən alınan şokoladdan qurd çıxdı – VİDEO

13:53 29.03.2018 673
“Araz” marketdən alınan şokoladdan qurd çıxdı – VİDEO
Bakının Binə qəsəbəsində yerləşən “Araz“ marketdə satılan şokoladın içindən qurd çıxıb.

Oxu.Az xəbər verir ki, bu haqda sosial şəbəkədə paylaşım edilib.

Şokoladı alan şəxs onun içindən qurd çıxdığını bildirib və marketin satıcılarını işlərinə olan səhlənkarlığa görə qınayıb:

“Dünən ailə üzvlərimin başına belə bir iş gəlib. “Araz” supermarketi, təcili şəkildə izahat verin və tədbir görün. Əminəm ki, belə bədbəxt hadisədən heç rəhbərliyin xəbəri yoxdur. Bu, bəzi işçilərin necə səhlənkar mal qəbul etdiklərindən xəbər verir. Hadisə Binə qəsəbəsi, 2-ci “Araz” marketdə baş verib”.

“Araz” Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev Oxu.Az-a açıqlamasında paylaşılan görüntüdən xəbərinin olduğunu və mağazada aparılan araşdırma zamanı belə bir hala rast gəlinmədiyini deyib:

“Məlumat bizə daxil olan kimi mağazada eyni adda şokoladlar yoxlanılıb, lakin qeyd olunan hal aşkarlanmayıb. Videoda göründüyü kimi, məhsul 28.03.2018-ci il tarixində paketlənib. Biz istehsalçı şirkətə də bu barədə məlumat verdik.

Marketlərimizdə məhsul satışa çıxarılmazdan öncə istehsalçılardan müvafiq uyğunluq sertifikatlarını tələb edirik. Məhsulun son istifadə tarixi bitmədiyinə görə bu, istehsal problemi ola bilər.

Qeyd edim ki, tərkibində dənli bitkilər və quru meyvələr olan şokoladlara qurd düşməsi hallarına bəzən təsadüf olunur. Biz “Araz” Supermarketlər Şəbəkəsi olaraq bu cür halların yaşanmaması üçün şokoladların saxlanma şəraitinə diqqət edir, vitrinləri hər həftə dezinfeksiya edirik.

Müştəri məmnuniyyətinə önəm verərək, müştərilərə daima keyfiyyətli məhsullar təqdim edir, yüksək xidmət göstərməyə çalışırıq. Hər hansı bir neqativ hal yaşandıqda müştərilərimizin dərhal qaynar xəttimizə (012924) zəng edərək, “Facebook” və “Instagram” səhifəmizə yazaraq məlumat verməsini xahiş edirik. Məqsədimiz müştərilərimizin hər zaman razı qalması və onların məmnunluğudur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, baş verən hadisə ilə bağlı onlara şikayət daxil olmayıb. Əgər istehlakçı şikayət məktubu ünvanlayarsa, dərhal həmin məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək:

“Araz” Supermarketlər Şəbəkəsi ölkənin ən böyük mağazalarından biridir. Məhz buna görə də burada istehlakçı hüquqlarının pozulması tez-tez baş verir. Demək olar ki, gündəlik olaraq oradakı malların keyfiyyətsiz olması ilə bağlı bizə şikayətlər daxil olur. Lakin həmin istehlakçının şikayəti bizə daxil olmayıb. Əgər onun tərəfindən bizə yazılı şikayət daxil olarsa, onu araşdıra bilərik”.

Həmin paylaşımı sizə təqdim edirik:
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO